Uşaq infeksiyalari



Yüklə 26,1 Kb.
səhifə4/5
tarix02.01.2022
ölçüsü26,1 Kb.
#45797
1   2   3   4   5
Документ Microsoft Word (7)

Skarlatina. Törədicisi-streptokokkdur. Əsasən 1 yaşından 10 yaşınadək uşaqlar tutulur. İnfeksiyanın mənbəyi skarlatinaya tutulmuş uşaq, yaxud daşıyanlardır. Hava-damcı yolu ilə yayılır. Uşaq sağaldıqdan sonra ömürlük immunitet qazanır. İnkubasiya dövrü 3-7 gündür. Üşütmə, qusma, baş ağrıları, boğazın ağrıması, bədən temperaturunun 38° dərəcəyə çatması ilə başlanır. Dəri örtükləri qızarır, boynunda, çiynində, döşündə xırda nöqtəli qırmızı səpgi əmələ gəlir. Ən çox səpgilər ətrafların daxili səthində, büküşlərində, döş qəfəsinin yanlarında, qarının aşağı səthində olur. Yanaqlar qıpqırmızı olur, dodağın və alt çənənin dərisi qızarmış nahiyələrin yanında solğun üçbucaq şəklində olur. Boyunda və çənə altındakı limfa düyünləri böyümüş olur və ağrıyır. Dil «moruğa» oxşayır, tonzillit əmələ gəlir. Ağırlaşmalar: otit, böyrəklərin, oynaqların iltihabı, revmokardit.

Müalicə. Qospitalizasiya. Antibiotiklər, vitaminlər, bütün bədənə ultrabənövşəyi şüalar verilməlidir, şəxsi gigiyena, palataların təmizliyi. Təmasda olan uşaqlar 7 gün uşaq müəssisəsində tibbi müayinədən keçməlidir.

Göyöskürək- Əsasən 1-5 yaşlı uşaqlar tutulur. Törədicisi- Borde-Janqu çöpcüyüdür. Hava-damcı yolu ilə yayılır. Xəstəlik keçirdikdən sonra orqanizm ömürlük immunitet qazanır. İnkubasiya dövrü 3-14 gündür. Xəstəlik tədriсən az-az öskürmək, subfebril temperaturla başlayır. Öskürək şiddətlənir, xüsusən gecələr tutmalar şəklində olur. Тənəffüs səthi olur, baş və boyun venaları gərginləşir, gözdə qansızmalar, burun qanaxmaları nıüşahidə edilir. Öskürək tutması çox vaxt qusma ilə qurtarır. Tutmaarası dövrdə uşaq özünü yaxşı hiss edir, lakin uşaq orqanizmi zəifləyir. Ağır hallarda 15 dəqiqə çəkən öskürək tutmaları sutkada 40-50 dəfə olur.

Müalicə antibiotiklər, oksigenterapiya, vitaminlər, sedativ və neyroleptik dərmanlar (aminazin, propazin), göyöskürəyə qarşı xüsusi qamma-qlobulin. Profilaktika məqsədilə xəstələnmiş uşağı 40 gün təcrid etmək, 10 yaşına qədər təmasda olan uşaqlar 14 gün karantində olmalıdır. Xəstə uşaqlar açıq havada çox olmalıdırlar.

Hal-hazırda kütləvi şəkildə uşaqlara xəstəliyə qarşı profilaktik peyvəndlər edilir, təmasda olan uşaqlara spesifik qamma-qlobulin yeridilir.

Difteriya. Törədicisi-Lefler çöpcüyüdür. Çox vaxt payız-qış aylarında baş verir. İnfeksiya xəstə uşaqdan, yaxud daşıyanlardan hava-damcı yolu ilə, bəzən əşyalardan, süddən keçə bilər. Sağaldıqdan sonra davamlı immunitet qazanılır, amma xəstəliyin təkrar baş verməsi hallarına da rast gəlmək olar. İnkubasiya dövrü 2-11 gündür. Xəstəliyin əlamətləri iltihab prosesinin baş verdiyi yerindən asılıdır, ən çox təsadüf olunan əsnəyin, qırtlağın, burunun, gözlərin difteriyasıdır. Əsnəyin difteriyası zamanı boğazda ağrılar, boyun limfatik düyünləri böyüyür, amma ağrısız olur. Burunun difteriyasında arası kəsilmədən zökəm baş verir, burun pərləri, üst dodaq şişir, qızarır. Ağırlaşmalar: kəskin ürək-damar çatmazlığı, miokardit, iflic, hətta ölümlə nəticələnə bilər.

Müalicə: Qospitalizasiya. Difteriyaya qarşı serum, antibiotiklər, böyrəküstü vəzi qabığının hormonları, oksigen, ürək-damar preparatları. Uşaqda inaq əmələ gəldikdə dərhal vanna eləməli, yaxud xardala bələməli, oksigen verməli, inkubasiya və ya traxeotomiya, qələvi yağ inhalyasiyası aparılmalıdır.


Yüklə 26,1 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin