qərarlarından protest verir .
II. Azərbaycan Respublikasının Prokurorluğu ərazi və ixtisaslaşdırılmış prokurorların
Azərbaycan Respublikası Baş prokuroruna tabeliyinə əsaslanan vahid mərkəzləşdirilmiş orqandır.
III. Azərbaycan Respublikasının Baş prokurorunu Azərbaycan Respublikasının
Prezidenti Azərbaycan Respublikası
Milli Məclisinin razılığı ilə vəzifəyə təyin və vəzifədən azad edir.
IV. Azərbaycan Respublikası Baş prokurorunun müavinlərini, respublika ixtisaslaşdırılmış
prokurorluqlarına rəhbərlik edən prokurorları, Naxçıvan Muxtar Respublikasının prokurorunu
Azərbaycan Respublikası
Baş prokurorunun təqdimatı ilə Azərbaycan Respublikasının
Prezidenti vəzifəyə
təyin və vəzifədən
azad edir .
V. Ərazi və ixtisaslaşdırılmış prokurorları Azərbaycan Respublikası
Prezidentinin razılığı ilə
Azərbaycan Respublikasının
Baş prokuroru vəzifəyə
təyin və vəzifədən
azad edir.
V I I I f ə s i l
NAXÇIVAN MUXTAR RESPUBLİKASI M a d d ə 1 3 4 . Naxçıvan Muxtar Respublikasının statusu I. Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində
muxtar dövlətdir .
II. Naxçıvan Muxtar Respublikasının
statusu bu
Konstitusiya ilə müəyyən edilir.
III. Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir.
IV. Azərbaycan Respublikası
Konstitusiyası ,
qanunları , Azərbaycan Respublikası
Prezidentinin
fərmanları və Azərbaycan Respublikası Nazirlər
Kabinetinin qərarları Naxçıvan
Muxtar Respublikasının ərazisində məcburidir.
V. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qəbul etdiyi Naxçıvan Muxtar
Respublikasının Konstitusiyası və qanunları müvafiq olaraq Azərbaycan Respublikasının
Konstitusiyasına və qanunlarına; Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin qəbul