613) Uşağı appendektomiya etdikdən 8 saat sonra peritondaxili qanaxma klinikası vardır. Uşağa hansı göstərişdir?
A) Konservativ müalicəni apararaq dinamiki müşahidə
B) Sağ qalça çuxurundan təftiş
C) Laparosintez
D) Laparoskopiya
E) Orta laparatomiya və periton boşluğunun təftişi
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
614) Fleqmanoz appendisit münasibəti ilə cərrahi əməliyyata uğramış xəstədə əməliyyatın 6-cı sutkasından temperaturun hektik yuxarı qalxması müşahidə edilir. Qarın yumşaqdır, ağrısızdır. Tez-tez sidik ifrazı və defekasiyanın çətinləşməsi müşahidə edilir. İlk olaraq aşağıda göstərilən müayinələrin hansından başlamaq lazımdır?
A) Rektal barmaq müayinəsi
B) Qarın boşluğunun USM-i
C) Döş qəfəsinin rentgenskopiyası
D) Qarının narkoz altında palpasiyası
E) Laparoskopiya
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
Dostları ilə paylaş: |