552) Ledd sindromu olan yeni doğulmuş uşağa hansı manipulyasiyanı etmək məqsədəuyğun deyil?
A) Çekopeksiya
B) Bağırsaq burulmasını ləğv etmək
C) Enteral qidalanma üçün zondun bağırsağa salınması
D) Embrional bitişmələri ayırmaq
E) Appendektomiya
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
553) Abqar şkalasına görə II-III dərəcəli 1800 qrama malik vaxtından qabaq doğulmuş uşaqda ürək çatışmamazlığı vardır. Klinikaya anusun və düz bağırsağın atreziyası diaqnozu ilə daxil olub. Müayinə zamanı uretra ilə fistula olması aşkarlanıb. Bu uşağa sadalanan əməliyyatlardan hansı daha məqsədəuyğun sayılır?
A) Kolostomiya
B) Bağırsağın invaginasiyası
C) Transverzostomiya
D) Fistulanı açıb, terminal kolostomiya qoymaq
E) 1 günlük uşağa radikal əməliyyat etmək
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
554) Ağırlaşmamış mekoniumlu bağırsaq keçməməzliyində rasional olaraq hansı müalicədən başlamaq lazımdır?
A) U vari anastomoz
B) Qarının ön divarından qoyulmuş ileostomiya
C) Bağırsaq mənfəzindən mekoniumu yumaqla enterostomiya
D) Qastroqrafin (veroqrafinlə) dərin imalə
E) Mikuliç üsulu ilə ikili ileostomiya
Ədəbiyyat: Тошовский В. Острые процессы в брюшной полости у детей. Прага, 1987, 471 с
Dostları ilə paylaş: |