1. Uşaq psixologiyası
2. Yeniyetmələrin psixologiyası
3. Gənclik psixologiyası
4. Yetkin yaşın psixologiyası
5. Herontopsixologiya
6. Diferensial psixologiya
Yaş psixologiyasının bir sıra elmlərlə sıx əlaqəsi vardır.
1. Ümumi psixologiya
2. Pedaqoji psixologiya
3. Sosial psixologiya
4. Fiziologiya
5. Pedaqogika
6. Yaş biologiyası (yetkinləşmə, qocalıq, ahıllıq)
7. Seksologiya
8. Somatologiya (bədən quruluşunun bütövlüyündən bəhs edir)
9. Erqnomika (insanın əmək fəaliyyətini öyrənir)
10. Semiotika (işarə sistemlərini tədqiq edir)
11. Aksiologiya (sərvət meyllərinin məzmununu araşdırır.)
Yaş psixologiyasının bir sıra məsələlərinin tədqiqi bu elmlərin iştirakı ilə həyata keçirilir. Həmin sahələrdə əldə edilmiş elmi nəticələrdən istifadə olunur və insan şəxsiyyətinin kompleks şəkildə öyrənilməsinə səy göstərilir.
Yaş psixologiyasının öyrəndiyi psixi hadisələr müxtəlif, rəngarəng və mürəkkəbdir. Odur ki, elmin bu sahəsi öz obyektini tədqiq edib araşdırarkən, psixi proses və xassələrin inkişaf dinamikasını öyrənərkən aşağıdakı prinsiplərə riayət etməlidir.
1.Psixi hadisələr obyektiv şəraitdə tədqiq edilməli, yəni necə varsa eləcə də öyrənilməlidir.
2.Psixi hadisələr dinamikada, inkişafda öyrənilməlidir.
3.Psixi hadisələr təhlil-tərkib, vahid və bütöv şəkildə öyrənilməlidir.
Qeyd etdiyimiz bu prinsiplərlə yanaşı determinizm, fəaliyyət, tarixilik, sistemlilik və digər prinsiplərdən də istifadə olunur.
Yaş psixologiyasının bir sıra tədqiqat metodları vardır.
Dostları ilə paylaş: |