bir il ərzində iki dəfə Azərbaycan
Respublikasının
Nazirlər Kabinetinə etimadsızlıq göstərdikdə və ya Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin , Azərbaycan Respublikası
Ali Məhkəməsinin və Azərbaycan
Respublikası
Mərkəzi Bankı İdarə Heyətinin kollegial fəaliyyəti üçün
zəruri olan sayda üzvlüyə namizədləri Azərbaycan Respublikasının
Prezidenti tərəfindən iki dəfə təqdim edildikdən
sonra, qanunla müəyyən edilmiş müddətdə
təyin etmədikdə , habelə bu Konstitusiyanın 94-cü və
95-ci maddələrində, 96-cı maddəsinin II, III, IV və V hissələrində, 97-ci maddəsində göstərilən
vəzifələrini aradan qaldırıla bilməyən səbəblər üzündən
icra etmədikdə , Azərbaycan
Respublikasının
Prezidenti Azərbaycan Respublikasının
Milli Məclisini buraxır .
II.
Növbədənkənar seçkilərdə seçilən Azərbaycan Respublikası Milli Məclisinin çağırışının
səlahiyyət müddəti
beş ildən az ola bilər . Bu halda Azərbaycan Respublikasının Milli Məclisinə
növbəti seçkilər növbədənkənar seçkilərdə seçilən Azərbaycan Respublikası Milli Məclisinin
çağırışının səlahiyyət müddətinin
beşinci ilinin noyabr ayının birinci bazar günü keçirilir.
V I f ə s i l
İCRA HAKİMİYYƏTİ M a d d ə 9 9 . İcra hakimiyyətinin mənsubiyyəti Azərbaycan Respublikasında icra hakimiyyəti Azərbaycan Respublikasının
Prezidentinə mənsubdur. M a d d ə 1 0 0 . Azərbaycan Respublikasının Prezidentliyinə namizədlərə aid tələblər Azərbaycan Respublikasının ərazisində
10 ildən artıq daimi yaşayan,
seçkilərdə iştirak etmək hüququna malik olan, o cümlədən