Uşaq, yenİyetmə və gənc Böyük Rəhbər həzrət Ayətullah Xameneinin baxışında



Yüklə 1,49 Mb.
səhifə10/18
tarix23.02.2017
ölçüsü1,49 Mb.
#9438
1   ...   6   7   8   9   10   11   12   13   ...   18

İki mühüm amilin gəncə təsiri

Gəncin düşüncəsinə ən çox iki amil təsir edir: Biri düşmənin təbliğatıdır - gənci inqilabda qəti məsələlərdən və əsas etiqadi təməllərdən sayılan həqiqətlərə və İslamın müqəddəs məfhumlarına biganə edən təbliğat. İkinci amil isə bu həqiqət və prinsipləri düzgün izah və müdafiə etməməkdir.343


Doğma görkəmində olan özgələr

Mənim tələbələrə sözüm budur ki, düşməndən ehtiyatlı olsunlar, onu yaxşı tanısınlar, bu işdə əsla diqqətsizliyə yol verməsinlər. Doğma adamlar görkəmində hər yerə soxulan özgələri tanıyın, gizli əlləri görün. Heç kəsi diqqətsizliyinə görə tərifləmir, gözlərini yumduğuna görə heç kəsə "afərin" demirlər. Diqqətsiz bir insana ziyan toxunanda məsuliyyət daşıyan və qınanan birinci şəxs özüdür. Ehtiyatlı olun. Tələbə qiymətli və dəyərli bir təbəqədir. Düşmən tələbəni hədəf seçmişdir. Bir neçə ildir tələbələri quruluşun qarşısında qoymağa çalışırlar, lakin bacarmırlar. Bundan sonra da bacarmayacaqlar. Onların bir qrup adamı fürsətdən istifadə edərək bulanıq sudan balıq tutmaq istəsə, tələbələrin içinə daxil olub bəzi şüarlar səsləndirsə, bəzi sözlər desə də, elə bilməsinlər ki, biz səhv edəcəyik. Xeyr! Biz səhvə yol verməyəcəyik. Biz öz tərəf-müqabillərimizi tanıyırıq. Tələbə bizim övladımızdır, bizə, bu ölkəyə məxsusdur. Tələbə adı altında, yaxud tələbələrin arasına girməklə fəsad törətmək istəyən düşməndir. Tələbələrin özləri sayıq və diqqətli olmalıdırlar.344


Gənclərin quruluşa inam və rəğbətini azaltmaq

Əvvəla, ölkənin iqtidarını və müstəqilliyini qorumaq indiki nəslin elmi, dini, siyasi və digər sahələrdə yetkinləşməsindən asılıdır. İkincisi isə bu gün düşmənlər yenidən gənc nəsli, xüsusən də tələbələri öz dağıdıcı planlarına hədəf seçmişlər. Buna əsasən, düşmənlərin siyasi texnoloqları 20 illik təcrübələrdən sonra bu nəticəyə gəlmişlər ki, İslam Respublikasını ələ keçirməyin və bu möhtəşəm quruluşun möhkəm sütunlarını uçurmağın yeganə yolu gənc nəslin dini inancını zəiflətmək, onların quruluşun əsas mərkəzləri ilə mental və emosional əlaqələrini və təlim-tərbiyə maraqlarını zəiflətməkdir. Bu gün hegemonizmin və sionizmin nəhəng media şəbəkələrinin əsas məqsədi yalnız budur. İnşallah, uğursuz olacaq bu mənfur səyi hər kəs müşahidə edə bilər. Bu şəraitdə sizin vəzifəniz ağır, həyəcanlı və çox savablıdır.345


Gəncləri ələ almaq

İnqilabın və dinin düşmənləri İranda gənclərin əksəriyyət təşkil etdiyini nəzərə alaraq, uzun müddətdir gənclər üçün proqram hazırlayırlar. Biz bunu unuda bilərik, düşmənimiz isə unutmur. Radiolarla, broşürlərlə, gəncin təbiət və ehtirasına uyğun vasitə və üsullarla onları ələ almağa, fikirlərini yönəltməyə, onlara təsir göstərməyə çalışırlar.346


Gəncləri ümidsiz etmək

Mənim siz gənclərdən gözlədiyim və əsla unutmamanızı istədiyim budur ki, səhnədə olun, ümidinizi əldən verməyin. Bilin ki, bu gün düşmənin İslam Respublikası əleyhinə apardığı bütün bu geniş təbliğat – Amerika radiosu, qəzetlər, jurnallar və sair işlər sizi öz gələcəyinizə ümidsiz etmək üçündür. Gənclərə təlqin etmək istəyirlər ki, bu ölkədə İslamın gələcəyi yoxdur və bir iş görmək də mümkün deyil. Bunlar bu vəziyyətdən daha pisini 19 il öncə təsvir edirdilər. Lakin bu xalq öz müqaviməti, qüdrəti, düzgün hərəkəti və Böyük İmamın rəhbərliyi ilə bütün bu maneələri keçməyi bacardı.347


Gəncləri səhnədən çıxarmaq

İslam İranının gəncləri bilsinlər ki, hegemonizm onları xalqların qələbə çalacağı bu mübarizə səhnəsindən çıxarmaq üçün pullar xərcləyir və müxtəlif planlar cızır. Bu planların hədəfi ayaq üstə dayanıb inqilabın və imamın məqsədlərini sona qədər həyata keçirmək və bu yolda bütün maneələri dəf etmək istəyən siz mömin, inqilabçı və igid gənclərsiniz.348


Ehtirasları, bəyənilməz işləri və tənbəlliyi yaymaq

Düşməni və onun ölkə daxilindəki qüvvələrini tanıyın, üsullarını öyrənin. O üsulların ölkə daxilindəki yerli formasını da öyrənin. Universitetlərdə, məktəblərdə, cəmiyyətdə, mətbuatda və təbliğatda hegemonizmin işlərini öyrənin. Hegemonizm istəyir ki, bu ölkədə güclü iman olmasın, hamı ehtirasa qurşansın, İslamın pis saydığı işlər geniş yayılsın. Hegemonizm istəyir ki, ölkə daxilində tənbəllik və işsizlik baş alıb getsin, iqtisadi, ictimai və mədəni işlərdə quruculuq, yenilik və islahatı olmasın. Hegemonizm istəyir ki, ölkədə elm inkişaf etməsin, tədqiqat və təhsil olmasın.349


Hegemonizmi tanımaq

Yaxşı olar ki, əziz gənclər öz tələbə və şagird müzakirələrində həm “hegemonizm”, həm də “mübarizə” sözünü araşdırsınlar, inqilabın dünyanın siyasi leksikonuna daxil etdiyi yeni termini dərindən öyrənsinlər.350


Gəncləri qorumaq

Gənc nəsil düşmən vasitəsi ilə tədricən tələf olmaqdadır. Biz buna imkan verməməliyik. Biz gənc nəsli qorumalıyıq ki, müharibə olsa, müdafiə etsin; daxildə bir hadisə baş versə, iştirak etsin; elm və tədqiqat növbəsi çatdıqda dərs oxusun və özünü hazırlasın; gələcəkdən söhbət düşdükdə ona hazır olsun. Etimad və ümid amili olan bu gənc nəsil üzərində müxtəlif forma və üslublarla tədricən işləyirlər. Bu fəaliyyətlər əsasən mədəni istiqamətdədir. Düzdür, gəncləri fəsada çəkən mərkəzlər var. Bu, qeyri-mədəni və praktik tərəfidir. Lakin hamısından təhlükəli olan gənclərin zehni və düşüncəsidir. Bununla məşğul olmaq lazımdır.351


Düşmənin məqsədi: gənclərin məhvi

Gənclərin xüsusən iqtisadi işlərinə, mental, psixoloji və mədəni istiqamətlərinə diqqət yetirmək çox əhəmiyyətlidir. Bu gün ölkədə bizim əsas dinləyicilərimiz gənclərdir. Xoşbəxtlikdən, ölkənin böyük qüvvəsi gənclərin gücündən irəli gəlir. Bu, bir fürsət və müsbət cəhətdir. Əlbəttə, düşmən tam əksinə çalışıb bu müsbət cəhəti mənfi cəhətə çevirməyə, gəncləri fəsada çəkməyə, siyasi düşüncə, ictimai və fərdi rəftar baxımından təbliğat aparıb yoldan çıxarmağa çalışır. Təəssüf ki, daxildə də eyni işi görənlər var. Onlar eynilə düşmənin istədiyi işi görürlər; gənclərin imanını zəiflədir, quruluşla və dövlət məmurları ilə əlaqələrini zəiflədir, onları gələcəyə bədbin, yaşadıqları mühitə inamsız edirlər. Təəssüf ki, bu işlər görülür. Düşməndən ədavətli fəaliyyətdən başqa bir şey gözlənilmir. Özümüzdən gözlədiyimiz budur ki, düşmənlərin məqsədlərini zərərsizləşdirmək üçün səyimizi toplayaq.352


