Universal sərgi və yarmarkalar


Azərbaycan Respublikasında keçirilən sərgi və yarmarkalar və onların xarici ticarətin genişlənməsində rolu



Yüklə 43,93 Kb.
səhifə5/7
tarix15.11.2022
ölçüsü43,93 Kb.
#69145
1   2   3   4   5   6   7
referat 76

Azərbaycan Respublikasında keçirilən sərgi və yarmarkalar və onların xarici ticarətin genişlənməsində rolu.
Keçmiş SSRİ iqtisadi məkanından Azərbaycana miras qalmış “ölü” iqtisadiyyatı dirçəltmək hazırda Azərbaycan dövlətinin ən ümdə məsələlərindəndir. Bu qısa vaxt intervalında həll oluna bilən məsələ olmayıb, çox çətin və uzun sürən bir prosesdir. Müasir şəraitdə – beynəlmiləlləşmiş iqtisadiyyatın bütün sahələrində “kök saldığı” bir vaxtda xarici iqtisadi əlaqələrsiz mövcud olmaq qeyri-mümkündür. Bildiyimiz kimi iqtisadi əməkdaşlığın müxtəlif formaları vardır. Bu əlaqələrin qurulması təməli kimi sərgi və yarmarkaların rolu çox böyükdür. Azərbaycan Respublikasında da 1990-cı ildən başlayaraq keçirilən Beynəlxalq və regional xarakterli sərgi və yarmarkalar iqtisadiyyatın dirçəlməsinə, müasirləşməsinə, investitsiyaların cəlb olunmasına güclü tə’sir göstərmişdir. Bu sərgi və yarmarkalara aşağıdakıları göstərə bilərik.
1990-cı ilin oktyabr ayında Bakıda keçirilmiş I Beynəlxalq Biznes konqresi respublikamızın xarici ölkələrlə qarşılıqlı surətdə faydalı iqtisadi əlaqələrini genişləndirmək, Azərbaycanın dünya iqtisadi birliyinə layiqincə qoşulmasını tə’min etmək məqsədləri daşıyırdı. Konqresdə 40-dan çox ölkənin 500-dən artıq firma və şirkətlərinin nümayəndələri iştirak edirlər. Konqres zamanı dünya biznesmenlərinin çoxsaylı görüşləri, danışıqları, sərgilər, auksionlar keçirilmiş əməkdaşlıq haqqında sənədlər imzalanmışdır.
Konqreslə əlaqədar bir sıra sərgilər, məsələn, respublikanın istehsal və elmi müəssələrinin nailiyyətlərinin sərgisi, kənd təsərrüfatı məhsullarının satış sərgisi, Azərbaycan rəssamlarının sərgi-auksionu keçirilmişdir.
Dünya ölkələri ilə və ilk növbədə qonşu dövlətlərlə möhkəm əlaqələr və qarşılıqlı surətdə faydalı uzunmüddətli əməkdaşlıq olmadan planetimizin xalqları ailəsində lazımi yer tutmaq mümkün deyildir. Cəmiyyətimizin bütün həyat sahələrinin yeniləşdirilməsi, demokratikləşdi-rilmə prosesinin dərinləşməsi Azərbaycan Respublikası ilə digər dövlətlər arsında əlaqələri inkişaf etdirməyə və möhkəmləndirməyə kömək göstərir.
Bakı Biznes konqresindən btr az sonra Bakıda İran İslam respublikasının Şərqi Azərbaycan vilayətlərində istehsal olunan malların sərgisi keçirilmişdir. Birbaşa əlaqələrin üstünlüyü 12-21 noyabr tarixində keçirilmiş sərginin səciyyəvi xarakteri idi. Sərginin təşkilatçıları üçün ilk növbədə işguzar əlaqələr yaratmaqməqsədilə potensial ortaqlarla görüşlər mühüm əhəmiyyət kəsb edirdi. İran sahibkarları isə Bakıya uzunmüddətli əlaqələr yaratmaq arzusu ilə gəlmişdilər. Sərgidə əsasən Təbriz firmalarında istehsal edilən və Azərbaycan uçun maraqlı ola bilən rəqabət qabiliyyətli mallar, o cümlədən yüngül və ağır sənaye, kimya və maşınqayırma sənayesi məhsulları, kənd təsərrüfatı texnikası, neft və elektrotexnika avadanlığı, ərzaq məhsulları və bir çox başqa mə’mulatlar nümayiş etdirilmişdir.
Ümumiyyətlə son illərdə Azərbaycanda müntəzəm sərgilərin təşkil olunması təbii hal almışdır. Belə sərgilərdən 1994-cü ilin 28-28 mayında respublika paytaxtında açılmış Xəzərdə neft-qaz hasilatına dair I Beynəlxalq sərgini göstərmək olar. Sərginin təşkilatçıları Böyük Britaniyanın «Spiahed Ekzibişnz LTD» şirkəti və Azərbaycan Ticarət sənaye palatası idi. Sərgidə neft hasilatı və neft-mə’dən avadanlığı istehsalı ilə məşğul olan 150-yədək şirkət, o cümlədən, Azərbaycan şirkətləri iştirak edirdilər.
1995-ci il mayın 23-də Bakıda açılan «Xəzərneft-qaz 95» II Beynəlxalq sərgi-konfransda müxtəlif ölkələrin neft sənayesi sahəsində uğurları və nailiyyətləri təqdim olunmuşdur. Bir dəfə də sərginin təşkilatçıları Britaniyanın «Spiahed Ekzibişnz LTD» şirkəti və Azərbaycannın Ticarət-sənaye-palatası olmuşdur. Bakı idman sərgi kompleksində təşkil olunmuş bu sərgidə dünyanın 20 ölkəsinin, o cümlədən, Azərbaycanın neft və qaz hasilatı ilə, neft avadanlığı istehsalı və sərgi xidməti ilə məşğul olan 165 şirkət və firması iştirak etmişlər.
1995-ci il 20 sentyabrda Bakıda daha bir sərgi «hər şey insan üçün» mövzusunda I Azərbaycan beynəlxalq ticarət sərgisi açılmışdır. Sərginin təşkilatçıları Britaniyanın «İnterneyşnl Treyd ənd Ekzibişnz LTD» firması və Azərbaycan Ticarət-sənaye palatası idi.
Sərgidə 18 ölkənin 80 şirkəti və firması iştirak etmişdir. Bunlardan «Simens», «Samsunq», «Nestle», «Boş» və digər iri və bütün dünyada tanınmış şirkətlər sərgidə geniş çeşiddə məişət texnikası, istehlakmalları və s. nümayiş etdirmişlər.
«Bakmil», «Sənayecihaz», «Azərxalqa» müəssələrinin, «Xalq üçün mallar» konserninin mə’mulatları respublikanın kənd təsərrüfatı məhsulları da sərgidə geniş təmsil olunmuşdular.
3 sentyabr 1996-cı ildə keçirilmiş I Azərb beynəlxalq ticarət sərgisində 25 ölkənin 100-dən çox şirkəti iştirak etmişdir.
1996-cı il 4 iyunda açılan «Xəzər neftqaz 96» III Beynəlxalq sərgisində 20 ölkənin 50-dən çox şirkəti iştirak etmişdir. Sərgidə neft və qaz istehsalı sahəsində nailliyyətlər nümayiş etdirilmişdir.
1997-ci il aprelin 29-da Bakının idman-sərgi kompleksində daha bir sərgi «Dubai-Ekspo-Bakı» sərgisi açılmışdır. Sərgi Dubay hökümətinin turizm və kommersiya marketingi departamenti və Azərb Ticarət-sənaye palatası tərəfindən təşkil olunmuşdur. Sərginin təşkilində əsas məqsəd Azərbaycan ilə Dubay arasında ikitərəfli əlaqələrin genişlənməsi ilə yanaşı birgə istehsalın təşkilində sərmayələr cəlb olunması idi. Sərgidə geniş çeşidli mallar: o cümlədən məişət texnikası, kompüterlər, telekommunikasiya avadanlığı, tibb preparatları, xalq istehlakı malları, kimyəvi maddələr avtomaşılar üçün ehtiyyat hissələri ofis avadanlığı nümayiş etdirilmişdir. Sərgidəki bir çox mallar bütün dünyada məşğur olan ticarət markalarını daşıyırdı. Çünki bu mə’mulatları nümayiş etdirən Dubay şirkətləri btr sıra məşhur beynəlxalq korperasiya və firmalar məsələn: «Ci-Bi-Si", «Şarp», «DEU», «Brezers», «Nina», «Hitaçi», «Akay» və başqalarının törəmə müəssələridir. Məhz buna görə də sərgi «Dünyada hər şeyin ə’lası» devizi ilə keçirilirdi. Sərgi aprelin 2-nə kimi fəaliyyət göstərmişdir.
Azərbaycanda neft istehsalı sahəsində sərgilərin təşkili geniş vü’sət almışdır. 1997-ci il iyunun 3-dən 6-naqilinin kimi IV beynəlxalq «Xəzərneftqaz 97» sərgi və konfransı fəaliyyət göstərilmişdir. Sərginin təşkilatçıları Böyük Britaniyanın «Spiahed Ekzibişnz LTD» və Azərbaycan Ticarət-sənaye-palatası idi. Burada ölkələrin geniş təmsil olunması bu tədbirin dünya neft-qaz sahəsində mühüm hadisə olduğuna sübutdur. Sərgidə ABŞ-ın «Amoko», «Eksson» Fransanın «Elf Akiten», «Total» İtaliyanın «Eni», Almaniyanın «Demineks» Rusiyanın «Luk-oyl» Böyük Britaniyanın «Bi-Pi», «Statoyl» ABŞ-ın «Mobil», Almaniyanın «Simens» Norveçin «Pi-Ci-ES Tayqress» geofizika şirkəti Azərbaycandan «Azərbaycan Elektronikası» (AZEL) «Azneftkimyamaş» Dövlət şirkəti iştirak etmişdir.
Sentyabrın 3-dən 6-naqilinin kimi Bakıda idman və sərgi kompleksində III Azərbaycan Beynəlxalq Ticarət sərgisi fəaliyyət göstərmişdir. Sərginin təşkilatçıları Azərbaycan-Ticarət-sənaye palatası və Böyük Britaniyanın «İnterneyşnl Treyd Ekzibişnz» şirkəti, sponsorları Kanadanın «Komputeke», Amerikanın «Pepsi-kola» şirkətiləri və «Azərbaycan hava yolları» Dövlət konserni olmuşdur. Sərgidə ərzaq məhsulları, istehlak malları, kompüterlər, telekommunikasiya avadanlığı və tikinti materialları nümayiş etdirilir. Sərginin keçirilməsində məqsəd Azərbaycan respublikası ilə xarici ölkələr arsında ticarət iqtisadi əlaqələrin genişləndirmək, respublikamıza xarici sərmayələri və qabaqcıl texnologiyanı cəlb etmək və bunun əsasında ölkəmizdə yüksək keyfiyyətli malların istehsalına nail olmaqdır. Başlıca məqsəd isə Azərbaycanı yüksək inkişaf etmiş dünya iqtisadiyyatına tam bağlanmış birölkəyə çevirməkdir. Sərgidə 20 ölkənin 80-dan artıq şirkəti iştirak etmiş və onların arasında xarici şirkətilərlə rəqabət apara biləcək yerli istehsalçılar da olmuşdur.
Göstərilən sərgilərdən başqa Azərbaycanda 1997-ci ildə 14-18 may tarixində, «FUARçılıq» şirkəti və Ticarət-sənaye palatası təşkilatçısı ilə «Türkiyə istehlak malları sərgisi» 14-17 iyun tarixində Böyük Britaniyanın «Spiahed Ekzibişnz LTD» və Ticarət-sənaye palatasının təşkilatçısı ilə kənd təsərrüfatı sərgisi 25 iyun-10 iyul tarixində Dubay şirkətlərinin sərgisi 20-24 oktyabr tarixidə I Beynəlxalq «infrasturuktura» sərgiləri keçirilmişdir. Bu cür sərgilərin Azərbaycanda keçirilməsi respublikamızın nüfuzu şirkətlər tərəfindən «əlverişli iqtisadi məkan» kimi tanınmasına müsbət tə’sir göstərməklə xarici sərmayə dərların cəlb olunmasına güclü tə’ sir edir. Xarici ekspertlərin fikrincə bir neçə ildən sonra Bakı Beynəlxalq sərgisi hər il Şotlandiyada keçirilən dünyada ən böyük «Avropa sərgisi» səviyyəsinə çatacaqdır.

Yüklə 43,93 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin