İnformasiya cəmiyyəti problemləri, 2013, №2(8), 52-60
52 www.jpis.az
UOT 004.65:61
Ağazadə İ.S.
1
, Şahverdiyeva R.O.
2
1,2
AMEA İnformasiya Texnologiyaları İnstitutu, Bakı,
Azərbaycan
1
aghazadehnasrin@gmail.com,
2
depart8@iit.ab.az
SƏHİYYƏ İNFORMASİYA SİSTEMLƏRİNDƏ MÜALİCƏ PROSESLƏRİNİN
QİYMƏTLƏNDİRİLMƏSİ ÜZRƏ STATİSTİK MƏLUMATLARIN STRUKTUR
TƏHLİLİ
Məqalə səhiyyə informasiya sistemləri tərkibində müalicə proseslərinin qiymətləndirilməsi və
təhlili üzrə zəruri olan statistik məlumatların müəyyənləşdirilməsinə və struktur təhlilinə həsr
olunmuşdur. Qərar qəbuletmə proseslərində statistik indikatorların rolu, statistik tədqiqatın
məqsədi, indikatorların tipləri, həmçinin statistik standartlar və meyarlar ətraflı tədqiq
edilmişdir. Xəstəxana göstəricilərinin müqayisəli təhlili verilmişdir.
Açar sözlər: tibbi indikatorlar, tibbi xidmətlər, statistik göstəricilər, statistik standartlar və
meyarlar, tibbi informasiya sistemləri.
Giriş
Müxtəlif statistik göstəricilərin mövcudluğu səhiyyə və müalicə müəssisələrinin işinin
effektivliliyinin qiymətləndirilməsinə imkan verir. Onlar həm də səhiyyə-müalicə sahəsinin
inkişafı yolundakı maneə və çətinliklərin aradan qaldırılmasının dəqiq yolunu ortaya qoyur.
Xəstəxana göstəriciləri onun müxtəlif sahələrdəki fəaliyyətini əks etdirir. Ona görə də bu
göstəricilərə hərtərəfli diqqət edilməsi zəruridir [1]. Yəni, vaxtaşırı və ya dövri olaraq
göstəricilər araşdırılmalı, müqayisə edilməli və onların vəziyyəti qiymətləndirilməlidir.
Xəstəxana göstəricilərinin tədqiqi ilə bağlı müxtəlif araşdırmalar həyata keçirilmişdir. Onların
hər birində yalnız bir qrup göstəricilər öyrənilmişdir. Göstəricilər idarəçiliklə bağlı
məlumatlardan ibarətdir. İstifadəçilər tərəfindən xəstələrə səhiyyə-müalicə xidmətləri
göstərilməsi, ödəmələrin yerinə yetirilməsi və s. sahələr üzrə qərarların qəbulunda onlardan geniş
şəkildə istifadə olunur.
Məqalə səhiyyə-müalicə xidmətlərinin keyfiyyətinin təkmilləşdirilməsinin idarə olunması
və təhlili istiqamətində istifadə olunan klinik indikatorların təyinatları və xüsusiyyətlərinə həsr
olunmuşdur. Klinik indikatorlar səhiyyə-müalicə xidmətlərinin özünəməxsus strukturlarını,
proseslərini və onların nəticələrini qiymətləndirir. Onlar səhiyyə-müalicə xidmətlərinin
qiymətləndirilməsi üçün dərəcəli və ya orta göstərici əsaslı, eləcə də, növbətçi təyinatlı ola bilər.
Bu indikatorlar strukturun, proses və ya nəticənin aspektlərini qiymətləndirmək qabiliyyətinə
malikdir.
Klinik
indikatorlar
həmçinin
səhiyyə-müalicə
xidmətlərinin
keyfiyyətinin
təkmilləşdirilməsi və prioritetlərin müəyyən edilməsi üçün zəmin yaradır. İstifadə edilən klinik
indikatorların düzgün və etibarlı olması üçün onlar elmi əsaslarla layihələndirilməli,
təyinatlandırılmalı və işlədilməlidir.
Məqalədə əsas məqsəd xəstəxana göstəricilərinin, xüsusən, onların ən çox işlədilən
qrupunun vahid standart metod əsasında araşdırılmasıdır. Tədqiqatın nəticələri bu sahə ilə
məşğul olanlar və səhiyyə-müalicə xidmətinin keyfiyyətinin ölçülməsinə maraq göstərənlər üçün
nəzərdə tutulmuşdur.