Fəsad qarşısında sayıqlıq

Hizbullahçı gənc sayıq olmalı, gözlərini açmalı, kiminsə ona qoşulub “yaxşı işlərə dəvət etməklə və pis işlərdən çəkindirmək” adı altında fəsad törətməsinə və hizbullahçıların adını ləkələməsinə qoymamalıdır. Ehtiyatlı olmalısınız. Bu sizin öz öhdənizə düşür.353


Yaxşı işlərə dəvət etməyi və pis işlərdən çəkindirməyi təbliğ etmək

İnqilabı, İslamı və İslam dəyərlərini müdafiə edə bilən qüvvə ixlaslı gəncdir. Mən bir müddət öncə dedim ki, hamı yaxşı işlərə dəvət etməli və pis işlərdən çəkindirməlidir. İndi də deyirəm ki, pis işlərdən çəkindirin. Bu, vacibdir. Bu gün yaxşı işlərə dəvət etmək və pis işlərdən çəkindirmək həm şəriət vəzifəsi, həm də sizin inqilabçı və siyasi borcunuzdur.354


Dil silahı

Gənclər öz çevrələrində yaxşı işlərə dəvət edib, pis əməllərdən çəkindirsinlər. Nə üçün bu vacib əməl müsəlman cəmiyyətində hələ də oturuşmayıb? Deməyin ki, mənə nə; o da deyə bilməz ki, sənə nə. Desə də siz fikir verməyin. Bəziləri elə bilirlər ki, pis bir iş görünən kimi yumruqla tədbir görmək lazımdır. Xeyr, bizim yumruqdan da güclü silahımız var. Bu, dil silahıdır. Dil yumruqdan çox güclü və təsirlidir.

Bəzi gənclər bizə məktub yazırlar ki, icazə verin pis əməllərlə mübarizə aparaq. Çox yaxşı, mübarizə aparın, amma necə? Qarşı tərəfi doğramaqla?! Xeyr, belə olmaz. Söz deyin, danışın. Bir kəlmədən artıq danışmaq, çıxış etmək lazım deyil. Pis bir iş görən - yalan, qeybət, böhtan, mömin qardaşa qarşı kin saxlamaq, dinin haramlarına, müqəddəslərə etinasızlıq, xalqın imanını aşağılamaq, münasib olmayan geyim - hər hansı bir çirkin hərəkətə düçar olanı görsəniz, sadəcə bir sözdən artıq bir şey lazım deyil. Deyin ki, sizin bu işiniz yanlışdır, bunu etməyin. Qəzəbli halda demək də lazım deyil. Siz deyin, başqaları da desinlər. Bu zaman cəmiyyətdə günah qalmaz.

Nə üçün bəziləri deməkdən çəkinirlər? Bir qrup insan iradələrinin zəifliyinə görə deməkdən imtina edirlər, bir qrup da elə bilir ki, deməyin faydası yoxdur, əllə işləmək lazımdır. Xeyr, dil əldən çox əhəmiyyətlidir. Yaxşılıqlara dəvəti və pis işlərdən çəkindirməni dirçəldin. Gənc mühitlərdə - istər məktəblərdə, istərsə də universitetlərdə fəsada imkan verməyin.


Şəhidlərin yolunu davam etdirmək

Siz gənclər, yeniyetmələr, oğlan və qızlar atalarınızın yolunu davam etdirməlisiniz. Onlar bu yolda şəhid oldular. Siz sağ qalın, çalışın və bu yolda başıuca ömür yaşayın. İslamın sizə ehtiyacı var. Siz İslamın övladlarısınız; İslamın əsgəri olmalı və İslam yolunda mübarizə aparmalısınız.355


Gənclərin iman qüvvəsi

Dünyada heç bir yerdə görünməyib ki, bir ölkənin gəncləri iman qüvvəsindən başqa heç bir yerə və heç bir qüvvəyə arxalanmadan tarixin ən böyük güclərinin qarşısında dayansınlar.356


İnqilabın gənclərə təsiri

İslam inqilabının bu parlaq ulduzlarının - indi cəbhələrdə şəhidliyi sevinclə qarşılayan gənclərin ibadəti, itaətkarlığı və bu gün simalarında görünən səcdə əlamətləri keçmişdə belə parlaq və möhtəşəm olmamışdır. Bizim İslam inqilabımız bir iksir sayağı bu insanları elə dəyişdirdi ki, inqilabın rəhbəri və dünya məzlumlarının ümidi uzaqdan onların əllərini öpdü və bununla fəxr etdi.357


Şəhid şagirdlərin qəhrəmanlığı

İkinci xatirə həmin hərəkatın davamında yaranan şəhid şagirdlər xatirəsidir. Təxminən on beş il ondan əvvəl tağut rejimi elə bilirdi ki, imamı sürgün etməklə bu hərəkat məhv olacaq. Lakin onların istəklərinin əksinə olaraq, günbəgün gücləndi və bütün cəmiyyəti əhatə etdi, kişini, qadını, qocanı, gənci, yeniyetməni səhnəyə çəkdi. Bizim şagirdlərimiz küçələrə çıxdılar və ABŞ-ın muzdurları bu əzizləri şəhid etdilər. Bu da həmin gündə amerikalıların bizim xalqımıza vurduğu ikinci zərbə idi.358


Mömin gənclər müharibədə

Müharibəni düşmənin zərərinə bitirən də gənclər idilər. Bu gənc şəhidlərin, gənc döyüşçülərin, müharibə dövrünün gənc kadrlarının rolu elə bir şey deyil ki, belə taleyüklü bir hadisədə gənc nəslin əhəmiyyətini nəzərdən qaçırmaq mümkün olsun. Bu hadisə baş verdi. Qlobal hegemonizmin texnoloqları hər şeyi gördülər və anladılar ki, bu ölkədə mömin gənc inqilabçı İslam tərbiyəsi altında hansı möcüzələrə qadirdir.359


Ayıq cihad və şəhadət

Bizim tələbə şəhidlərimiz ayıq şəkildə şəhadət və cihada atılan, mövqeyi dərk edən, fədakar fiziki xidmət vaxtının çatdığını bilən, gedib mübarizəyə qoşulan və çoxları şəhid olan gənc nəslin danışan dilləridir.360


İslam yolunda candan keçmək dərsi

Əziz şəhidlərin bir an da unutmamalı olduğumuz böyük dərsi odur ki, lazım olduqda canımızı və bizim üçün əziz olan hər bir şeyi İslam dəyərlərinə sipər etməli və bütün vücudumuzla izzət, şərəf və azadlıq amili olan İslam hakimiyyətini müdafiə etməliyik.361


Şəhid gənclər

Xalqın iqtidarı və səadəti üçün şəhadətin təsiri çox böyükdür. Dəyərli olan bunlardır. Belə kişilərin, qadınların və gənclərin varlığı bir xalqın dünya və axirətini təmin edir; həm dünyalarını abadlaşdırır, həm də axirətlərini.362


Gənclərin hərtərəfli mübarizliyi

Heç bir xalq və ölkə ən yaxşı övladlarının mübarizliyi olmadan ən pis rəzillik və xarlıq olan əcnəbi istismarından xilas ola bilməmişdir. Bu gün də gənclərin digər sahələrdə mübarizliyi lazımdır; quruculuq işlərində, düşmənlərin hiyləsini bilməkdə, elmi və əxlaqi özünüislahda, xalqda ümid yaratmaq və məyusluqla mübarizədə, hegemon düşmənlərin təbliğatlarına qarşı mübarizədə, vəhdət, həmrəylik və milli birlik sahəsində.363


Xalqdan ayrılmamaq

Gənc təbəqə inqilaba dair həmişə məsuliyyət hiss etməli və özünü bu işlərdən kənara çəkməməlidir. Bu gün inqilab onun üzərinə hansı vəzifəni qoyur, ondan nə istəyir? İnqilabı inkişaf etdirmək üçün hansı rolu ifa edə bilər, vəzifəsi nədir? Gənc təbəqə Allahın lütfü ilə həmişə inqilab səhnələrində hazır olan böyük xalqdan ayrılmamalı və onun inkişafına, savadlanmasına, məlumatlanmasına kömək etməlidir.364


