Qabil ABDULLAYEV
K a f e d r a l a r ı m ı z
İ.İSMAYILOV:
“ƏMƏKDAŞLARIMIZ YÜKSƏK İXTİSASLI MÜTƏXƏSSİSLƏR KİMİ KAFEDRANIN
KLİNİK BAZALARINDA MÜALİCƏ İŞLƏRİNƏ RƏHBƏRLİK EDİR”
Məlum olduğu kimi, ətrafların
qeyri-iradi titrəməsi Parkinson
xəstəliyinin əsas əlamətlərindən
biridir. Bu xəstəlikdən əziyyət
çəkən adamlar üçün onların həyat
keyfiyyətini xeyli yaxşılaşdıracaq
mexanizm hazırlanır.
Parkinson xəstəliyi dofamin me-
diatoru hasil edən hərəkətəgətirici si-
nir hüceyrələrinin (neyronların) tədricən
tələf olması ilə bağlı degenerativ nevro-
loji xəstəlikdir. Bu səbəbdən hərəkətlərin
requlyasiyası və özünü səciyyəvi titrəmə
şəklində büruzə verən əzələ tonusu pozu-
lur, əl-qol hərəkətləri nəzarətdən çıxır. Bu
vəziyyət xəstələrin gündəlik fəallığına və həyat
keyfiyyətinə təsir göstərir.
AZƏRTAC “hi-news.ru” saytına istinad-
la xəbər verir ki, dərman terapiyası əsasən
xəstəliyin erkən stadiyalarında səmərəlidir.
Müalicə getdikcə səmərəsini itirir və bir sıra
əlavə təsirlər əmələ gəlir.
İyirmi altı yaşlı britaniyalı tələbə Fai Onqun
təklif etdiyi “GyroGlove” əlcəkləri titrəmənin
əl-qol hərəkətlərinə təsirini mexaniki şəkildə
aradan qaldıraraq, yuxarı ətrafı sabitləşdirmək
iqtidarındadır.
İxtiraçı qeyd edir ki, bu əlcəyi geyinən
pasiyent hiss edir ki, əl-qol hərəkətləri daha
dəqiq və rəvan olub. O, adət etdiyi işləri əvvəlki
kimi rahat yerinə yetirir, məsələn, özünə qəhvə
dəmləmək, yaxud yemək hazırlamaq iqtidarın-
da olur.
Artıq bazarda yüksək amplitudalı
titrəmədən əziyyət çəkən adamlar üçün xü-
susi mexanizmlər – çəngəl-bıçaq, qab-qacaq,
qələmlər var, amma onlar bu problemi yetərincə
həll etmir. Fai Onq bildirib ki, “GyroGlove” artıq
tədqiqatın əvvəlində əllərin titrəməsini 90 faizə
qədər azaltmağa imkan verir.
Qiyməti təqribən 600-900 dollar olan bu
əlcəklər Böyük Britaniyada bu ilin sentyabrında
satışa çıxarılacaq.
İxtiraçı ümid bəsləyir ki, əlcək təkcə Par-
kinson xəstələrinə deyil, həm də başqa etio-
logiyalı titrəmədən əziyyət çəkən pasiyentlərə
kömək edəcək. “GyroGlove” əlcəklərinin ka-
mandan oxatmada, foto və video çəkilişlərində
tətbiq ediləcəyi ehtimal olunur.
“GyroGlove” əlcəkləri titrəməni aradan qaldırır
Amerikalı mütəxəssislər uşaqlar üçün zərərli olan qi-
daların yeni siyahısını açıqlayıb.
A Z Ə R T A C
“dni24.com” saytı-
na istinadla xəbər
verir ki, bu siyahı-
da olan yeməkləri
uşaqlara
verməyi
alimlər məqbul say-
mır. “Qara siyahı”
əsasən hazır qi-
dalardan ibarətdir.
Onların hamısı artıq
çəki yaradır. Alimlər bundan əvvəl də zərərli qidalarla
bağlı siyahı hazırlamışdı, orada zərərli ərzaqlar arasın-
da ilk yeri çipsilər və qazlı sular tuturdu. Yeni siyahı-
da çeşidlərin sayı artırılıb və bura kartof-fri, qızardılmış
balıq, istənilən növ şirniyyatlar, habelə dəfələrlə istifadə
olunmuş yağ daxil edilib.
Un məmulatları da çəki artıran məhsul hesab olu-
nub. Çipsi və qazlı sular yenə də siyahıda saxlanılıb.
Alimlər bildiriblər ki, siyahıya daxil edilən məhsulların
uşaq orqanizmi üçün heç bir faydası yoxdur. Bu qida-
lar yalnız əlavə çəki yığmağa yarayır. Müxtəlif növ süd
kokteyllərindən də imtina etmək gərəkdir, onlar da
zərərli qidalar siyahısındadır.
Faydalı ərzaqlara gəlincə, mütəxəssislər uşaqları sı-
yıqlar, qədərincə çörək, tərəvəz, meyvə, göy-göyərti və
göbələk yedizdirməyi məsləhət görür. Ət məhsullarından
yalnız toyuq ətini rasiona daxil etmək olar.
Alimlər uşaqlar üçün yeni
“qara siyahı” hazırlayıb
15 mart 2016-cı il
http://www.amu.edu.az
7
Son zamanlar insanlar arasında
mədə-bağırsaq xəstəlikləri geniş
yayılıb. Burada bir çox faktorlar
rol oynayır – genetik və xarici
faktorlar, düzgün qidalanmamaq,
rejimsizlik, düzgün olmayan həyat
tərzi, maddələr mübadiləsinin
pozulması və s.
Dostları ilə paylaş: |