Universitetin adı adau



Yüklə 368,43 Kb.
səhifə6/10
tarix02.01.2022
ölçüsü368,43 Kb.
#46159
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10
referat 1658

Funksiya anlayışı

Verilmiş xy dəyişən kəmiyyətləri bir-birindən asılı olaraq istənilən qiymətləri ala bilirsə, yəni birinin aldığı qiymətlər, o birinin bu və ya başqa qiymətləri alıb almamasından asılı deyilsə, onlara asılı olmayan və ya sərbət dəyişən kəmiyyətlər deyilir. Aydındır ki, belə dəyişən kəmiyyətləri ayrılıqda öyrənməyin heç bir mənası yoxdur. Buna görə də riyaziyyat elmində asılı olan dəyişən kəmiyyələr öyrənilir.



Tərif. Əgər hər hansı f qaydası və ya qanunu vasitəsilə x dəyişən kəmiyyətinin X dəyişmə oblastındakı hər bir qiymətinə y dəyişən kəmiyyətinin Y dəyişən oblastında olan müəyyən bir qiyməti uyğun olarsa, belə uyğunluğa funksiya deyilir və ilə işarə edilir.

Bu halda x dəyişəni arqument və ya sərbəst dəyişən, y dəyişəni funksiya və ya asılı dəyişən, xy kəmiyyətlərinin arasındakı asılılıq funksional asılılıq adlanır. X çoxluğuna funksiyanın təyin oblastı, Y çoxluğuna isə funksiyanın qiymətlər oblastı deyilir.



Funksiyanın aşağıdakı işarələri də istifadə edilir: , y = F(x), y = (x), y = (x), y = y(x) və s. Verilmiş funksiyasının nöqtəsində aldığı qiyməti f(a) kimi işarə edirlər.

Tutaq ki, funksiyası parçasında təyin edilib. Absisləri arqumentin qiymətləri, ordinatları isə funksiyanın qiymətləri olan nöqtələrinin həndəsi yerinə funksiyasının qrafiki deyilir.

Əgər x dəyişəninin hər bir qiymətinə y dəyişəninin ancaq bir qiyməti uyğun olarsa, onda y funksiyası x-in birqiymətli funksiyası adlanır. Əgər x dəyişəninin heç olmasa bəzi qiymətlərinə y dəyişəninin bir neçə qiyməti uyğun olarsa, onda belə funksiyaya çoxqiymətli funksiya deyilir.

f funksiyasının verilməsi, x arqumentinin hər bir qiymətinə görə funksiyasının uyğun qiymətinin necə tapılması deməkdir. Funksi­yanın verilməsinin 3 əsas üsulu vardır: analitik, yəni düstur vasitəsilə, cədvəl və qrafik.


Yüklə 368,43 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin