Ümumi Regional landşaftşünaslıq


Orta dərəcədə dəyişilmiş qeyri müntəzəm



Yüklə 125,42 Kb.
səhifə28/56
tarix02.01.2022
ölçüsü125,42 Kb.
#38861
1   ...   24   25   26   27   28   29   30   31   ...   56
Dünya landş

4. Orta dərəcədə dəyişilmiş qeyri müntəzəm və qisməndə müntəzəm təsirlərə məruz qalmış landşaftlar. Bunlara insanlar tərəfindən istifadə edilən meşə əraziləri dəmyə, kiçik areallı biçənəklər, zaqon sistemi ilə qırılan meşələr və s. daxildir.

5. Əsaslı dəyişilmiş və müntəzəm antropogen təsirlərə məruz qalan landşaftlar. Bu komplekslər digər landşaft vahidlərinin kəskin mənimsənilməsi və transformasiyası ilə fərqlənir. Onların strukturu, funksiyanal xüsusiyyətləri, dinamikası və s. prosesləri insanlar tərəfindən idarə edilir və tənzimlənir. Ona görə də bu tip lanşaftların təbii bərpası və özülünün tənzimlənməsi tamamilə insanların nəzarəti altındadır.

Bu kateqoriyalara aqroirriqasiya landşaftları, dəmyə əkin kompleksləri, bağ plantasiya kompleksləri daxildir. Qurunun yararlı torpaq fondunun 11% - ə yaxın bu kompleksllərin payına düşür. Təbii lanşaftların litoloji özülündən və geoloji strukturlardan başqa bütün kompleksləri kəskin transformasiyaya məruz qalmışdır. Onların ən iri arealları Cənub, Cənub-şərqi və şərqi Asiyanın savanna və seyrək meşə, musson meşələr, Avrasiyanın və Mərkəzi Asiyanın meşə-çöl, çöl, qarışıq və enliyarpaqlı meşələrində, Şimali Amerikanın Mərkəzi və Böyük düzənliklərinin preri, qarışıq və enliyarpaqlı meşələrində, Cənubi Amerikanın savanna və seyrək meşə, pampalarında, Afrika və Avstraliyanın savannalarında yayılmışdır.

Aqroirriqasiya landşaftlarının ən iri sahələri hamar relyefə, isti və quraq iqlimə malik yarımsəhra, quru çöl, arid seyrək meşə kolluq və səhra landşaftlarında formalaşmışdır. Xüsusilə Şərqi Asiyanın Böyük Çin düzündə, Hind–Qanq ovalığında, Mesapotomiya, Turan ovalıqlarında, Nil vadisində, Kür–Araz ovalığında və digər arid landşaftlarda formalaşmışdır.


Yüklə 125,42 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin