Ümumi Regional landşaftşünaslıq


Dünya Landşaftlarının insanların təsiri altında dəyişilməsi



Yüklə 125,42 Kb.
səhifə24/56
tarix02.01.2022
ölçüsü125,42 Kb.
#38861
1   ...   20   21   22   23   24   25   26   27   ...   56
Dünya landş

Dünya Landşaftlarının insanların təsiri altında dəyişilməsi

Landşaftlar insanların yarandığı gündən bu günə kimi insanlar tərəfindən əsaslı dəyişilməyə məruz qalmışdır. Hər bir landşafda onun tarixi keçmişi, dəyişilməsi, insan təsirlərinin xüsusiyyətləri əks olunmuşdur.

Antropogen transformasiyanın intensivliyi sosial-iqtisadi inkişaf səviyyəsindən asılıdır. Ekstensiv təsərrüfat üsulu landşaftın dəyişilməsinə əsaslı təsirlər göstərməsə də, təbii komplekslərin parçalanmasına, morfoloji strukturunun mürəkkəbləşməsinə, bütövlükdə landşaft vahidlərinin məhsuldarlığının azalmasında böyük rol oynayır.

Məhsuldar qüvvərin yüksək inkişafı, müasir texnikanın, texnologiyanın sistemli, planauyğun tətbiqi nəticəsinsə ekoloji dayanıqlı antropogen kompleksər yaradılır.

Antropogen landşaftlar insanlar tərəfindən tənzimlənən, idarə edilən, müəyyən təsərrüfat, texniki funksiyaları yerinə yetirən komplekslərdir. Bu tip komplekslər insanların təsiri altında təbii strukturunu bu və ya digər dərəcədə dəyişmiş, yeniləşmiş təbii ərazi vahidləridir.

İnsanın landşafta və ətraf mühitə təsiri cəmiyyətin təşkili, yəni ilk dövlətin əmələ gəlmə epoxasından daha da güclənmişdir. Əlbəttə, bu prosesdə əmək alətlərinin təkmilləşməsi bütün dövrlərdə və ölkələrdə əsas rol oynayırdı.

İnsanın təbiətə təsiri orta əsrlərdə daha da güclənmişdir. Lakin XIX əsrin sonundan, xüsusilə XX əsrin ortakarından etibarən insanın çox güclü və müxtəlif çeşidli maşın alətlərlə silahlanması, sənayenin ənənəvi və yüzlərlə yeni sahələrinin sıçrayışlı inkişafı cəmi bir onillik ərzində ekoloji gərginlik şəraiti yaratdı və təbii müvazinəti pozmağa başladı.

XX əsrdən əvvəlki əsrlərə nisbətən əhali artımının sürətlənməsi bir tərəfdən seliteb landşaftların artmasına, digər tərəfdən daha geniş ərazilərdə torpaqların kənd təsərrüfatı məhsullarına cəlb edilməsinə səbəb oldu.

idi. XVII-XIX əsrlərdə kapitalizm cəmiyyətinin tərəqqisi ilə bağlı olaraq sənayenin inkişafı daha da sürətlənmişdir. Elə bu dövrdə insanın təbiətə təsiri feodalizm cəmiyyəti ilə müqayisədə dəfələrlə artmışdır. Maşınlı sənayenin inkişafı üçün metalın əridilməsi, daş kömür və digər yeraltı sərvətlərin kəşfi və istismarı, dəmir yollarının çəkilməsi artmışdır. Yeraltı sərvətlərin istifadəsi həmin dövrədək toxunulmamış və itifadəsiz qalmış, torpaqların mənimsənilməsinə imkan vermişdir. Bu da öz növbəsində, sənaye cəhətcə inkişaf etmiş ölkələrdə, ayrı-ayrı təbii ərazi komplekslərinin əsaslı dəyişməsi ilə nəticələnmişdir.

Landşaftın əsaslı dəyişməsi, yeraltı sərvətlərin açıq istismarı üçün xarakter olub, 10 min hektarlarla təbii landşaft sahələrini kənd təsərrüfatında istifadədən saxlayır və çox böyük ərazidə yeraltı suların səviyyəsinin aşağı düşməsinə səbəb olur. Beləliklə, torpaqların rekultivasiyası (yaxşınlaşmaksı) problemi, humuslu torpaq kütləsinin saxlanması və onların mədənlərdən çıxarılan qeyri filiz tullantılarla qarışdırılıb səthdə yayılma məsələsi meydana gəlir. Bütün bu deyilənləri dəmir və şosse yollarının tikintisinə də aid etmək olar.

Kapitalist sənaye istehsalının inkişafının artan tələbatının nəinki yeraltı sərvətlər, həmçinin meşə və kənd təsərrüfatı ehtiyatları da təmin etməli idi. Əgər kapitalist ölkələrində sənaye inqilabınadək meşə əsasən əkinçiliyin sahəsini artırmaq, ağac kömürü almaq və gəmi tikintisində istifadə etmək üçün qırılırdısa, sənayenin sürətli inkişafı ilə əlaqədar olaraq, meşənin əsas hissəsi (xüsusilə iynəyarpaqlı meşələr) sellüloz-kağız istehsalı üçün, bir qədər sonralar isə (XX əsrdə) süni liflərin, spirtin və ağacın kimyəvi emalının digər məhsullarını hazırlamaq üçün sərf edilirdi. XX əsrin ikinci yarısında ağac emalı kimya sənayesi üçüm əsas xammal növünə çevrilir.

Tədqiqatlar göstərir ki, bioloji aləmdə antropogen dəyişmə prosesinin sürəti müxtəlif olmuşdur.

Sovet dövründə burada pambıq istehsalını sürətləndirmək üçün aqressiv irriqasiya siyasəti tətbiq olunub.

Nəticədə dünyanın sayca 4-cü ən iri gölünün 90 faizi səhraya çevrilib.

Dünyada sayca 4-cü ən iri göl olan Aral Dənizi 40 ilə quruyub.

Sahəsi 60,000 kv. km., dərinliyi bəzi yerlərdə 40m olan bu su hövzəsinin böyük bir hissəsi sanklı havaya sovrulub.

Əvvəlki Aralın bugün yalnız 10 faizi qalıb.

Aral dənizinə şimaldan Sır-Dərya, cənubdan isə Amu-Dərya çayları axıb tökülür.

Lakin Sövet dönəmində bu çaylardan pambıq tarlalarının suvarılması üçün istifadə olunurdu.

Sovet höküməti Mərkəzi Asiyada dünyanın ən iri pambıq istehsalını yaratmaq istəyirdi.

Dənizin sahəsi daraldıqca böyük həcmdə dənizə tullanılan pestisid və insektidlərin suda qatılığı da artırdı.

Aral suyunun zəhəri artdıqca dənizdəki balıqlar qırılırdı.

Beləliklə, pambıq sənayesini inkişaf etdirməklə Sovet başbilənləri dənizin və dənizdəki balıqçılığın axırına çıxdı.

Dəniz quruması yerli iqlimə də təsirini göstərib.

Ərazidə yağışlar kəsilib, ot örtüyü quruyub, gölün ətrafında şirin suyu olan kiçik gölməçələr yoxa çıxıb, bu ərazilərdə əvvələr dolanan ceyran sürülərinin nəsli kəsilib.

Aralın suyu çəkildikcə, dəniz daralıb, böyük bir vaxtlar böyük bir dənizə bənzəyən sü hövzəsindən dar boğazla birləşən iki su hövzəsi qalıb.

Şimal istiqamətdə yerləşən və daha kiçik ölçüyə malik hissəyə indi Kiçik Aral deyilir.

Kiçik Aralın qurumasının qarşısını almaq məqsədilə bu hissə cənub istiqamətə uzanan qalan hissəsindənbənd ilə ayrılıb.

2005-ci ildə qeydə alınmış səviyyəsindən 3 metr yuxarı qalxıb.

Nəticədə, burada zəif də olsa təbiətin yenidən canlanması işarələri hiss olunmaqdadır.

Lakin Kiçik Aral yoxa çıxmış Böyük Aralın yalnız 5 faizini təşkil edir.


Yüklə 125,42 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin