Praktiki təlimat – qiymətləndirmə vərəqini doldurmaq üçün qeydlər
İlkin vəziyyətə dair məlumat.
Bərabər çıxış imkanı məsələləri ilə bağlı ilkin vəziyyətə dair məlumatı “Heç kim
geridə qalmır” adlı UNECE-ÜST/ Avropa nəşrindən əldə oluna bilər. Qiymətləndirmə vərəqinin hər bir bölməsinə
girişdə “Heç kim geridə qalmır” adlı nəşrin hər bir Fəaliyyət Sahəsi ilə bağlı olan müvafiq bölməsi göstərilir.
Lüğət
.
Qısa lüğətdə qiymətləndirmə vərəqi boyu istifadə olunan əsas konsepsiyaların anlayışı verilir. İki məsələni
vurğulamaq lazımdır:
Bu sənəddə “su və sanitar xidmətlərə çıxış imkanı” ifadəsi su və sanitar xidmətlərə olan insan hüququnu
müəyyənləşdirən beş ölçünü özündə birləşdirir: mövcudluq, mümkünlük, münasiblik, keyfiyyət / təhlükəsizlik və
əlçatanlıq. Əlçatanlıq məsələsinə qiymətləndirmə vərəqinin 4-cü bölməsində ayrıca diqqət yetirilir.
Bu sənəddə Su və sağlamlıq haqqında Protokolda işlədilən “su və sanitar xidmətlərə bərabər çıxış imkanı” ifadəsinə
istinad olunur. Bəzi ekspertlər “bərabərlik və ayrı-seçkiliyin yol verilməzliyi” ifadəsinin tərəfdarıdırlar. Sözün əlavə
məzmununda müəyyən fərqlər olsa da, bu iki ifadə praktiki baxımdan ekvivalent hesab edilə bilər.
Dostları ilə paylaş: |