İran xalqının əziyyətlərini dərk etmək

Siz əziz gənclər bizim bir ömür yaşadığımız, xalqa qarşı çətinliklərini, əzab və təhqirlərini bütün vücudumuzla hiss etdiyimiz dövrü görməsəniz də, onu öyrənə bilərsiniz. O zaman xalqımızın hansı vəziyyətdə olduğunu öyrənə bilərsiniz.365


Elmlə məşğul olan gənclərlə həmsöhbət olmağın həzzi

Bütün əziz qardaş və bacılara, xüsusilə uzaq yollardan və digər şəhərlərdən təşrif buyurmuş qardaş və bacılara xoşgəldin deyirəm. Məclis çox şirin və ürəkaçan məclisdir; çünki elmi işlərin ön sırasında dayanan gənclərin - tələbə, şagird və müəllimlərin, nümayəndəlik orqanında çalışan, elmlə məşğul olan insanların məclisidir.366


İctimai işlərdə fəallıq

Mən ictimai fəaliyyətləri gənclərə tövsiyə edirəm, lakin ehtiyatlı olsunlar ki, bu fəaliyyət onları təhsildən uzaqlaşdırmasın. İctimai fəaliyyətlərdə də dini cəhətləri daha çox olanlara üstünlük versinlər. Bu, çox əhəmiyyətli məsələdir. Dini və mənəvi cəhəti çox olan bir ictimai fəaliyyət zərərsiz, yaxud az zərərli olar. Fərz edin, iki ekskursiya təşkil olunur və siz birinə gedə bilərsiniz. Onların biri daha dindar qrupa məxsusdur. Siz beləsini tərcih edin. Düzdür, ola bilsin, fərqlər həmişə bu şəkildə aydın olmasın. Şübhəsiz, sizin dəqiq seçiminiz və ata-analarınızın köməyi lazımdır.367


Cəmiyyətdə xüsusi insanlardan olmağın məsuliyyəti

Mənim əzizlərim! Siz bu xalqın seçilmişlərisiniz. Mən 3-4 il bundan əvvəl aparıcı insanlar və ümumi kütlə barədə danışdım, hər birinin rolunu açıqladım. Tarixdə, istiqamətlərdə, cəmiyyətdə baş verən bütün yaxşı və pis hadisələrdə aparıcı insanların rolu önəmlidir. Əgər bir cəmiyyət cənnətə, Allahın razılığına və həqiqi səadətə sarı getsə, o cəmiyyətin aparıcı və seçilmiş insanlarının Allah yanında çox böyük savabı olar.

Əgər Allah eləməmiş, cəmiyyət azğınlığa, geriliyə və zəlalətə düçar olsa, - "zəlalət" Quranın çox düzgün ifadəsidir - Allah aparıcı insanlardan hesab sorar. Siz istəsəniz də, istəməsəniz də, bu gənclik dövründən aparıcı və seçilmişlərsiniz. Çalışın öz çevrələrinizdə təsirli olun.368

İş və quruculuq sahəsi

Yola davam etmək üstünlüyü

İkinci üstünlük budur ki, siz gəncsiniz. Gənclik əmək və fəaliyyət zamanıdır. Yola davam etməli və bağı becərməli olanlar gənclərdir.369


Cəsarət

Gəncin təcrübəsi olmasa da, təcrübəyə bərabər bir şeyi var. Bu, həvəskarlıqdan, cəsarətdən və təhlükəyə atılmaq hissindən ibarətdir. Bunlar çoxlu düyünləri açır.370


Çalışma imkanı

İslam cəmiyyətində gənclər üçün doğrudan da boş vaxt yoxdur. Gənclər çalışmaq istədikdə Cihadda, orduda, Bəsicdə və digər qurumlarda çox asanlıqla çalışa bilirlər. Gənclər üçün mövcud iş yerlərinin sayı-hesabı yoxdur.371


Yenilik, yaradıcılıq və inkişaf amili

Mənim təcrübəm göstərir ki, biz gəncə etimad etsək, - sözsüz ki, söhbət ləyaqətli və bacarıqlı gəncdən gedir, hər bir gəncə hər bir vəzifəni tapşırmaq olmaz - işi gənc olmayandan daha yaxşı və daha məsuliyyətlə yerinə yetirəcək; həm sürətlə yerinə yetirəcək, həm daha yeni və daha yaradıcı şəkildə təhvil verəcək. Yəni işdə inkişaf prosesi qorunacaq.372


