548) Yeni doğulmuş uşaqlarda bağırsaq burulmasının nəzərəçarpan simptomuna hansı aiddir?
A) Bağırsaqdan qanın xaric olması
B) Narahatçılıq
C) Üzdə iztirab, əziyyət
D) Palpasiyada şişəbənzər, ağrılı törəmənin əllənməsi
E) Təkrari bağırsaq möhtəviyyatlı qusma
Ədəbiyyat: Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
549) 7 günlük uşaqda birdən-birə vəziyyət pisləşib belə ki, ümumi narahatçılıq, təkrarlanan ödlü qusma, nəcis ifrazı zamanı əvvəl qan sonra isə ifrazatın olmaması, qarnı əllədikdə ağrılı olması, iztirablı üz müşahidə edilib. Sadalananlardan hansı daha düzgün diaqnoza uyğundur?
A) Bağırsaq burulması
B) Melena ilə müşayət olunan hemorragik sindrom
C) Bağırsağın invaginasiyası
D) Xoralı-nekrotik enterokolit
E) Düz bağırsağın polipi
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
550) Doğum evindən evə yazılmış 5 günlük uşaqda, axşam ödlü qusma olmuşdur. İştahsızdır,uşaq narahatdır, ayaqlarını hərəkət etdirir, yeməkdən imtina edir, əzablı gözləri var, mərməri dərisi var. Qarına baxdıqda epiqastral nahiyyə bir qədər köplüdür, epiqastral nahiyə palpasiyada ağrılıdır. Sadalananlardan hansını inandırıcı diaqnoz hesab edirsiniz?
A) Bağırsağın invaginasiyası
B) Yuxarı şöbənin hissəvi bağırsaq keçməməzliyi
C) Ledda sindromu
D) Pilorostenoz
E) Aşağı şöbənin bağırsaq keçməməzliyi
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
551) Doğum evindən evə yazılmış 5 günlük uşaqda axşam ödlü qusma olmuşdur. İştahsızdır,uşaq narahatdır, ayaqlarını hərəkət etdirir, yeməkdən imtina edir, əzablı gözləri var, mərməri dərisi var. Qarına baxdıqda epiqastral nahiyyə bir qədər köplüdür, epiqastral nahiyyə palpasiyada ağrılıdır. Diaqnozu dəqiqləşdirmək üçün nə lazımdır?
A) Qarın boşluğu orqanlarının təsviri rentgenskopiyası
B) Qarının palpasiyası
C) Qarın boşluğunun USM-i
D) Kontrast irriqoqrafiya
E) Qazburaxıcı boru yeritmək və nəcisdə qanın olub olmamasın təyin etmək üçün
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
Dostları ilə paylaş: |