293) Yuxarı payın anadangəlmə emfizemasında optimal əməliyyat üsulu hansıdır?
A) Ön-yan torakotomiya
B) Arxa-yan torakotomiya
C) Arxa torakotomiya
D) Yan torakotomiya
E) Ön torakotomiya
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
294) Ağ ciyərdaxili sekvestrasiyada aşağı payın rezeksiyasına nəyin ayrılması ilə başlanılmalıdır?
A) Aşağı payın bronxu
B) Aşağı ağ ciyər bağının
C) Ağ ciyər arteriyasının əsas kötüyünün
D) Aşağı ağ ciyər venasının
E) Aşağı payın arteriyası
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
295) Ağ ciyərlər üzərində əməliyyatlardan sonra ən çox rast gəlinən ağırlaşma hansıdır?
A) Tikişlərin çatmamazlığı
B) Qanaxma
C) Obturasion ağırlaşmalar
D) Ürək-ağ ciyər çatmamazlığı
E) Havanın massiv şəkildə xaric olması
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
296) R-mda dəyişilməmiş parenxima fonunda dəqiq sərhədli nazik divarlı hava boşluqları qeyd edilir. Diaqnoz hansıdır?
A) Ağ ciyərin absesi
B) Ağ ciyərin bakterial destruksiyasının bulloz forması
C) Piopnevmotoraks
D) Pnevmotoraks
E) Piotoraks
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
297) Xəstənin vəziyyəti ağırdır, təngnəfəslik, yüksək hərarət, R-mda sağ ağ ciyər proyeksiyasında perifokal reaksiya ilə maye tərkibli boşluq müəyyən edilir. Diaqnoz hansıdır?
A) Piotoraks
B) Piopnevmotoraks
C) Ağ ciyərin absesi
D) Mediastenal emfizema
E) Ağ ciyərin bakterial destruksiyasının bulloz forması
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
298) R-mda döş qəfəsinin sağ yarısında torşəkilli kölgəliyin aşkar edilməsi nə ilə əlaqədardır?
A) Ağ ciyərin absesi
B) Ağ ciyərin bakterial destruksiyasının bulloz forması
C) Plevranın total empieması
D) «Plaşa bənzər» plevrit
E) Məhdudlaşmış plevrit
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
299) Döş qəfəsinin R-mda divaryanı dəqiq konturlara malik kölgəliyin aşkar edilməsi nə ilə əlaqədardır?
A) Piopnevmotoraks
B) Plevranın total empieması
C) Ağ ciyərin bakterial destruksiyasının bulloz forması
D) «Plaşa bənzər» plevrit
E) Fibrinotoraks
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
300) Döş qəfəsinin R-mda plevra boşluğunun total kölgəliyi və divararalığının zədələnmiş tərəfə yerdəyişməsi aşkar edilərsə, bu nə ilə əlaqədardır?
A) Plevranın total empieması
B) Gərgin total empieması
C) «Plaşa bənzər» plevrit
D) Ağ ciyərin atelektazı
E) Ağ ciyərin absesi
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
Dostları ilə paylaş: |