Şəkil 2.1. Banklarda risklərin idarə edilməsinin strukturu.
Şəkil 2.1-dən də göründüyü kimi banklarda risklərin idarə olunmasının
struktur quruluşunun əsasında Müşahidə Şurası dayanır. Risklərin idarə
olunmasını Müşahidə Şurasının Nəzarəti üç əsas struktur quruluşu icra
edir. Həmin struktur quruluşa isə Risklərin İdarəedilməsi Komitələrini,
İdarə heyətini və Audit Komitəsini misal göstərmək olar. Risklərin
İdarəedilməsi komitələri də özü-özlüyündən Risklərin idarə edilməsi
departamentindən ibarətdir.
Yuxarıda qeyd etdiyimiz kimi riskin idarə edilməsi prosesi bir
neçə mərhələni əhatə edir. Həmin mərhələlərdən ilki riskin müəyyən
olunmasıdır. Riskin müəyyən olunması mərhələsi aşağıdakı şəkil
vasitəsilə əhatəli şəkildə təhlil olunmuşdur.
|