Uroloqlar
Assosiasiyasının
növbəti tədbiri
keçirildi
Macarıstanın Semmelveis Universiteti ilə
anlaşma memorandumu imzalanıb
İ.İSMAYILOV:
“ƏMƏKDAŞLARIMIZ YÜKSƏK İXTİSASLI MÜTƏXƏSSİSLƏR KİMİ
KAFEDRANIN KLİNİK BAZALARINDA MÜALİCƏ İŞLƏRİNƏ
RƏHBƏRLİK EDİR”
Qəzet 1933 -cü ildən çıxır. № 05 (1623) 15 mart 2016 - cı il Qiyməti 50 qəpik
Tədris Cərrahiyyə klinikasında «ilkin yardım
haqqında maarifləndirmə» tədbiri keçirilib
ÜMUMDÜNYA BÖYRƏK
GÜNÜ QEYD OLUNDU
İmtahan sessiyasının yekunları
müzakirə olundu
BU SAYIMIZDA
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban
Əliyeva, bir sıra ölkələrin dövlət və hökumət başçıları Forumun rəsmi açılışın-
da iştirak ediblər.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən IV Qlobal
Bakı Forumunda bu dəfə münaqişələrin qarşısının alınmasında dinlərarası di-
aloqun rolu, miqrasiya, multikulturalizm və inteqrasiya məsələləri, o cümlədən
qlobal təhlükəsizliyin təmin olunması kimi mühüm məsələlər müzakirə edilir.
Bundan başqa, enerji və qlobal idarəçiliyin perspektivləri ilə bağlı məsələlər də
Forumun gündəliyinə daxildir.
Albaniya, Monteneqro, Bolqarıstan, Gürcüstan prezidentlərinin də qatıldığı
Forumda 27 sabiq prezident və 23 sabiq baş nazir də daxil olmaqla, 53 ölkədən
300-dən çox nümayəndə iştirak edib.
***
Dövlətimizin başçısı rəsmi açılışda nitq söyləyib.
Martın 10-da Azərbaycanın paytaxtında “Çoxqütblü dünyaya doğru”
mövzusunda IV Qlobal Bakı Forumunun rəsmi açılışı olub.
2, 4
4
6
3
5
7
Bakıda “Çoxqütblü dünyaya doğru” mövzusunda IV Qlobal Forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev Forumun açılışında iştirak edib
http://www.amu.edu.az
15 mart 2016-cı il
2
B Ö Y Ü K E L M İ Ş U R A D A
Sonra ATU-nun tədris hissə müdiri,
dosent Nəsimi Qasımovun “2015-
2016-cı tədris ilinin payız semestrinin
imtahan sessiyasının yekunları və yaz
semestrində tədris prosesinin daha da
yaxşılaşdırılması işində universitet
kollektivinin vəzifələri” barədə hesabatı
dinlənildi.
Ölkə başçısı cənab İlham Əliyevin
Sərəncamı ilə «Azərbaycan Respub-
likasında Təhsilin İnkişafı üzrə Dövlət
Strategiyası»na müvafiq Azərbaycan Tibb
Universitetinin strateji inkişaf planının
təsdiq edildiyini diqqətə çatdıran məruzəçi
bildirdi ki, həmin plana əsasən universitet
kollektivi 2015-2020-ci illəri əhatə edən
tədbirlərin həyata keçirilməsi üçün bir sıra
strateji məsələləri həll etməlidir.
Sözünə davam edən N.Qasımov dedi
ki, bununla yanaşı ölkə Prezidentinin
«Şəffaflığın artırılması və korrupsiyaya
qarşı mübarizə üzrə milli strategiyanın
təsdiq edilməsi barədə» Sərəncamına
müvafiq olaraq ölkənin təhsil sferasında,
o cümlədən ali təhsil müəssisələrində
də geniş miqyaslı tədbirlərin həyata
keçirilməsi davam etdirilir: “Azərbaycan
Respublikası Millətlərarası Multikultura-
lizm və Dini Məsələlər üzrə Dövlət Mü-
şavirinin məktubuna əsasən bakalavr və
ali tibb təhsilinin əsas təhsili pilləsində
«Multikulturalizmə giriş» fənninin tədrisinə
başlanılmışdır.
Cari tədris ilinin payız semestrinin im-
tahan sessiyasının obyektivlik, aşkar-
lıq və şəffaf şəkildə keçirilməsi ilə bağlı
ənənəvi olaraq professor-müəllim heyəti
ilə tələbələrin birgə yığıncaqları keçiril-
miş və bu yığıncaqlarda qarşıya çıxan və
həlli vacib olan bütün məsələlər opera-
tiv qaydada həll edilmişdir. Kafedralarda
ayrı-ayrı fənlərdən test bankının yaradıl-
ması istiqamətində də xeyli iş görülmüş-
dür. Universitetin metodik və innovasiya
şöbəsi tərəfindən test tərtibinə cəlb olunan
professor-müəllim heyəti ilə seminarlar
keçirilmiş, tərtib olunmuş testlərin texniki,
metodiki ekspertizası aparılmış, fənlər üzrə
ekspertlər müəyyən edilmiş və onların işti-
rakı ilə suallar sonuncu dəfə yoxlanılaraq
test bankına yerləşdirilmişdir.
Cari tədris ilinin əvvəlində universitet
rəhbərliyinin apardığı gərgin iş sayəsində
keçən ilki maliyyə sıxıntıları müəyyən
qədər aradan qalxmışdır. Dövlət sifarişi ilə
təhsil alan tələbə, magistr və rezidentlərə
verilən vəsait müəyyən qədər artırılmışdır.
Bunun nəticəsidir ki, 2015-ci ildə əmək
haqqları əldə olunan əlavə vəsaitlərin he-
sabına 2 dəfə, 2016-cı ildə isə 1 dəfə ar-
tırılmış, yeni il qabağı bütün əməkdaşlara
100 manat məbləğində yardım verilmişdir.
Cari tədris ilindən universitetin bütün ix-
tisas və kurslarında tədris kredit sistemi
ilə aparılır. Yeni sistem ilk illərdə müəyyən
çətinliklər yaratsa da, ilbəil tədris prose-
si təkmilləşdi, çətinliklər aradan qalxdı,
professor-müəllim heyəti və tələbələrimiz
də bu sistemə uyğunlaşdı. Aparılan isla-
hatlar nəticəsində məzunlarımız daha yax-
şı bilik və bacarıq əldə edərək bir hissəsi
təhsillərini ölkəmizdə və ya xarici ölkələrdə
rezidentura və magistraturada davam etdi-
rir, digərləri isə Səhiyyə Nazirliyinin təyin
etdiyi ixtisaslar üzrə həkimlik fəaliyyətinə
başlayırlar.
2015-ci ilin noyabr ayından başlayaraq
universitetin və fakültələrin elmi şuraların-
da, rektorluq şurasında və mərkəzi meto-
dik komissiyanın iclaslarında 2015/2016-cı
tədris ilinin payız semestrində universitetdə
tədrisin təşkili və gedişi, payız semestrinin
imtahan sessiyasına hazırlığın vəziyyəti
dəfələrlə müzakirə edilmişdir”.
İmtahan
sessiyasının
nəticələrini
diqqətə çatdıran tədris hissə müdiri bildir-
di ki, təsdiq edilmiş imtahan şəbəkəsinə
müvafiq olaraq ayrı-ayrı fakültə və kurs-
larda 29 dekabr 2015-ci il - 01 fevral
2016-cı ildə aparılmışdır:
“Sessiyanın ilkin nəticələrinə görə
klassik qaydada imtahan verən tibb
məktəbinin tələbələri 130 halda imtahan-
da iştirak etmiş, 9 - 6,9% halda imtahana
gəlməmişdir.
