Ümumi psixologiyanın mövzusu və vəzifələri Plan



Yüklə 277,04 Kb.
səhifə50/257
tarix02.01.2022
ölçüsü277,04 Kb.
#36084
1   ...   46   47   48   49   50   51   52   53   ...   257
Ümumi,yaş və ped.psixologiya TƏZƏ

2.Qeyri-ixtiyari diqqət-heç bir xüsusi məqsədlə, niyyətlə bağlı olmayan və iradi cəhd tələb etməyən diqqətə deyilir. Qeyri-ixtiyari diqqət heyvanlarda da vardır. Çünki qeyri-ixtiyarı diqqət bilavasitə cisim və hadisələrin təsiri nəticəsində əmələ gəlir. Qeyri-ixtiyari diqqət cisim və hadisələrin bilavasitə təsirindən asılı olsa da, onu heç də ətrafda baş verən hər bir qıcıqlandırıcı əmələ gətirmir. Qeyri-ixtiyari diqqətin əmələ gəlməsi üçün təsir edən qıcıqlandırıcılar bir sıra xüsusiyyətlərə malik olmalıdır.

-Qıcıqlayıcının qüvvəsi və gözlənilmədən təsiri. Qüvvətli səs, güclü işıq, kəskin iy diqqəti qeyri-ixtiyari olaraq cəlb edir. Onların təsiri bilavasitə qıcıqlayıcının mütləq qüvvəsindən deyil, nisbi qüvvəsindən asılıdır. İki qıcıqlayıcıdan hansı daha qüvvətlidirsə, diqqəti də məhz o cəlb edəcəkdir. Əgər qıcıqlayıcıların qüvvəsi bərabərdirsə, onda diqqət gah bu, gah da başqa qıcıqlayıcıya yönəlir.

-Qıcıqlayıcının yeniliyi. Yeni əyani vəsait, yeni maşın modeli, sinifdə yeni şagirdin olması və s. qeyri-ixtiyari surətdə diqqəti cəlb edir. Məlumdur ki, ətraf aləmdə baş verən yeniliklər dərhal bələdləşmə refleksi əmələ gətirir. Adam həmin yeni hadisənin nədən ibarət olduğunu bilməyə can atır.

-Obyektin hərəkətdə olması. Məlumdur ki, hərəkətsiz cisimlər, adətən diqqəti ya cəlb etmir, ya da xüsusi məqsəd olduqda diqqəti həmin obyekt üzərinə yönəldirik. Lakin hərəkətin başlanması və ya kəsilməsi də diqqəti cəlb edir. Müəllim şagirdlərin diqqətini nəinki səsini qaldırmaqla, həm də izahatını dayandırmaqla da cəlb edə bilər.

Qeyri-ixtiyari diqqət həm də insanın emosional vəziyyətindən asılı olaraq əmələ gəlir. Buraya insanın sağlamlıq dərəcəsi, əhvalı, tələbatı, maraqları və s. aiddir. Məsələn, bir cismə maraq davamlı diqqət yaradır və onu uzun müddət müşahidə etməyə, öyrənməyə yönəldir.




Yüklə 277,04 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   257




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin