Uşaqların göz sağlamlığı Ötən il oxuculara nümunəvi xidmət göstərilmişdir



Yüklə 270.49 Kb.
PDF просмотр
səhifə1/4
tarix07.12.2016
ölçüsü270.49 Kb.
  1   2   3   4

Uşaqların göz 

sağlamlığı

Ötən il  oxuculara nümunəvi 

xidmət göstərilmişdir

irvə görüşü iştirakçılarını salamlayan Azərbaycan Respublikasının Prezidenti İlham 

Əliyev Sammiti qəbul etdiyinə və göstərdiyi qonaqpərvərliyə görə Niderland hökumətinə 

minnətdarlığını bildirdi. Nüvə təhlükəsizliyi tədbirlərinin gücləndirilməsində Beynəlxalq Atom 

Enerjisi Agentliyinin mühüm rolundan danışan Azərbaycan dövlətinin başçısı ölkəmizin nüvə 

təhlükəsizliyinin bir çox aspektləri üzrə bu Agentliklə fəal əməkdaşlıq etdiyini və Azərbaycanın 

iştirakçı dövlət olduğu Nüvə Terrorçuluğuna qarşı Mübarizə üzrə Qlobal Təşəbbüsün nüvə 

təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində Birləşmiş Millətlər Təşkilatının göstərdiyi 

səyləri dəstəklədiyini, bu yaxınlarda Azərbaycanın nüvə, kimyəvi və bioloji silahların və onların 

çatdırılma vasitələrinin yayılmaması sahəsində gördüyü növbəti tədbirlər haqqında yeni hesa-

batını Birləşmiş Millətlər Təşkilatına təqdim etdiyini diqqətə çatdırdı. Prezident İlham Əliyev qeyd 

etdi ki, 2012-ci ildə BMT-nin Təhlükəsizlik Şurasında sədrliyi zamanı Azərbaycan beynəlxalq 

terrorçuluq, o cümlədən nüvə terrorçuluğu məsələlərinə aid müzakirələr təşkil etmişdir.

Nüvə və radioaktiv təhlükəsizliyin təmin edilməsi üçün əlavə tədbirlər görülməsinin vacibliyinə 

toxunan Prezident İlham Əliyev Azərbaycanın nüvə materiallarının qeyri-qanuni dövriyyəsində 

tranzit marşrutu kimi ölkənin ərazisindən istifadənin qarşısını almaq üçün böyük səylər 

göstərdiyini, bu məqsədlə beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq edərək beynəlxalq standartla-

ra uyğun güclü qanunvericiliyə əsaslanan əhatəli milli ixraca nəzarət sistemini formalaşdırdığını 

vurğuladı.

Dövlətimizin başçısı bildirdi ki, bu yaxınlarda qəbul edilmiş Azərbaycanın ilk “Dəniz 

Təhlükəsizliyi Strategiyası”nda nüvə və digər kütləvi qırğın silahlarının və onların çatdırılma 

vasitələrinin, eləcə də aidiyyəti materialların yayılması dəniz təhlükəsizliyinə ən böyük hədələrdən biri kimi müəyyən edilir.

Prezident İlham Əliyev təəssüflə qeyd etdi ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin Ermənistan tərəfindən davam edən işğalı və 

azərbaycanlılara qarşı aparılmış etnik təmizləmə siyasəti səbəbindən ölkəmizin öz sərhədlərinin müəyyən hissəsinə lazımi səviyyədə nəzarət etmək imkanı yoxdur.

“Bu cür vəziyyət transmilli mütəşəkkil cinayətkarlığa, nüvə və radioaktiv materialların qeyri-qanuni daşınmasına, həmçinin radioaktiv tullantı materiallarını basdırmaqla 

Azərbaycanın işğal olunmuş ərazilərinin Ermənistan tərəfindən zəhərləndirilməsinə şərait yaradır...”

     Ãÿçåò 

1933 - úö èëäÿí ÷ûõûð.          



№ 06 (1581)  31 mart 2014 - úц èë                         Ãèéìÿòè 40 ãÿïèê

Bu sayımızda

Azərbaycan Prezidenti İlham Əliyev Haaqada keçirilən 

III Nüvə Təhlükəsizliyi Sammitində çıxış etmişdir

“KLİNİKA MÜASİR 

STOMATOLOGİYANIN BÜTÜN 

NAİLİYYƏTLƏRİNİ ÖZÜNDƏ 

ƏKS ETDİRİR”

ÜMUMİ GİGİYENA VƏ EKOLOGİYA KAFEDRASI

səh. 4

31 MART AZƏRBAYcANLILARIN SOYqIRIMI GÜNÜDÜR

3

6

7

5

http://www.amu.edu.az

31 mart 2014-ъц ил

2

Azərbaycan Respublikasının Ukraynadakı 

səfirliyinin “Naxçıvan” salonunda Ukrayna-

da yaşayan azərbaycanlı gənc həkimlərin və 

Ukraynada təhsil alan gələcək həkimlərin I 

Beynəlxalq konfransı başa çatmışdır.

