Unofficial translation



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə1/79
tarix02.01.2022
ölçüsü0,79 Mb.
#2771
  1   2   3   4   5   6   7   8   9   ...   79


 

 

Unofficial translation 



 

 

Bərabər çıxış imkanı üzrə 

qiymətləndirmə vərəqi 

 

 

Su və sanitar xidmətlərə çıxışla bağlı insan  



hüququnun təmin edilməsinə nail olmaq  

üçün siyasi proseslərə dəstək göstərmə



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Transsərhəd su axınlarının (çayların) və beynəlxalq göllərin mühafizəsi  

və onlardan istifadə üzrə Konvensiyaya Su və sağlamlıq haqqında Protokol 

 

 


 

 

 



 

 

İçməli suya və sanitar xidmətlərə çıxış imkanı İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Paktın 11-ci 



maddəsində təsbit edilmiş tələblərə cavab verən yaşayış səviyyəsinə olan hüququn bir hissəsi kimi insan hüququdur. 

Bu hüquq birmənalı şəkildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası və Birləşmiş Millətlər Təşkilatının İn-

san  Hüquqları  Şurası  tərəfindən  tanınmışdır. Buna  görə  də  dövlətlər  hamı  üçün  su  və  sanitar  xidmətlərə  çıxış  im-

kanını təmin etmək və bu hüququn tam şəkildə realizəsi üçün tədbirlər görmək kimi hüquqi öhdəlik daşıyırlar. Bu 

öhdəliyə riayət etmək üçün, onlar bütün əhali üçün su və sanitar xidmətlərə çıxış imkanının bərabər olmasını təmin 

etməlidirlər.  

 

Bəzi əhali qrupları xüsusi diqqət tələb edir. Məsələn, kiçik kənd icmalarında yaşayanlar, evsizlər və ya su haqqını 



ödəyə bilməyən yoxsul şəhər əhalisi. Çıxış imkanının təmin edilməsi çətin olan bu insanlara yönələn həll yollarına 

ayrıca  diqqət  yetirilmədiyi  təqdirdə,  su  və  sanitar  xidmətlərə  çıxış  imkanındakı  fərqlər  çox  güman  ki  artacaq  və 

bizim səylərimizi təhlükə altına alacaqdır.  

 

İnanmaq  çətindir  ki,  2011-ci  ildə  pan-Avropa  regionunda  19  milyon  insanın  daha  təkmil  şəkildə  içməli  su 



mənbəyinə  çıxış  imkanı  olmayıb  və  67  milyon  insan  isə  daha  yaxşı  sanitar  xidmətlərə  çıxış  imkanına  malik 

deyildi, bu da bir çox vaxtsız ölümlərə  səbəb olmuşdur.  Biz tək ölkələr arasında deyil, məhz ölkələr daxilində 

böyük bərabərsizlikləri görürük  və bu bərabərsizliklər az rast gəlinən  hal deyildir. Məsələn, bir ölkədə əhalinin 

ən  yoxsul  40%-i  ən  varlı  20%-dən  təxminən  yeddi  dəfə  az  çıxış  imkanına  malikdir.  Bütün  ölkələrdə  həqiqi 

maneələrlə üzləşən xüsusi əhali qruplarının olduğu pan-Avropa regionunda su və sanitar xidmətlərə çıxış imkanı 

problem olaraq qalmaqdadır. 

 

Mövcud hüquqi və siyasi öhdəliklər bizim su və sanitar xidmətlərə çıxış imkanındakı bərabərsizlikləri aradan qal-



dırmağımızı  tələb  edir.  Məsələn,  UNECE-ÜST  Avropa  Su  və  sağlamlıq  haqqında  Protokola  qoşulan  tərəflər,  bu 

Protokola qoşulmaqla və onu ratifikasiya etməklə, təmiz içməli su təchizatına və tələblərə cavab verən sanitar xid-

mətlərə bərabər çıxış imkanını təmin etmək öhdəliyini öz üzərlərinə götürmüşlər. 2010-cu il Ətraf mühit və sağlam-

lıq haqqında Parma Bəyannaməsi zəif təbəqə kimi uşaqları hədəf kimi müəyyənləşdirmişdir:  

 

Pan-Avropa regionu, “2020-ci ilədək, evlərdə, uşaq qayğı mərkəzlərində, uşaq bağçalarında, məktəblərdə, səhiyyə 



müəssisələrində  və  ictimai  əyləncə  yerlərindəki  su  qurğularında  hər  bir  uşağın  su  və  sanitar  xidmətlərə  çıxış  im-

kanını təmin edəcəkdir”.  

 

Su  və  sağlamlıq  haqqında  Protokol  çərçivəsində  fəaliyyət  göstərən  pan-Avropa  regionundakı  ölkələr  bu  çağırışa 



doğru irəliləyirlər. 2012-ci ildə Su və Sağlamlıq üzrə İşçi Qrup Heç kim geridə qalmayacaq: pan-Avropa regionun-

da su və sanitar xidmətlərə bərabər çıxış imkanını təmin etmək üçün qabaqcıl təcrübələr adlı nəşri təqdim etmişdir. 

 

Siyasət seçimlərini və qabaqcıl təcrübələri təqdim edən bu nəşrdə bərabər çıxış imkanı ilə bağlı üç əsas məsələ müəyyənləşdirilir:  



 

 



Təmin edilən xidmətlərdə coğrafi bərabərsizlikləri azaltmaq 

 



Zəif və təcrid olunmuş qruplar tərəfindən xidmətlərə çıxış imkanında ayrı-seçkilik və ya təcrid edilmə hallarının  

qarşısını almaq 

 

İstifadəçilər tərəfindən maliyyə baxımından əlçatanlığı təmin etmək. 



Nəşrdə, həmçinin, o da qeyd olunur ki, su təchizatı və sanitar xidmətlərin təmin olunması arasında güclü əlaqələr va-

hid yanaşma tələb edir. Burada ümumi çağırış budur ki, biz, hamının su və sanitar xidmətlərə çıxışı imkanına doğru 

ciddi irəliləyişə nail olmaq üçün siyasi alətlərə və onlardan istifadə üzrə  təcrübəyə malikik.  

 

Bu  sənəd,  ilkin  səviyyəni  müəyyələşdirməkdə,  görülməli  sonrakı  tədbirləri  müzakirə  etməkdə  və  özünü-



qiymətləndirmə  prosesi  vasitəsilə  irəliləyişi  dəyərləndirməkdə  hökumətlərə  və  digər  maraqlı  tərəflərə  kömək  edə 

bilən analitik bir sənəddir.  




 

 

 



 

Bu sənəd qiymətləndirmə vərəqi formasındadır. Burada siyasi seçimlər sadalanır və istifadəçidən müəyyənləşdirilən 

siyasət  seçimlərinin  nə  dərəcədə  istifadə  olunduğunu  ümumiləşdirən  qiyməti  vermək  və  əsaslandırmaq  gözlənilir. 

Qiymətləndirmə  vərəqi,  həmçinin,  nəticələri  vəziyyətlə  əlaqələndirmək  və  təmiz  içməli  suya  və  sanitar  xidmətlərə 

çıxış imkanının səviyyəsini izah etmək üçün kəmiyyətlə bağlı informasiyanı da tələb edir. Qiymətləndirmə vərəqinin 

istifadəçisi kimi, siz, sərbəst şəkildə onu öz ehtiyaclarınıza uyğunlaşdırmalısınız.  

