Unixin aşağıdakıları üstünlükləri var



Yüklə 0,62 Mb.
səhifə4/6
tarix22.04.2023
ölçüsü0,62 Mb.
#101589
növüYazı
1   2   3   4   5   6
UNİX VƏ LİNUX

Açıq qaynaq kodludur
Kod dedikdə, proqramın proqramçı tərəfindən hər hansı bir proqramlaşdırma dilində yazılmış, ilkin mətni başa düşülür. Bəzi dəyişikliklərdən sonra insanın başa düşdüyü bu kodlar yerinə yetirilən proqrama çevrilir. Bu proqram – kompüterin başa düşəcəyi, lakin, proqramistin başa düşmədiyi dildə yazılmış, kompüter üçün təlimatlar yığımıdır (“əks çevirmə” imkanı məhdudlaşdırılıb). Hələki ƏS bazarında bağlı qaynaq kodlu məhsullar üstünlük təşkil edir. Kommersiya məqsədli bu ƏS-lərinin proqramçıları öz proqramlarının daxili kodlarını etibarlı şəkildə gizlədirlər. Yəqin ki, ehtiyat edirlər ki, kimsə oz məhsullarında bu kodların hansısa hissələrini istifadə edə bilərlər. Və ya onlar özləri başqa kodlardan istifadə edir və bunu gizlətmək istəyirlər Başqa bir səbəb də bu ola bilər ki, bu proqramlarda səhvlər taparlar və bunu hamı bilər 🙂 (səhvlər bütün proqramlarda var və bu, keyfiyyət və xətalarla bağlıdır). İstənilən halda məşhur ƏS-lərinin kodları bağlıdır. Bağlı kodlu proqramları almaqla, siz sanki torbada bir pişik almış olursunuz 🙂
Linux və onun proqramlarının mənbə kodları hamı üçün açıqdır. Bütün dunyada proqramçıların çoxu Linuxun proqram təminatını təkmilləşdirir, xətaları düzəldir, üzərində işləyir və test edirlər.
Unix-əsaslıdır
UNIX – bu çoxüzvlü qrup, fərdi kompüterlər yaranana qədər hazırlanmış populyar ƏS-lərinin əcdadıdır. Bu qrupa aşağıdakı ƏS-ləri daxildir: SunOS, Solaris, UnixWare, FreeBSD, OpenBSD, NetBSD. Unix əsasında Apple şirkətinin fərdi kompüterləri olan makintoşlar üçün də ƏS-ləri hazırlanmışdır. Unix və Unix-əsaslı sistemlər bank serverləri, interner-ruterlər, tədqiqat maşınları, hesablama klasterləri və başqa fərdi kompüterlərdə yazılmışdır. Ümumi halda, harada etibarlılıq və məhsuldarlıq tələb olunursa, orada Unix və Unix-əsaslı ƏS-ləri istifadə olunur. Prinsipcə, Linuxu Unixlə eyni adlandırmaq olardı, amma, bu, müəllif hüquqları ilə bağlı problem yarada bilər. Belə ki, Unix – kommersiya markasıdır. Linuxda “ənənəvi” Unixə olunmuş çoxlu əlavələr var və buna görə də Linuxa Unixlə eyni yox, tamhüquqlu şəkildə Unix-əsaslı demək olar.



Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin