534) Uzaq dövrdə pilorotomiyadan sonrakı ağırlaşmaya hansı aiddir?
A) Pilorotomik yarıtmazlıq
B) Bitişmə mənşəli bağırsaq keçməməzliyi
C) Mədənin xora xəstəliyi
D) Qalxan xolanqit
E) Qastroduodenit
Ədəbiyyat: Тошовский В. Острые процессы в брюшной полости у детей. Прага, 1987, 471 с
535) Pilorotomiyadan sonrakı letallıq faizi aşağıdakı limiti neçədir?
A) 3,5-4,0%
B) 1,5-2,0%
C) 0,1%
D) 2,5-3,0%
E) 0,5-1,0%
Ədəbiyyat: Тошовский В. Острые процессы в брюшной полости у детей. Прага, 1987, 471 с
536) Körpələrdə bağırsaq atreziyasına gətirib çıxardan bağırsaq keçməməzliyinin səbəbi hansıdır?
A) Bağırsaq borusunun solid şunur mərhələsində embrionogenezin pozulması
B) Bağırsaq divarının innervasiyasının pozulması
C) Embrionogenezdə bağırsaq fırlanmasının pozulması
D) Anomal damar
E) Kistofibroz mədəaltı vəzinin
Ədəbiyyat: Тошовский В. Острые процессы в брюшной полости у детей. Прага, 1987, 471 с
537) Membranoz formalı 12 barbaq bağırsağın atreziyası münasibəti ilə əməliyyata uğramış xəstədə hansını icra etmək olmaz?
A) Palpator və zondla membrananın təyini
B) Membranın üstündən bağırsağın divarın açmaq və membranı tikmək
C) Bağırsağın rezeksiyası
D) Yuxarı-orta laparotomiya
E) Bağırsağın reviziyası-təftişi
Ədəbiyyat: Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
538) 12 barmaq bağırsağın atreziyası münasibəti ilə radikal əməliyyata uğramış xəstədə tez-tez rast gələn ağırlaşmaya nə aiddir?
A) Metabolik pozğunluq
B) 12 barmaq bağırsağın motorikasının barpa olunmasının ləngiməsi
C) Müxtəlif mərhələlərdə böyrək çatmamazlığı
D) Anastamozun stenozlaşması
E) Pnevmoniya
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
539) Yenidoğulmuş uşaqlarda aşağı şöbənin bağırsaq keçməməzliyinin simptomlarına hansılar aiddir?
A) Çoxlu qatı qusma
B) Yumşaq ağrısız qarın
C) Aspirasiya
D) Nəcis ifrazının olmaması
E) Köpmüş ağrılı qarın
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
Dostları ilə paylaş: |