Klassik qaydada aparılan imtahanın
nəticələrinə görə 38 (29,2%) halda «əla»,
62 (47,6%) - yaxşı, 21 (16,1%) - halda
«kafi» qeyd edilmişdir.
Kredit sistemi ilə təhsil alan tələbələr
44019 (keçən il 41262) halda imtahanda
iştirak etmişdir.
Sessiya müddətində imtahan verməli
olan 6033 tələbədən 5965 nəfəri imta-
handa iştirak etmişdir. 68 nəfər bu və ya
digər səbəbdən payız semestrinin imtahan
sessiyasında iştirak etməmişdir ki, bu da
tələbələrin 1,1%-dən çoxunu təşkil edir.
İmtahan sessiyasını 5636 nəfər tələbə
müvəffəqiyyətlə başa vurmuşdur. On-
lardan 1015 nəfər (17%) sessiyanı «əla»
qiymətlərlə, 2549 nəfər (42,7%) «əla» və
«yaxşı» qiymətlərlə, 2073 nəfər (34,7%)
qarışıq qiymətlərlə bitiriblər. Sessiya-
nın nəticələrinə görə 329 nəfər (5,5%)
tələbənin akademik borcu (F) qalıb. Onlar-
dan 198 nəfərin yalnız 1 fəndən, 55 nəfərin
2 fəndən, 76 nəfərin 3 fəndən akademik
borcu qalmışdır.
Universitet üzrə mütləq mənimsəmə
göstəricisi 94,4% (keçən il 95,1%), keyfiyyət
göstəricisi 59,7% (keçən il 60,7) olub.
Payız semestrinin imtahan sessiyasının
nəticələrinə görə universitet üzrə əlaçılar
17% (keçən ilin müvafiq dövründə 10,3%),
akademik borcu qalanlar isə 5,5% (4,9%)
olmuşdur.
Kredit sistemi ilə 133 fənn üzrə imtahan
verilmişdir ki, onların 90-da «qeyri-kafi»
qiymət qeyd olunmamışdır”.
N.Qasımov vurğuladı ki, universitet
rəh bərliyi ayrı-ayrı klinikalarda və ka-
fedralarda professor-müəllim heyəti ilə
görüşlərində Azərbaycan Respublikasın-
da təhsilin inkişafı üzrə Dövlət Strategiya-
sının ən vacib hədəfləri barəsində, kredit
üsulu ilə tədrisin aparılma qaydaları haq-
qında, testlərin hazırlanması, tələbələrin
praktik məşğələlərdə və seminarlarda
fəaliyyətinin qiymətləndirilməsi, bacarıqla-
rın öyrədilməsi ilə bağlı müzakirələr apa-
rılmışdır. Bu məsələlər fakültə şuralarında,
tələbələrlə istehsalat müşavirələri zamanı
görüşlərdə də geniş müzakirə olunmuşdur.
Lakin bu məsələlərin ətraflı müzakirəsinə
baxmayaraq yenə də bəzi kafedralarda
testlərin hazırlanmasında, imtahan zamanı
nəzərə çarpacaq dərəcədə qüsurların ol-
ması aşkarlanıb.
O, qeyd etdi ki, universitet üzrə 57 tələbə
appelyasiyaya ərizə ilə müraciət etmiş-
dir. Onlardan 40 şikayəti əsaslı, qalanla-
rı isə əsassız olmuşdur. Appelyasiyaya
ərizələrin sayı keçən illə müqayisədə 2
dəfə azalmışdır.
Payız semestrinin imtahan sessiyasının
nəticələrini ilkin araşdırdıqda tələbələrin
gündəlik fəaliyyətindən əldə etdiyi bal və
test üsulu ilə kompyuterlərlə aparılan imta-
hanların birgə nəticəsinə əsasən kəmiyyət
və keyfiyyət göstəriciləri cüzi miqdarda
aşağı olsa da, 94,4% və 59,7% (keçən il
95,1% və 60,7%), «əla» qiymətlər xeyli
yüksək - 41,3% (keçən il31,6%) olmuşdur.
“2015/2016-cı tədris ilinin əvvəlindən
başqa universitetlərə keçidlə əlaqədar ola-
raq 45 tələbə (onlardan 35 nəfər Türkiyə
universitetlərinə keçidlə əlaqədar, 10 nəfər
isə başqa səbəblərdən) universitetdən xa-
ric olmuşlar. Bu barədə xarici tələbələr
dekanlığı mütəmadi olaraq xarici ölkələrin
səfirlikləri və nümayəndələri ilə görüşlərdə
onlara şifahi və yazılı olaraq məlumatlar
verilmişdir.
Eyni zamanda 158-hazırlıq şöbəsinin
dinləyiciləri payız semestrinin imtahan ses-
siyasında dil fənnindən imtahan veriblər.
Cari tədris ilində test imtahanları üçün
suallar dəfələrlə ekspertizadan keçsə də,
yuxarıda qeyd etdiyim kimi, bir sıra ka-
fedralar tərəfindən hazırlanmış testlərdə
yenə də səhvlər aşkar olunur. Keçən illə
müqayisədə bu xeyli azalsa da, təəssüf
ki, istər texniki, istərsə də mövzu qüsurları
hələ də vardır.
Məruzəçi bildirdi ki, bu il 600-dən çox bal
toplayan 395 nəfər əlaçı kimi bizim univer-
sitetin I kursuna daxil olmuşlar ki, onların
da 24 nəfəri Prezident təqaüdçüsüdür.
Tədris ilinin əvvəlinə universitetdə 55
Prezident təqaüdçü təhsil alırdı. Sessi-
yanın nəticələrinə görə onların sayı 45
nəfərə qədər azalıb. Sessiya müddətində 9
təqaüdçümüz sessiyanı «əla» qiymətlərlə
başa vurmadığına görə əlaçılıqdan
düşmüşlər. Bünlardan 8 nəfəri I kurs, 1
nəfəri II kurs tələbələridir.
İmtahan sessiyasının yekunları müzakirə olundu
F
evralın 29-da Böyük Elmi
Şuranın növbəti iclası
keçirilmişdir. İclasa sədrlik edən
ATU-nun rektor əvəzi, tədris işləri
üzrə prorektoru, professor Sabir
Əliyev gündəliyə keçməzdən öncə
universitetin beynəlxalq əlaqələr
üzrə prorektoru, dosent Rəhimə
Qabulovanı 50, travmatologiya və
ortopedik terapiya kafedrasının
müdiri, professor Əhməd Əhməd-
zadəni isə 70 illik yubiley
i
münasibətilə təbrik etdi, onlara
gələcək işlərində uğurlar arzuladı.
15 mart 2016-cı il
http://www.amu.edu.az
3
Martın 3-də ATU-nun Tədris
Terapevtik Klinikasının Tibbi
Şurasının genişləndirilmiş iclası
keçirilib. Klinikanın direktoru
professor Surxay Musayev iclası
açaraq gündəlikdəki məsələlərlə bağlı
şura üzvlərini tanış edib. S.Musayev
klinikada çalışan xanım professor-
müəllim heyətini və əməkdaşları
qarşıdan gələn 8 Mart Beynəlxalq
Qadınlar bayramı münasibətilə təbrik
edib.
Gündəlikdə olan birinci məsələ ilə
bağlı baş həkim, dosent Ramin Bay-
ramlı çıxış edib.
O, klinikanın fevral ayındakı müalicə-
diaqnostik fəaliyyəti ilə bağlı hesabatı
şura üzvlərinin diqqətinə çatdırıb.
Fevral ayı ərzində klinikanın
şöbələrində stasionar və gündüz
rejimdə müalicə alan pasiyentlər
barədə ətraflı məlumat verən baş
həkim, ötən ayla müqayisədə fevral
ayında daha çox xəstə qəbul olundu-
ğunu bildirib.
Reanimasiya və İntensiv terapiya
şöbəsinin fəaliyyətini xüsusi vur-
ğulayan baş həkim qeyd edib ki,
fevral ayında bu şöbəyə çox ağır
vəziyyətdə 5 uşaq gətirilmişdi. On-
lar ağciyərlərin atelektazı diaqnozu
ilə klinikamıza gətirildi və həkimlərin
səyi nəticəsində həmin uşaqlar çox
ağır vəziyyətdən çıxarılaraq, müva-
fiq şöbələrə köçürüldü. Ən müasir
imkanlara və peşəkar kadrlara malik
uşaq reanimasiya şöbəsinin yaradıl-
dığını vurğulayan baş həkim bildirdi
ki, ağciyərlərin atelektazı, pnevmoni-
ya, pnevmotoraks diaqnozları ilə da-
xil olan və artıq 30 gündür ki, müalicə
alan daha bir uşağın vəziyyətində də
yaxşılığa doğru çox ciddi irəliləyişlər
var, xəstə artıq süni tənəffüsdən ay-
rılıb. O da həkimlərin qərarı ilə yaxın
günlərdə şöbəyə köçürüləcək.
2015-ci ilin fevral ayı ilə müqayisədə
xəstələrin sayında azalma müşahidə
edildiyini deyən baş həkim onu
da qeyd edib ki, klinikada xəstəlik
tarixlərinin
təhlilinin
aparılma-
sı zamanı əslində bu göstəricinin
kəmiyyətcə olduğu, xəstələrin ağırlıq
dərəcəsinin isə daha geniş profilli ol-
duğu anlaşılır. Klinika ildən-ilə daha
ağır xəstələri qəbul edir.
Gündəlikdə olan ikinci məsələ ilə
bağlı Universitetin Tədris-Metodik
İnnovasiyalar şöbəsinin rəhbəri, pro-
fessor Akif Qurbanov çıxış edərək
tələbələrin bilik və bacarıqlarının
qiymətləndirilməsindəki yeni meyar-
lardan söz açıb.
O bildirib ki, tələbələrin bilik və ba-
carıqlarının
qiymətləndirilməsində
müəllimlər daha obyektiv və düz-
gün mövqe nümayiş etdirməli və ha-
zırlanmış innovativ jurnaldan daha
çox istifadə etməlidirlər. Bu jurnalla
tələbələrin gündəlik bilik səviyyəsi
qiymətləndirilərsə, o zaman daha
yaxşı nəticələr əldə etmək mümkün
olar.
Qiymətləndirmə meyarları haqqın-
da məlumat verən professor qeyd
edib ki, bu haqda universitetin say-
tında da informasiya yerləşdirilib və
müəllimlər istədikləri zaman ordan
məlumatlar əldə edə bilərlər.
Qiymətləndirmədəki
problemləri
aradan qaldırmağın yollarından da-
nışan professor, müəllimlərə tələbəni
biliyinə uyğun qiymətləndirməyi
və müvafiq qaydalara əməl etməyi
məsləhət görüb.
Gündəlikdəki üçüncü məsələ ilə
bağlı professor Sədaqət Hüseynova-
nın çıxışı dinlənilib.
O, Elektromioqrafiya kabinetinin
fəaliyyəti barədə danışıb.
S.Hüseynova
Elektromioqrafiya-
nın vəzifələri barədə danışarkən
vurğulayıb
ki,
burdakı
müa-
sir kompyuterləşdirilmə ilə geniş-
ləndirilmiş
müayinə
üsullarının
sayəsində əzələnin özü haqda geniş
məlumat əldə etmək imkanımız var
və biz bu sahədə daha böyük uğurlar
əldə edəcəyimizə inanırıq.
S.Hüseynova ilk dəfə Klinikada diaq-
nozu təyin edilən xəstələrə dair ma-
raqlı slaydlar nümayiş etdirib.
Daha sonra qan bankı xidmətinin
klinikanın fəaliyyətindəki rolu barədə
Xəyalə Qafarova məlumat verib.
X.Qafarova bildirib ki, qan ban-
kı 2014-cu ilin avqust ayından uni-
versitetin Qan Bankının şöbəsi kimi
fəaliyyətə başlayıb.
Klinikanın qan bankında ən müa-
sir cihazlardan istifadə olunduğu-
nu söyləyən X. Qafarova göstərilən
xidmətlərdən danışıb, istifadə olunan
cihazların sayəsində bütün növ tera-
pevtik prosedurları həyata keçirməyin
mümkünlüyünü vurğulayıb.
Klinikada
bütün
növ
qan
məhsullarının hazırlanması, həmçinin
periferik kök hüceyrənin alınması və
saxlanılması üçün hər cür şəraitin ya-
radıldığı bildirilib.
Çıxışlara yekun vuran direktor
S.Musayev bildirib ki, yeni xidmət
sahələri klinikanın imkanları hesabı-
na yaradılıb və bu iş bundan sonra da
davam etdiriləcək. Burada ən ümdə
məqsədimiz isə əhaliyə keyfiyyətli
tibbi xidmət göstərməklə yanaşı,
yüksək səviyyəli tibbi təhsilə nail ol-
maq, həkim-mütəxəsislər hazırla-
maqdır.
Daha sonra klinikanın yeni variantda
hazırlanmış saytının təqdimatı keçiri-
lib.
Toplantı cari məsələlərin müzakirəsi
ilə işini yekunlaşdırıb.
Tədris Terapevtik Klinikanın Tibbi
Şurasının genişləndirilmiş iclasında
Azərbaycanda urologiya
sahəsi günü-gündən inkişaf
etməkdədir. Artıq Avropalı
mütəxəssislər də bu sahədə
Azərbaycanlı həmkarları ilə
iş birliyi qururlar.
Mirqasımov adına Azər-
baycan Uroloqlar Assosi-
asiyası son iki ay ərzində
Azərbaycan Tibb Universiteti-
nin Tədris Cərrahiyyə Klinika-
sında silsilə tədbirlər keçirir.
Bu günlərdə ATU-nun
Tədris Cərrahiyyə Klinika-
sında Assosiasiyanın yekun
toplantısı baş tutdu. Keçirilən
tədbirdə 40-dan çox uro-
loq iştirak edirdi. Tədbirə
urologiya kafedrasının mü-
diri, Azərbaycan Uroloqlar
Cəmiyyətinin sədri, Akademik
Südeyf İmamverdiyev və tibb
elmləri doktoru, professor,
əməkdar həkim Kamal Abdul-
layev sədrlik edirdi.
Tədbirdə sidik axarı-
ləyən
seqmentində
və
böyrəyin
hidronefrozunda
plastik əməliyyatlar zamanı
aparılan müdaxilələrin ef-
fekti və alınan nəticələr, o
cümlədən ayrı-ayrı klinika-
larda bu tipli əməliyyatların
aparılma qaydaları haqqında
müzakirələr aparıldı.
Tədbirdə uroloq Bəhruz
Ağayev hidronifroz zama-
nı aparılan müxtəlif tip-
li əməliyyatlar, ləyən-sidik
axarı seqmentinin dağılma-
sı zamanı aparılan plastik
əməliyyatlar, o cümlədən An-
derson Haynes üsulu ilə plastik
əməliyyatların nəticələri haq-
qında məruzə etdi. Məruzələr
həkimlər tərəfindən maraqla
qarşılandı.
ATU-nun mətbuat xidməti
Uroloqlar Assosiasiyasının növbəti tədbiri keçirildi
http://www.amu.edu.az
15 mart 2016-cı il
4
600-dən çox yuxarı bal toplayan 395 nəfərdən isə yal-
nız 14 nəfəri sessiyanı «əla» qiymətlərlə başa vurmuşdur.
Onlardan 220 nəfəri «əla» və «yaxşı», 122 nəfəri qarışıq
qiymətlər əldə etmişlər”.
N.Qasımov çıxışının sonunda qeyd etdi ki, 2015/2016-cı
tədris ilinin payız semestrinin imtahan sessiyanın nəticələri
bir daha göstərir ki, istər dekanlıqların, istərsə də kafedrala-
rın və professor-müəllim heyətinin bu sahədə görəcəyi işlər
hələ çoxdur. İlbəil kafedraların maddi-texniki bazasının yax-
şılaşması, yeni dərsliklərin və dərs vəsaitlərin nəşr olunma-
sı, professor-müəllim heyətinin keyfiyyətcə yeniləşməsinə
baxmayaraq tədrisin nəticəsi ona uyğun gəlmir.
Məruzə ətrafında çıxış edən professorlar Çərkəz Cəfərov,
Mirzə Kazımov, Musa Qəniyev, Qayıbverdi İsgəndərov,
Akif Qurbanov, Çingiz Rəhimov, Abuzər Qazıyev klassik
imtahanla mövcud kredit sisteminin fərqli cəhətlərindən
söhbət açdılar, qarşıya çıxan problemlərdən danışdılar.
Onlar çalışdıqları kafedralarda bu istiqamətdə aparılan
işlərin kəmiyyət və keyfiyyət göstəriciləri haqqında ümu-
mi məlumat verdilər. Natiqlər test sisteminin daha da
təkmilləşdirilməsi məqsədilə qarşıya çıxan çatışmazlıqların
aradan qaldırılması və əlverişli şəraitin yaradılması üçün
təklif və rəylərini irəli sürdülər.
Müzakirələrə yekun vuran Sabir Əliyev çıxışlarda
səslənən fikirlərə və irəli sürülən təkliflərə öz münasibətini
bildirdi: ”Elə etmək lazımdır ki, tələbə testi öyrənmək
məcburiyyətində qalsın. Suallar normativ standartlara uy-
ğun tərtib edilməli, cavablar isə düşündürücü qoyulmalıdır.
Mən hesab edirəm ki, əgər testlərin sayını bir az da artırıb
sualları mürəkkəbləşdirsək istənilən nəticəni əldə etmək
olar. Kafedralarda cavabdeh şəxs kafedranın müdiridi. Onu
ora təyin ediblər ki, dərsin keyfiyyətini yüksəltsin, müəllim və
tələbələrin dərsə dəvamiyyətinə nəzarət etsin. Çox təəssüf
ki, aramızda elələri vardır ki, işlərinə məsuliyyətiz yanaşır,
üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlmirlər.
Lakin işini bacaran kifayət qədər kafedra müdirlərimiz də
var. Bir il tələbə sizin əlinizdədir öyrədin də, bir semestrin
mövzusunu bir neçə günə öyrətmək mümkün deyil. İşini-
zi əsasnaməyə uyğun qurun ki, sonra belə neqativ hallar
baş verməsin. Kəmiyyət və keyfiyyətin qiymətlədirilməsinə
çox ciddi yanaşılmalı, dərsə davamiyyətə nəzarət
gücləndirilməlidir. Tibb təhsilində nə qədər yüksək səviyyəli
infrastruktur, tədris vəsaiti, maliyyə imkanları olsa belə,
keyfiyyətli professor-müəllim heyəti formalaşdırmadan
təhsili inkişaf etdirmək mümkün deyil. Təhsilalanın savadlı
və səriştəli şəxs kimi formalaşması, əsasən müəllimin aka-
demik bacarıqlarından, tədris təcrübəsindən və peşəkarlıq
səviyyəsindən çox asılıdır.”
İmtahan prosesinin ümumimilikdə ağır bir iş olduğu-
nu diqqətə çatdıran S.Əliyev virtuaz test mərkəzinin bu
sahədəki rolunu qeyd etdi, məruzəni əhatəli və qənaətbəxş
qiymətləndirdi, müxtəlif məsələlər barədə də şura üzvlərini
məlumatlandırdı.
Böyük Elmi Şura müsabiqə məsələlərini həll etməklə öz
işini yekunlaşdırdı.
Dostları ilə paylaş: |