Aktivlik, yaradıcılıq və təqva

Bu gün bizim gənclərdən gözlədiklərimiz eynilə inqilabın birinci günündə və inqilabdan öncə gözlədiklərimizdir. Biz gəncdən istəyirik ki, mənəvi paklıqla, gözütoxluqla, dindarlıqla yanaşı həm də aktiv, həvəskar, kreativ olsun, çalışsın, tənbəllik etməsin, təqvanı rəhbər tutsun və həqiqətən, istəsin.373


Allahın və Peyğəmbərin işsiz gəncdən narazı olması

Peyğəmbər müxtəlif üsullarla xalqda iş və çalışmaq ruhiyyəsini canlandırırdı. Bəzən işsiz bir gənc gördükdə buyururdu ki, Allah bikar gənci sevmir,374 Allah öz ömrünü tələf edən işsiz gənci sevmir.

Rəvayətdə göstərilir ki, əziz Peyğəmbər bir gəncin cüssəsindən, sağlamlığından və gəncliyindən xoşu gəldikdə ona iki sual verirdi. Soruşurdu ki, evlənmisənmi, işin-peşən varmı. Əgər həmin gənc "evlənməmişəm və işim yoxdur" - deyə cavab versəydi, Peyğəmbər buyururdu ki, bu gənc gözümdən düşdü. O, belə üsul və rəftarlarla xalqın diqqətini əmək və çalışmanın əhəmiyyətinə yönəldirdi.375
Həvəskarlıq və digərlərini ümidləndirmək

Əziz qardaşlar! Gələcəyə nikbin olun. Nigaranlıq yaxşıdır, lakin ümidsizlik pisdir. Gənc ümid tərənnümüdür. Siz bizə, özünüzdən qabaqkı nəslə də ümid verməlisiniz. Sizin hərəkətiniz, addımınız, sözünüz, baxışınız, mühakiməniz ümidverici olmalıdır.376


Hövsələsizlik və ümidsizlik

Bizim gəncimiz fiziki baxımdan gənc, əhval-ruhiyyədə isə qoca, həvəssiz, hövsələsiz, təşəbbüssüz və ümidsiz olsa, bu, çox pis haldır.377


Gənclər və ölkənin inkişafı

Sonda bir məqamı da xatırlatmaq istəyirəm. Gənclərin gördüyü işlər kiçik işlər deyil. Mənim dediyim bu işlər - dərs oxumaq, tədqiqat aparmaq, incəsənət və idmanla məşğul olmaq kiçik işlər deyil. Mən xahiş edirəm bu işləri görən şəxs onların kiçik olduğunu düşünməsin. Xeyr! Bu iş ölkə miqyasında həlledici amilə çevrilir. Fərz edin, bir sənətkar təklikdə dəyərli bir sənət əsəri yaratmaq qərarına gəlir. O deyə bilməz ki, mən fərdi bir iş görürəm, özüm tənhayam və bu iş kiçikdir. Xeyr! Siz işinizi yaxşı görsəniz, başqa yüz nəfər də sizin kimi fikirləşsə, həmin möhtəşəm inkişaf və böyük iş baş tutar... Mən təkid və təkrar etmək istəyirəm ki, bu gənclərin - Quran, elm, maarifçilik sahəsində çalışanların, hövzədə, universitetdə işləyənlərin, kitab yazanların, hər hansı sahədə çalışanların hər birinin işi ölkəni ucaldacaq mühüm işdir.378


Bütün ictimai sahələrdə iştirak etmək

Bu gün bizim üsamələrimiz, gənclərimiz çoxdur. Möhtəşəm qız və oğlanlarımız, bütün fəal sahələrdə - dərsdə, siyasətdə, ictimai fəaliyyətlərdə, yoxsulluğu aradan qaldırmaq və quruculuq üçün görülən müxtəlif işlərdə, proqram hazırlanan və imkan yaradılan hər bir işdə iştirak etməyə hazır çoxsaylı gənclərimiz var. Bu, ölkə üçün çox mühüm amildir. Bu nəsil ölkənin ən böyük təcrübələrindən birini – yəni məcburi müharibə təcrübəsini qüdrətlə və uğurla başa çatdıran nəslə bənzəyir.379


Xidmət şəraiti

...Əgər Allah yolunda xidmət şəraitindən başqa bir şey istəməyən Bəsic üzvünü, mömin və ixlaslı gənci kənarda saxlayıb üzlü, tamahkar, gözləntili və mənəviyyatsız bir adamı yuxarıya çəksək, necə?! Bu zaman hər şey dəyişəcək...

