- Daha çox hansı yaş qrupunda olan
insanlar sizə müraciət edirlər?
- Bu gün gənclərimiz tez hazırlanan
“fast food” qidalarına üstünlük verir-
lər. Ona görə də qidalanma sabit,
balanslaşdırılmış deyilsə, karbohidrat
üstünlüklüdürsə, qan dövranı zəifdirsə,
bu, mədə-bağırsaq xəstəliklərini yaradan
başlıca faktorlardan biri sayılır.
- Bariatrik əməliyyatlar haqda nə deyə
bilərsiniz…
- Bu əməliyyat son zamanlarda tətbiq
edilməyə başlanıb. Biz buna mədənin
anatomik quruluşuna müdaxilə deyirik və
bu onun dəyişdirilmsi prosesi kimi izah
olunur. Çəki itkisi əsasən 2 mexanizmlə -
birincisi mədənin həcminin kiçildilməsi ilə
mexanik məhdudlaşdırma nəticədə erkən
doymanı təmin etmək, ikincisi isə mədənin
fundus nahiyyəsində Ghrelin yəni “aclıq
hormonu” ifraz olunur, hansıki əməliyyat
zamanı həmin hissə kəsilib çıxarıldığı üçün
təbii olaraq iştah da azalmış olur və çəki
itkisi baş verir. Nəticədə bu əməliyyatlar
zamanı çəki itirilir, orqanizmin kütləsi
azaldığı üçün mədəaltı vəzə düşən yük
azalır, hətta bəzən yüngül dərəcədə
şəkər xəstəliklərini aradan qaldırmağa da
gətirib çıxara bilir.
Dostları ilə paylaş: |