- Sizcə stress, əsəb mədə-bağırsaq
xəstəliklərinə necə təsir edir?
- Biz hər zaman həkim olaraq, bütün
insanlara sağlam həyat tərzi, sağlam
qidalanma məsləhət görürük. Bu da
bir çox xəstəliklər kimi mədə-bağırsaq
xəstəliklərinin də qarşısını almaqda
kömək edəcək. Müasir zamanda aktiv
həyat tərzi şəhərdə yaşayan insanlara
adətən şamil edilmir. Çünki onlar daha
çox oturaq həyat tərzi keçirir.
Əgər biz insan vücudunu bioloji
mexanizm kimi nəzərə alsaq, istənilən
mexanizmin istirahətə ehtiyacı var. Hətta
ürək də istirahətsiz işləmir.
Sizə maraqlı bir fakt deyim ki, ürəkdə
xərçəng xəstəliyinə nadir hallarda rast
gəlinir. Və bunun əsas səbəbi onun daim
istirahət edərək işləməsidir. Təbii ki, insan
vücuduna da daim istirahət lazımdır.
Böyüklər, xüsusilə uşaqların gecə yuxusu
çox önəmlidir. Ümumiyyətlə, gecə
yuxusunda melatonin (gecə ifraz olunan
qaranlıq hormonu – red) deyilən maddə
ifraz olunur ki, bu uşaqlarda inkişafı
təmin edir, böyüməni tənzimləyir.
Bir insan normal istirahət etmirsə və
yuxusuz qalırsa, bu psixoemosional
və fiziki qıcığa gətirib çıxarır. Bunun
nəticəsində orqanizm istənilən təsirə
daha həssas olur. Ona görə də belə
orqanizmdə bakteriya və virus inkişaf
edir.
Dostları ilə paylaş: |