İnqilab ruhunun və inqilab övladlarının cəmiyyətdən təcrid olunmasına imkan verməyək.380
Bəsic neməti

Bəsic üzvü olan əziz qardaş və bacılar! Çox xoş gəlmisiniz. Ümidvaram ki, Allahın lütf və mərhəməti həmişə üzərinizdə olsun!

Bəsic Aləmlərin Rəbbinin ölkəyə, inqilaba və bizim böyük imamımıza nemətlərindən biri idi. Bir ölkədə silahlı qüvvələr tam hazırlıqlı olsalar, lakin xalqın könüllü qüvvələri tərəfindən himayə edilməsələr, şübhəsiz ki, onların hazırlığı yetməz. Bizdə Bəsic qüvvələri – bu ixlaslı və inqilabın məqsədlərinə sadiq könüllülər keçmişdə cəbhələrə dəstək verməsəydilər və bundan sonra verməsələr, əmin olun ki, inqilabın müdafiə işi axsayar. Əsas amil xalqın qüvvəsi, yəni Bəsicdir. Siz əziz gənclər, universitet və hövzə tələbələri, həmçinin digərləri Allah yolunda cihad edən böyük təşkilatın bir hissəsisiniz. Siz bilməlisiniz ki, əsas məsələ inqilabın silahlı müdafiəsidir. Bunu bacardıqca gücləndirmək lazımdır.381
Bütün sahələrdə ixlas və fədakarlıq

Müharibədə gözünü komandirin ağzına dikən, öz ixlası və fədakarlığı ilə komandirini heyran qoyan aşiq gənc universitetə daxil olanda da müəllimini heyran qoyur. Elmi laboratoriyaya daxil olanda da belədir, siyasi işlərdə də.382


Təqva - sarsılmaz güc

Təqvanın mənası budur ki, insan Allah-Taalanın vacib etdiyi işi görsün, vacib əməlləri yerinə yetirsin, haramlardan çəkinsin. Bu, təqvanın birinci dərəcəsidir. Allahın haramlarını tanımaq və onun ətrafında gəzib hərlənməmək lazımdır. Şeytan vəsvəsə edir. Hövzə, yaxud universitet tələbəsi, şəhərli, yaxud kəndli olan mömin Bəsic gəncinin qəlbində təqva, Allaha vurğunluq, Allahla bazarlıq, Onu xatırlamaq, yadda saxlamaq, zikr, dua və təvəkkül hissi inkişaf etdikdə elə möhkəm və sarsılmaz güc yaranır ki, onu heç kim qorxuda bilmir. İslam və inqilab məqsədlərinin inkişafına zəmanət verən amil budur. Bunun qədrini bilmək lazımdır.383


Təqvanı və Allah yolunda fədakarlığı qorumaq

Əziz Bəsic üzvü olan, imamın sevdiyi, yəqin ki, İmam Mehdinin (ə) də diqqət yetirdiyi və xeyir-dua verdiyi siz gənclərin ən müsbət cəhəti bu təqvanı qorumaqdır; Allah yolunda fədakarlığı və Allah-Taalanın istədiyi yerdə olmaq hazırlığını.384


Bəsic və sülh dövrü

Mən söhbətimin birinci hissəsində dedim ki, gənc enerjili və həyəcanlıdır. Ölkə silahlı hücuma məruz qalanda gənclər könüllü şəkildə gedirlər. Ölkə dinc və sülh şəraitində olanda gənclərin həyəcanını sağlam şəkildə doyurmaqdan ötrü Bəsicdən yaxşı nə ola bilər?! Bu, imamın təşəbbüsü idi. Gəncin həyəcanlı ruhu quruculuq, iman, sağlamlıq və ölkəyə faydalı bir yerdə işlənməlidirsə, bundan ötrü Bəsicdən mühüm və etimadlı bir təşkilat varmı?!385


