Uroloqlar Assosiasiyasının növbəti tədbiri keçirildi Macarıstanın Semmelveis Universiteti ilə anlaşma memorandumu imzalanıb


İctimai Səhiyyə və İslahatlar Mərkəzinin əməkdaşları tütünlə



Yüklə 245,65 Kb.
səhifə9/24
tarix28.12.2021
ölçüsü245,65 Kb.
#14022
1   ...   5   6   7   8   9   10   11   12   ...   24
İctimai Səhiyyə və İslahatlar Mərkəzinin əməkdaşları tütünlə 

mübarizəyə dair beynəlxalq seminarda iştirak edib

Moskvada tütünlə mübarizədə KİV-lərin 

potensialının gücləndirilməsi üzrə keçirilən 

beynəlxalq seminarda Azərbaycanın Səhiyyə 

Nazirliyinin İctimai Səhiyyə və İslahatlar 

Mərkəzinin (İSİM) əməkdaşları Tofiq Mu-

sayev, Aytən Məmmədova və Ayla Ələsgərova 

təmsil ediblər.

Dünya Səhiyyə Təşkilatının Avropa Regional Ofi-

sinin  təşkilatçılığı  ilə  keçirilən  seminarın  məqsədi 

tütün  əleyhinə  mübarizə  sahəsində  ən  son  elmi 

nailiyyətlərin  və  yeniliklərin  təqdim  edilməsi, 

ölkələrdə  bu  sahədə  uğurla  həyata  keçirilən 

fəaliyyət  və  strategiyalar  barədə  məlumatların 

verilməsi  olub.  Seminarda  çıxış  edənlər  son  on 

ildə  tütün  əleyhinə  mübarizədə  effektiv  siyasətin 

əsas  komponentlərinə  və  onların  icrasına,  eləcə 

də  təhlükəsizlik  strategiyalarına  diqqət  yetiriblər. 

Həmçinin tütünlə mübarizədə iştirakçı ölkələr ara-

sında  əldə  olunmuş  uğurlardan,  tütünçəkmənin 

qadağan olunmadığı ictimai yerlərin sayının ildən-

ilə azalmasından, tütün məhsullarının qablaşdırıl-

masında istifadə olunan şəkilli xəbərdarlıq üsulla-

rından söhbət açılıb.

İSİM-in əhalinin sağlamlığı şöbəsinin müdiri To-

fiq Musayev Azərbaycanda tütünçəkmə nəticəsində 

yaranan  qeyri-infeksion  xəstəliklərin  azaldılması 

sahəsində  görülən  işlərdən  danışıb.  Məlumat  ve-

rilib  ki,  Azərbaycanda  qeyri-infeksion  xəstəliklər 

üzrə mübarizə səhiyyə sisteminin və ümumiyyətlə 

dövlətin prioritet vəzifələrindən biridir. Hələ 2012-

ci  ildə  qəbul  edilən  “Azərbaycan-2020:  gələcəyə 

baxış”  İnkişaf  Konsepsiyasında  qeyri-infeksion 

xəstəliklərə  qarşı  mübarizəyə  dair  strategiyanın 

hazırlanması  işinə  başlanılıb.  2015-ci  il  dekab-

rın  23-də  Azərbaycan  Respublikası  Prezidentinin 

Sərəncamı  ilə  təsdiq  olunan  “Azərbaycan  Res-

publikasında  qeyri-infeksion  xəstəliklərə  qar-

şı  mübarizəyə  dair  2015-2020-ci  illər  üzrə 

Strategiya”nın  əsas  məqsədi  ölkəmizdə  həyata 

keçirilən  birgə  və  inteqrasiya  olunmuş  tədbirlər 

vasitəsilə əhalinin sağlamlığının yaxşılaşdırılması-

na, o cümlədən qeyri-infeksion xəstəliklərlə bağlı 

vaxtından əvvəl ölüm hallarının əhəmiyyətli azaldıl-

masına nail olmaqdır.

Şöbə müdiri bildirib ki, strategiyanın vəzifələri bu 

xəstəliklərlə  mübarizə  üzrə  səmərəli  sahələrarası 

əməkdaşlıq  mexanizminin  yaradılması,  qeyri-

infeksion  xəstəliklərin  risk  faktorlarından  olan 

tütündən istifadəni azaltmaq sahəsində işlərin apa-

rılmasıdır.  Əhalinin  maarifləndirilməsi  məqsədilə 

yenilik  olaraq  İSİM  tərəfindən  “Hər  günün  tütün-

süz olsun!” aksiyasına həsr olunmuş www.nosmo-

ke.az saytı yaradılıb, eləcə də tütünlə mübarizəyə 

aid həm əhali, həm də mütəxəssislər üçün faydalı 

məlumatları  özündə  cəmləşdirən  www.tobacco-

control.az elektron portalı istifadəyə verilib.




Yüklə 245,65 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin