Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya
qanunla qoyula bilər .
II. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli,
başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər
vəzifələri yerinə yetirməlidir.
III.
Qanunu bilməmək məsuliyyətdən azad etmir .
M a d d ə 7 3 . Vergilər və başqa dövlət ödənişləri I. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini
tam həcmdə və
vaxtında ödəmək hər bir kəsin
borcudur .
II. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən
əlavə vergiləri və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz.
M a d d ə 7 4 . Vətənə sədaqət I.
Vətənə sədaqət müqəddəsdir .
II. Vəzifəyə seçilmə və ya təyinat yolu ilə qanunvericilik, icra və ya məhkəmə hakimiyyəti
orqanlarında işləyən şəxslər öz vəzifələrini dürüst və layiqincə yerinə yetirməməyə görə
məsuliyyət daşıyırlar və
qanunla müəyyən edilmiş hallarda and içirlər .
III. Vəzifəyə seçilmə və ya təyinat yolu ilə qanunvericilik, icra və ya məhkəmə hakimiyyəti
orqanlarında işləyən , Azərbaycan Respublikası
Konstitusiyasına sadiq qalacağına and içmiş şəxs dövlətə qarşı cinayətdə , o cümlədən dövlətə qarşı
qiyamda və ya
dövlət çevrilişində ittiham
edilibsə və bu
ittiham əsasında məhkum olunubsa , həmin
vəzifədən getmiş sayılır və
bir daha bu vəzifəni tuta bilməz. M a d d ə 7 5 . Dövlət rəmzlərinə hörmət I. Hər bir
vətəndaş Azərbaycan Respublikasının dövlət rəmzlərinə - bayrağına, gerbinə və
himninə hörmət etməlidir.
II. Dövlət rəmzlərinə hörmətsizliyin nümayiş etdirilməsi qanunla müəyyən edilmiş
məsuliyyətə səbəb olur.