Hərtərəfli milli rol

Mənim əziz övladlarım! Gənc və yeniyetmələr! Sizin hamınız ölkənizin inkişafında rol oynaya bilərsiniz. Bir zaman rol Hüseyn Fəhmidənin etdiyi kimidir, bir zaman da başqa cür. Dini, mədəni, siyasi, əxlaqi xidmətlərlə, gələcəyə dair ümid yaratmaqla, öz çevrəsini həvəsləndirməklə, fərdin və cəmiyyətin başucalığına səbəb olan ibadətlə, dindarlıqla, İslam şəriətinə tabeliklə rol oynamaq olar. Düzdür, bu işlərdə canı qurban vermək yoxdur, lakin iradə, əzmkarlıq və qərarlılıq var. Məktəblərdə, universitetlərdə, zavodlarda və digər yerlərdə hamınız rol ifa edə bilərsiniz.386


Ölkənin inkişafı

Ölkəni lazımi səviyyəyə qaldırmalısınız. Bu, ölkənin təhsilli və aydın gənc nəslinin üzərinə düşən böyük məsuliyyətdir.387


İnqilab gənclərinin böyük işləri

Xoşbəxtlikdən, biz ölkədə su və elektrik enerjisi sahələrində nisbi özünütəminə çatmışıq. Bu gün bizim mühəndislərimiz elə bəndlər tikir, elə işlər görürlər ki, keçmişdə ölkədə belə bir potensial təsəvvür belə olunmur, buna əsla icazə verilmirdi.

Bu gün öz uşaqlarımız, mühəndislərimiz, inqilabın gəncləri bu böyük işləri görməkdədirlər.388
Müstəqilliyin rəhni

Siz cəsarətli gənclər güclü iradənizlə, həvəsinizlə duruş gətirməlisiniz. Ölkənin müstəqilliyi sizdən asılıdır. Ölkənin müdafiəsi sizin kimi qeyrətli və iradəli gənclərin öhdəsinə düşür.

Gənclər əvvəla, həmişəki kimi cihada qəhrəmancasına hazır olmalı, döyüş məharətlərini öyrənməli və Bəsicə qatılmalıdırlar. İkincisi isə quruculuq sahələrində fəaliyyət göstərməlidirlər. Kənd gəncləri işləməli və çalışmalıdırlar. Allaha şükür olsun ki, yaxşı yer, yaxşı torpaq, yaxşı məhsuldarlıq potensialı və böyük imkanlar mövcuddur. Gənc çalışmalı, dünyanı abadlaşdırmalıdır. Kişi və qadınlar hamılıqla ölkəni abadlaşdırmağa çalışmalıdırlar. Gənclərin üzərinə isə daha çox iş düşür.

Gənclər öz vaxtlarını boş keçirməməli, ömürlərini, qüvvələrini, zəngin enerjilərini səmərəli və qurucu işlərə sərf etməlidirlər.389


Özünəinam hissi

İslam Respublikasının ən böyük zəfəri doğrudan da bu gəncləri ruhi, dini-mənəvi yüksəlişin yüksək həddinə çatdırmaq idi. Onlar özlərinə inanıb möhkəm dayandılar, öz ölkələrini, varlıqlarını və İslamı dünyanın güclü və yekdil hücumundan müdafiə etdilər.390


Mömin gənclərə etimad

Məsul şəxslər, elm, mədəniyyət və media qurumları – Mədəniyyət nazirliyi, Təbliğat komitəsi, Teleradio verilişləri şirkəti, Təlim və tərbiyə nazirliyi öz kadrlarımıza arxalansınlar. Sözsüz ki, bu, digər qüvvələri sıradan çıxarmaq demək deyil, amma öz kadrlarımızın təcrid olunmasına imkan verməməlidirlər.

Gənclər quruluşun bayraqdarı, əsas qüvvəsi olduqlarından həmişə səhnədə olmalı, yetişməli, təlim görməli, mübarizə aparmalı, elm öyrənməli və müxtəlif ixtisaslara yiyələnməlidirlər ki, ölkələri ehtiyacsız olsun, müstəqil qalsın, asılı olmasın və özünü təmin etsin. Gənclər bu diyarın gələcəyini quranlardır. Ümidli və aktiv qüvvə kimi onlara inanmaq və yol göstərmək lazımdır. Mömin, etiqadlı və ixlaslı gənc Allah yolunda mübarizə və quruculuq şəraitindən başqa bir şey istəmir. Gəncləri səhnədə saxlamaq, onların Bəsic ruhiyyələrini qorumaq lazımdır. Ölkə quruculuğunda işləri gənclərə tapşırmaq mühüm məsələdir. Əgər gənclər elm və iman silahına yiyələnməsələr, ölkəni idarə etmək kimi ağır bir yükü götürə bilməzlər.391


Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin