Uşaqların göz sağlamlığı Ötən IL oxuculara nümunəvi xidmət göstərilmişdir


planetin ən ağıllı adamı hesab olunur



Yüklə 7,95 Mb.
Pdf görüntüsü
səhifə23/30
tarix30.12.2021
ölçüsü7,95 Mb.
#1106
1   ...   19   20   21   22   23   24   25   26   ...   30
planetin ən ağıllı adamı hesab olunur.

Onun intellektinin əmsalı 210-a bərabərdir, halbuki intellekt əmsalı 140 

olanlar dahi hesab edilirlər.

1962-ci  ilin  mart  ayında  Koreyada  anadan  olan  Kim  Unq–Yonq  artıq 

6  aylığında  danışa  bilmiş,  3  yaşda  isə  Koreya,  yapon,  alman,  ingilis 

və  portuqal  dillərində  fikrini  izah  etməyə  başlamışdır.  Hər  hansı  dili 

mənimsəmək üçün ona 1 ay kifayət edirdi. Dahi uşaq riyazi təfəkkürünə 

görə də seçilirdi. Beş yaşında ikən o, mürəkkəb differensial bərabərlikləri 

həll edir, şeir yazır və rəsm çəkirdi.

Səkkiz  yaşlı  Kim  Unq–Yonq  NASA  təqaüdünə  layiq  görülərək,  ABŞ-a 

köçür. Kolorado Universitetini 15 yaşında bitirən koreyalı gənc fizika üzrə 

elmlər  doktoru  dərəcəsini  alaraq,  elmi  fəaliyyətlə  məşğul  olur  və  100-ə 

yaxın elmi məqalənin müəllifidir.

Niderlandın  “PAL-V  Europe  NV”  şirkətinin  mütəxəssisləri  dünyada 

ilk  dəfə  olaraq  “Qelisikl”  adlanan  uçan  avtomobili  uğurla  sınaqdan 

çıxarmışlar.

İki  yerlik  “Qelisikl”  klassik  vertolyotla  3  təkərli  avtomobili  özündə 

birləşdirən  hibriddir.  Nəqliyyat  vasitəsinin  üstün  cəhətlərindən  biri  də 

odur ki, o çox asanlıqla mövcud uçuş - enmə zolaqlarından və yollarından 

istifadə edə bilir. Yəni avtomobil üçün ayrıca yol çəkməyə ehtiyac qalmır 

və rahat idarə olunur.

Vertolyot - maşının texniki göstəriciləri də yüksəkdir. O, 8 saniyədə 100 

kilometr  sürət  yığa  bilməklə,  bir  dəfəyə  350-500  kilometrədək  məsafə 

qət etmək iqtidarındadır. Avtomobil benzinlə yanaşı, biodizel və bioetanol 

işlədir.

Hazırda  dünyada  analoqu  olmayan  “Qelisikl”in  satış  qiyməti  295  min 

ABŞ dollarıdır.

Böyük Britaniyalı 11 yaşlı Kiron Uilyamson 10 dəqiqəyə çox asanlıqla 100 min 

funt sterlinq pul qazanmışdır.

Məsələ  ondadır  ki,  5  yaşından  rəssamlıqla  məşğul  olan  istedadlı  uşaq 

impressionizm stilində kətan parça üzərində möcüzələr yaradır. Onun əsərləri 

London auksionunda əlbəəl gəzir.

Dünya dahi rəssamı ilk dəfə 2009-cu ildə, 19 rəsm əsəri 36 min ABŞ dollarına 

satılandan sonra tanımışdır. Daha sonra 26 əsəri 20 dəqiqə ərzində 360 min 

dollara alınan Kiron Uilyamson hətta tanınmış rəssamları belə mat qoymuşdur.

Hazırda onun bir əsərinə 3 min 500 dollardan 30 minədək qiymət qoyulur.

Yaxın  zamanda  baş  tutacaq  növbəti  auksionda  dahi  rəssamın  əsərlərinin 

başlanğıc qiymətinin 150 min dolların olacağı bildirilir.




Yüklə 7,95 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin