Unixin aşağıdakıları üstünlükləri var



Yüklə 0,62 Mb.
səhifə3/6
tarix22.04.2023
ölçüsü0,62 Mb.
#101589
növüYazı
1   2   3   4   5   6
UNİX VƏ LİNUX

Linux Əməliyyat sistemi
Linux, çox populyar, sərbəst paylanan və Microsoft Windows-a güclü bir alternativ təşkil edən əməliyyat sistemidir.
L inux nüvəsinin yaradıcısı, Linus Torvalds, 28 Dekabr 1969-cu ildə Finlandiyanın Helsinki şəhərində anadan olmuşdur. O, on yaşında ikən babası ona Commodore VIC-20 kompüterini almış və Linus da bu kompüterdə babası üçün bəzi statistikaları tutmaqda kömək etməyə başlamışdır. Beləliklə, kompüterlə bərabər gələn bəzi proqramların əl kitabçalarını oxuyaraq bir çox sadə proqramı öyrənmə fürsəti əlinə keçmişdir. Helsinki universitetinin kompüter elmi bölümünə girdiyi vaxt isə artıq tam təşəkküllü proqramçı idi.
1991 ilində, C və Unix dərsləri aldığı vaxt özünə fərdi kompüter (PC) aldı. Kompyuterlə bərabər gələn əməliyyat sistemini bəyənmədiyi üçün öz əməliyyat sistemini yazmağa qərar verən Linus, o vaxtı bir Hollandiyalı professor tərəfindən yazılan və mənbələri açıq olan MINIX əməliyyat sistemi ilə maraqlanmağa başladı. Beləliklə Linux MINIX-dən daha yüksək standartlara cavab verə bilən və Linusun Minix-i kəlmələrindən yaranan Linux ortaya çıxdı.
Linux ictimayəyə açıqdır və istəyən hər kəs onu bir şərtlə işlədə bilər, o şərt, əlavə olunan bütün inkişafın gizli ya da müəllif hüquqlu olmaması və mütləq sürətdə sərbəst bölüşülməsidir.
Hal hazırda Linux dedikdə əslində onun nüvəsi nəzərdə tutulur. Bu nüvə sistemin əsas özəyidir və mütəmadi olaraq Linus Torvalds və onun ardıcılları tərəfindən təkmilləşdirilir. Bu nüvənin əsasında distributivlər yığılır və bizim istifadə etdiyimiz əməliyyat sistemləri də bu distributivlərdəndir.
Linuksun rəsmi talismanı - Tux pinqvini sayılır.
Linuks Intel x86, x86-64, PowerPC, ARM, Alpha AXP, Hitachi SuperH, IBM S/390, MIPS, HP PA-RISC, və s. arxitekturalı prosessorlarda işləyir.
Linuks RedHat şirkəti RedHat 9 versiyasından sonra RedHat Linuxu iki versiyaya ayırdı. Pulsuz və Pullu. Pulsuz versiyası Fedore Core oldu.İstifadəsi çox asan və rahat olan distributivdir. Çox yığcam və rahatdır. Debian əsasında yaradılmışdır. Mənası Zulu dilində "Başqaları nədirsə mən də oyam" deməkdir.Canonical Ltd. tərəfindən inkişaf etdirilir.
Linux SuSE. Almaniyada hazirlanmağa başlanmış bu gün ən dəstəklənən və ən mükəmməl distributivlərdən biridir.İndi Amerikanın Novell şirkəti tərəfindən inkişaf etdirilir. Ən məşhur Linux platformalarından biridir.Süni İntellekt onu xüsusilə sevir.

Əlbəttə, istəyirsinizsə, Linuxu internetdən tamamilə pulsuz və qanuni şəkildə endirə bilərsiniz. Lakin bu tamamilə pulsuz başa gəlmir. Çünki, siz kompüter, sistemi quraşdırma faylını yazmaq üçün CD-ROM disk almalısız, distributiv özü tamamilə pulsuzdur.



Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin