] 4
Dövlət qulluğu üçün online test saytı Exam-Us.com M a d d ə 9 . Silahlı Qüvvələr I. Azərbaycan Respublikası
öz təhlükəsizliyini və
müdafiəsini təmin etmək məqsədi ilə
Silahlı Qüvvələr yaradır. Silahlı Qüvvələr
Azərbaycan Ordusundan və
başqa silahlı birləşmələrdən ibarətdir.
II. Azərbaycan Respublikası
başqa dövlətlərin müstəqilliyinə qəsd vasitəsi kimi və
beynəlxalq münaqişələrin həlli üsulu kimi müharibəni rədd edir.
III. Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali
baş komandanıdır.
M a d d ə 1 0 . Beynəlxalq münasibətlərin prinsipləri Azərbaycan Respublikası
başqa dövlətlərlə münasibətlərini hamılıqla qəbul edilmiş
beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsiplər əsasında qurur.
M a d d ə 1 1 . Ərazi I. Azərbaycan Respublikasının ərazisi
vahiddir ,
toxunulmazdır və
bölünməzdir .
II. Azərbaycan Respublikasının
daxili suları ,
Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi , Azərbaycan Respublikasının üzərindəki
hava məkanı Azərbaycan Respublikası ərazisinin tərkib hissəsidir.
III. Azərbaycan Respublikasının ərazisi
özgəninkiləşdirilə bilməz . Azərbaycan Respublikası
öz ərazisinin
heç bir hissəsini heç bir şəkildə kimsəyə vermir ;
yalnız Azərbaycan Respublikası
Milli Məclisinin qərarı ilə Azərbaycanın
bütün əhalisi arasında referendum keçirmək yolu ilə
Azərbaycan
xalqının iradəsi əsasında dövlət sərhədləri dəyişdirilə bilər