 

Qiymətləndirmə  vərəqi  özünü-qiymətləndirmənin  aparılması  üçün  dünyanın  istənilən  ölkəsində,  regionunda  və  ya 



şəhərində istifadə oluna bilər. O, ölkələr (və ya yerli ərazilər) arasında müqayisələrə imkan yaratmaq üçün deyil, ölk-

ənin müəyyən vaxt ərzində öz müxtəlif nəticələrini müqayisə etməsinə imkan vermək üçün nəzərdə tutulmuşdur.  

 

Qiymətləndirmə vərəqi, Su və sağlamlıq haqqında Protokola əsasən, rəsmi hesabat vermənin bir hissəsi olmasa da, 



Protokola qoşulan tərəflər, su və sanitar xidmətlərə çıxış imkanında bərabərliyə dair ilkin təhlil aparmaq, bununla 

bağlı  prioritetləri  müəyyənləşdirmək,  hədəfləri  təyin  etmək,  müəyyənləşdirilmiş  boşluqları  aradan  qaldırmaq  və 

irəliləyişi qiymətləndirmək üçün ondan istifadə etməyə çağırılır.  

 

Bərabər çıxış imkanına malik olma və onu saxlama su və sanitar xidmətlər sektorunun nə dərəcədə yaxşı fəaliyyət 



göstərməsindən asılıdır. Lakin, qiymətləndirmə vərəqində, diqqət, yalnız su və sanitar xidmətlər sektorunun ümumi 

fəaliyyətinə  yönəlmir.  Nə  də su  ehtiyatlarının  idarəçiliyi  kimi  su  və  sanitar  xidmətlərə  bərabər  çıxış  imkanını  poza 

bilən  digər  hallara  yönəlmir.  Qiymətləndirmə  vərəqində,  diqqət,  müxtəlif  vaxtlarda,  bərabərlik  baxımından,  su  və 

sanitar xidmətlərə çıxış imkanının vəziyyətinə dair tam mənzərəni müəyyən edə bilən bəzi məsələlərə və göstəricilərə 

yönəlir.  

 

Fransanın  (Böyük  Paris  şəhər  ərazisi),  Portuqaliyanın  və  Ukraynanın  təcrübəsindən  göründüyü  kimi,  özünü-



qiymətləndirmə  prosesi,  müvafiq  orqanlara,  sonrakı  fəaliyyəti  həyata  keçirmək  üçün  düzgün  tərəfdaşları 

müəyyənləşdirməkimkanı  verə,  orqanlar  arasında  və  orqanlarla  digər  maraqlı  tərəflər  arasında  əməkdaşlığa 

başlamağa  kömək  edə  və  siyasi  proseslərə  dəstək  ola  bilər.  Geniş  tərkibdə  maraqlı  tərəfləri  cəlb  etməklə,  özünü-

qiymətləndirmə  məlumatları  artıra  və  su  və  sanitar  xidmətlərə  çıxış  imkanında  bərabərliyə  dair  ümumi  anlayışın 

işlənib hazırlanmasına, habelə yaradıcı düşüncəyə şərait yarada bilər.  

 

Qiymətləndirmə 



vərəqindən 

istifadə 

maraqlı  tərəflər  arasında  müzakirələrdə  dəlillərə-əsaslanan  və 

strukturlaşdırılmış  yanaşmanın  tətbiqinə  kömək  edə  bilər.  Bu,  öz  növbəsində  obyektiv  müzakirəyə  imkan  yarada 

bilən “yüksək həll yolunun” işlənib hazırlanması ilə vəziyyətin təhlil edilməsinə (o cümlədən mövcud siyasətlərin 

və cari tədbirlərin müəyyənləşdirilməsi və normative aktlar və reallıqlar arasında boşluqları göstərmə) imkan yarada 

bilər.  Qiymətləndirmə  vərəqi,  eyni  zamanda,  müzakirələrin  əhatə  dairəsini  genişləndirməyə  və  informasiyanın 

mövcudluğunu və etibarlılığını artırmaq tələbini aydınlaşdırmağa kömək edə bilər.  

 





Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin