4.Diqqətin davamlılığı onun ümumi bir məqsədə tabe olan obyektlər üzərində uzun müddət və fasiləsiz olaraq saxlanmasında ifadə olunur. Əgər diqqət müəyyən fəaliyyətin ümumi istiqamətindən kənara çıxmırsa, davamlı diqqət sayılır. Diqqətin davamlılığı təsir edən obyektlərin və icra olunan işlərin rəngarəngliyindən, yeniliyindən, zənginliyindən, bir sözlə, dinamikliyindən asılıdır. Diqqətin davamlılığı fəaliyyət prosesində insanın fəallığından asılıdır. Diqqətin davamlılığına insanın marağı, yorğunluq dərəcəsi və s. təsir edir.