keşməkeşli bir yol keçib. Uni-
versitet o vaxtdan indiyədək
həkimlik peşəsini yüksək tutan,
Hippokrat Andına sadiq qa-
lan və bu peşənin şərəfini istər
ölkəmizdə, istərsə də ölkənin hü-
dudlarından kənarda qorumağa
müvəffəq olan həkimlər ordusu-
nun yetişməsinə öz töhfələrini
verə bilib. Savadlı kadrların
yetişməsi və formalaşmasın-
da isə kafedraların rolu danıl-
mazdır. Hazırda universitetdə
70-dən çox kafedra fəaliyyət
göstərir. Biz bu rubrikamızda
ayrı-ayrılıqda kafedraların ya-
ranması, dünəni və bu günü ilə
bağlı oxuculara ətraflı məlumat
verməyi qərarlaşdırmışıq.
İndi isə ilk olaraq I da-
xili xəstəliklər və reani-
matologiya
kafedrası-
nın tarixindən başlayaq.
Qeyd edək ki, I daxili
xəstəliklər kafedrası 1969-
cu ildə I Hospital terapi-
ya kafedrasından ayrıla-
raq 1969-1974-cü illərdə
pediatriya
fakültəsinin
hospital terapiya, 1974-
1985-ci illərdə I müalicə-
profilaktika hospital tera-
piya, 1985-1991-ci illərdə I
daxili xəstəliklər kafedrası
kimi fəaliyyət göstəribdir.
Kafedranın ilk əməkdaşları
professor H.İsazadə, pro-
fessor Z.Tağızadə, do-
sent Ə.Mehdiyev, dosent
E.Mahmudbəyova
olub-
lar. Kafedraya 1969-1990-
cı illərdə ə.e.x, professor
H.İsazadə,
1990-1991-
ci illərdə isə professor
A.Baxşəliyev rəhbərlik edib.
Anesteziologiya və reani-
motologiya kafedrası ilk
dəfə 1974-cü ildə yara-
nanda kafedraya profes-
sor A.Axunbəyli rəhbərlik
edib, əməkdaşları isə dosent
E.İsmayılov, t.e.n. V.Soskin,
t.e.n. E.Eldarova olublar.
Kafedra
1991-ci
ildə
universitetdə aparılan isla-
hatlar nəticəsində yenidən
təşkil olunub. Yəni kafedra
I daxili xəstəliklər və anes-
teziologiya-reanimatologi-
ya kafedralarının birləşməsi
nəticəsində
yaranıbdır.
1991-ci ildən 2010-cu ilin
yanvar ayına qədər kafed-
raya ə.e.x. A.Axunbəyli
rəhbərlik edib, həmin vaxt-
dan etibarən isə bu ka-
fedra professor İsfəndiyar
İsmayılovun rəbərliyi ilə
fəaliyyətini günün tələbləri
səviyyəsində qura bilib.
Dostları ilə paylaş: |