Universitetin adı adau



Yüklə 368,43 Kb.
səhifə5/10
tarix02.01.2022
ölçüsü368,43 Kb.
#46159
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10
referat 1658

Mövzu 5-6. Funksiya anlayışı. Limitlər. Funksiyanın kəsilməzliyi.

Dəyişən və sabit kəmiyyətlər

1. İki vektorun skalyar hasili, vektorial hasili haqqında məlumat vermək.

2. Vektorların vəziyyətini təyin etməklə üçbucağın, paraleloqramın sahəsinin tapılmasını müəyyən etmək.

3. Müstəvi üzərində analitik həndəsə.

4. Düzxəttin bucaq əmsal tənliyi tənliyini, parçalarla, normal şəkildə tənliklərini və həmin tənliklər arasında əlaqə yaratmaq.
Təbiəti öyrənən hər bir elmin özünəməxsus səciyyəvi kəmiyyətləri vardır. Məsələn, istilik tutumu, müqavimət, təcil və s. fiziki kəmiyyətlərdir, parçanın uzunluğu, sahə, həcm və s. həndəsi kəmiyyətlərdir.

Riyazi kəmiyyətlər iki növ – sabit və dəyişən olur. Həmişə (yaxud da, müəyyən proses dövründə) eyni bir ədədi qiyməti olan kəmiyyətə sabit kəmiyyət, müxtəlif ədədi qiymətlər ala bilən kəmiyyətlərə isə dəyişən kəmiyyətlər deyilir. Aydındır ki, sabit kəmiyyətə həmişə eyni bir ədədi qiymət alan dəyişən kəmiyyət kimi də baxmaq olar. Bundan sonra biz dəyişən kəmiyyətləri x, y, z, u… və s. hərfləri ilə, sabit kəmiyyətləri isə a, b, c, … və s. hərfləri ilə işarə edəcəyik.

Demək lazımdır ki, konkret fiziki hadisələrə baxanda belə bir hal ola bilər: eyni bir ad daşıyan kəmiyyət hadisələrin birində sabit, digərində isə dəyişəndir. Məsələn, bərabərsürətli hərəkətin sürəti sabitdir, bərabərtəcilli hərəkətdə isə sürət dəyişən kəmiyyətdir. Öz ədədi qiymətini istənilən hadisədə sabit saxlayan kəmiyyətlərə mütləq sabitlər deyilir. Məsələn, çevrə uzunluğunun diametrə nisbəti mütləq sabit kəmiyyətdir  3,14159 . Dəyişən kəmiyyət müx­təlif ədədi qiymətlər aldığından baxılan məsələnin xarakterindən asılı olaraq bu qiymətlərin toplusu müxtəlif ola bilər.

Tərif. Dəyişən kəmiyyətin ala bildiyi bütün qiymətlər çoxluğuna bu kəmiyyətin dəyişmə oblastı deyilir.


Yüklə 368,43 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin