US Tədris Mərkəzi [ ƏLAQƏ: 070-216-32-32 050-799-44-77 ] 13
Dövlət qulluğu üçün online test saytı Exam-Us.com V. Heç kəs öz dini etiqadını və əqidəsini ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri
yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edilə bilməz.
M a d d ə 4 9 . Sərbəst toplaşmaq azadlığı I. Hər kəsin başqaları ilə birlikdə sərbəst toplaşmaq azadlığı vardır.
II. Hər kəsin başqaları ilə birlikdə müvafiq
dövlət orqanlarını qabaqcadan xəbərdar etməklə , ictimai qaydanı və ya ictimai
əxlaqı pozmamaq şərtilə , dinc ,
silahsız yığışmaq ,
yığıncaqlar ,
mitinqlər ,
nümayişlər ,
küçə yürüşləri keçirmək,
piketlər düzəltmək hüququ vardır.
M a d d ə 5 0 . Məlumat azadlığı I. Hər kəsin istədiyi məlumatı
qanuni yolla axtarmaq ,
əldə etmək ,
ötürmək ,
hazırlamaq və
yaymaq azadlığı vardır.
II. Kütləvi informasiyanın azadlığına təminat verilir. Kütləvi informasiya vasitələrində, o
cümlədən mətbuatda
dövlət senzurası qadağandır .
III. Hər kəsin kütləvi informasiya vasitələrində dərc edilən və onun hüquqlarını pozan və ya
mənafelərinə xələl gətirən məlumatı
təkzib etmək və ya
ona cavab vermək hüququna təminat
verilir.
M a d d ə 5 1 . Yaradıcılıq azadlığı I. Hər kəsin yaradıcılıq azadlığı vardır.
II. Dövlət
ədəbi-bədii ,
elmi-texniki və
başqa yaradıcılıq növlərinin azad həyata
keçirilməsinə təminat verir.
M a d d ə 5 2 . Vətəndaşlıq hüququ Azərbaycan