2. Zəif dəyişilmiş, epizotik və qeyri-müntəzəm antropogen təsirlərə məruz qalan landşaftlar. Bura aid olan landşaft kompleksləri–tundra, meşə tundra, yüksək dağlıq ərazilərdə subnival, nival və ekstra arid səhra ərazilərində ekstermal şəraiti ilə fərqlənən və hazırda mənimsənilməsi mümkün olmayan daşlı səhralar və s. komplekslər aiddir. Antropogen təsirlərin çox zəif olması ovçuluq və maldarlıqla (tundrada maralçılıq, səhra ərazilərində isə dəvəçilik) məhdudlaşır. Bu landşaftlar təbii stukturunu özünün bərpa xüsusiyyətlərini tamamilə saxlayır.