Konfrans Ukraynada yaşayan 

Azərbaycanlı Gənclər İttifaqı (UAGİ) 

tərəfindən ölkəmizin diplomatik 

nümayəndəliyi və “Sağlam ailə” mərkəzinin 

dəstəyi ilə təşkil edilmişdir.

Tədbirdə azərbaycanlı diplomatlar, 

Azərbaycan Respublikasının Dövlət Neft 

Şirkətinin Ukraynadakı nümayəndəliyinin 

top-menecerləri, Azərbaycan, Ukrayna, Al-

maniya, Türkiyə və Rusiyanın tibbi profilli ali 

məktəblərinin tələbələri, gənc həkimlər, səhiyyə 

işçiləri, tanınmış professorlar və görkəmli 

xadimlər iştirak edirdi.

“Tibbi təhsildə rezidentura sistemi”, 

“Xaricdə işləyən azərbaycanlı həkimlərin 

peşəkar əməkdaşlıq yolları” 

panellərində, habelə Ukrayna-

dakı Azərbaycanlı Gənclər İt-

tifaqı rəhbərinin müavini, gənc 

həkim Cavid Hüseynzadənin 

moderator olduğu “Gələcək 

planlar” panelində gənc 

həkimlər və tibbi ixtisaslar 

üzrə təhsil alan tələbələr üçün 

kommunikativ platforma ya-

radılması məsələləri müzakirə 

edilmişdir.

MDB və Avropa İtti-

faqı ölkələrində işləyən 

həmvətənlərimizin, o cümlədən 

Almaniyadakı Azərbaycanlı 

Həkimlər Assosiasiyasının sədri Vüqar Yaquboğ-

lunun çıxışları böyük maraqla qarşılanmışdır.

Tədbirin sonunda Azərbaycanın Ukraynada-

kı səfiri Eynulla Mədətli və Ukraynanın tibb 

aləmində tanınmış həmvətənimiz Ənvər Həsənov 

konfrans iştirakçılarına sertifikatlar təqdim 

etmişlər.



                  

Martın  28-də  Stomatologiya  fakültəsinin  41-ci  Tələbə 

Elmi Cəmiyyətinin konfransı keçirilib.

Konfransı  Xarici  dillər  kafedrası  üzrə  Tələbə  Elmi  Cəmiyyətinin 

sədri, dosent Rəna xanım Hüseynova açaraq ATU-nun Tələbə Elmi 

Cəmiyyətinin  xətti  ilə  keçirilən  tələbə  elmi  konfranslarının  yüksək 

səviyyədə  aparıldığını  və  tələbə  hazırlığına  xüsusi  diqqət  yetiril-

diyini  bildirib.  Bu  günkü  konfransda  ingilis,  fransız  və  rus  dillərində 

məruzələrin dinləniləcəyini söyləyərək münsiflər heyətini iştirakçılara 

təqdim edib.

Bundan  sonra  söz  tədqiqatçı  tələbələrə  verilib.  Ümumilikdə  23 

məruzə dinlənilib. 

Münsiflər heyətinin səsvermə nəticələrinə görə ən dolğun, elmi və 

maraqlı  məruzələr  fərqləndirilib.  Belə  ki,  alman  dili  üzrə  290

a

  qrup 


tələbəsi  Lalə  Şabanova  I,  rus  dili  üzrə  73

a

  qrup  tələbəsi  Nəcibə 



Əhmədova  II,  ingilis  dili  üzrə  290

a

  qrup  tələbəsi  Mirzeynal  Hüsey-



nov III və 108

qrup tələbəsi Tuğra Məlikli IV yerə layiq görülüb. Qalib 



tələbələrə diplomlar, digər məruzəçilərə isə sertifikatlar təqdim olu-

nub. 


Növbəti mərhələdə II tura keçən tələbə tədqiqatçılar universitet üzrə 

Tələbə Elmi Cəmiyyətinin işində iştirak etmək hüququ qazanacaqlar. 



“Təbib”

Xarici dillər üzrə TEc-in konfransında

Ukrayna paytaxtında Azərbaycandan olan gənc həkimlərin və gələcək 

həkimlərin I Beynəlxalq konfransının işi başa çatıb

Azərbaycan  Tibb  Universitetində  Tibb  tələbələri  və  gənc 

həkimlərin  i  beynəlxalq  Tibbi  Konqresi  keçiriləcək.  Mayın  2-3-

də  keçirilməsi  nəzərdə  tutulan  konqresə  professorlar,  aparıcı 

mütəxəssislər,  xarici  və  yerli  tələbələr,  rezidentlər,  beynəlxalq 

təşkilatlar və ya təşkilatların nümayəndələri dəvət olunublar

Konqresdə xarici və yerli professorların məruzələri, xarici və yerli çı-

xışçıların işləri dinləniləcək, seminar və treyninqlər həyata keçiriləcək. 

Konqresin  prezidenti  akademik  Əhliman  Əmiraslanov,  vitse-

prezidentləri professorlar İbrahim İsayev, Amalya Əyyubova və do-

sent  Müşfiq  Həsənovdur.  İşçi  qrup  35  nəfər  tələbə  və  rezidentdən 

ibarətdir. 

Koordinatorlar və qrup rəhbərləri isə İsmayılov Surəddin , Zeynalov 

Zahir, icraedici katib Rizvan Rüstəmov, daxili əlaqələr üzrə katib İsa 

Mirzəyev (pediatriya  fakültəsi, VI kurs),  xarici əlaqələr üzrə katib Arif 

Cavadov (hərbi tibb fakültəsi, VI kurs), sosial işlər üzrə katib Ülkər 

Nağızadədir (müalicə işi fakültəsi, VI kurs).

Konqres bir ilkdir. Təşəbbüskarlar əsasən universitetin elmi və ic-

timai  həyatında  aktivliyi  ilə  seçilən  və  ATU  TEC-nin  uzvləri  olan 

tələbələrdir.  Rəhbərlik  tərəfindən  lazimi  dəstək  aldığına  görə    bu 

konqres reallaşmaq üzrədir. 

Konqres  müddətində  sosial  proqram  çərçivəsində  qonaqların 

şəhərimizin gözəlliyi, tarixi abidələri, mədəniyyət nümunələri ilə tanışlığı üçün də imkan yaradılacaq. Bununla 

əlaqədar müvafiq qurumlarla artıq razılığa gəlinib.

Konqres haqqında daha ətraflı məlumatı 



amu.edu.az/bimec/en

 

web səhifəsindən öyrənə bilərsiniz.



Surəddin İSMAyilov,

Pediatriya fakültəsi üzrə TEC-in sədri

Türkiyənin ali məktəblərində dünyanın 93 ölkəsindən 54 minə yaxın əcnəbi tələbə 

təhsil alır.

AzərTAc Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, qardaş ölkənin universitetlərində təhsil 

alan xarici tələblərin sayına görə birinci sırada Türkmənistan, ikinci sırada Azərbaycan, üçün-

cü sırada isə İran yer alır.

Əcnəbi tələbələr ən çox İstanbul, Ankara və Mərmərə universitetlərində təhsil alırlar. 

T

ələbə  Qəbulu  üzrə  Dövlət  Komissiyası  Azərbaycan  Tibb 

Universitetinin hərbi tibb fakültəsinin məzunları üçün rezi-

denturaya qəbul imtahanının hər iki mərhələsini 2014-cü il iyul 

ayında keçirəcək. 

Həmin imtahanda iştirak edəcək namizədlər üçün “İmtahana 

buraxılış vərəqi”nin çapı həmin ərəfədə həyata keçiriləcək və 

bu barədə öncədən məlumat veriləcək.

Bu haqda TQDK-nın mətbuat xidmətindən məlumat verilib.

Tibb tələbələri və gənc həkimlərin I Beynəlxalq 

Tibbi Konqresi keçiriləcək

Türkiyə universitetlərində təhsil alan əcnəbi tələbələrin 

sayına görə Azərbaycan ikinci yerdədir

HƏRBİ TİBB FAKÜLTƏSİNİN MƏZUNLARI ÜçÜN 

REZİDENTURAYA qƏBUL İMTAHANININ VAXTI AçIqLANDI


31 mart 2014-ъц ил

http://www.amu.edu.az

3

Ermənilər, azərbaycanlılara qarşı 

tarixi düşmənçiliklərini 1918-ci ilin 

əvvəllərindən daha açıq müstəviyə 

keçirdilər. 

onlar 

bakıda 

və 

Zaqafqaziyanın digər bölgələrində 

müsəlman  qırğını    törətmək 

üçün    müxtəlif  fitnəkarlıqlara  əl 

atır,  bakı    Sovetinin  orqanlarına, 

şəhər    idarəçiliyinin  həlledici  

vəzifələrinə  öz  nümayəndələrini 

yerləşdirirdilər. 

Azərbaycanın 

qabaqcıl 

xadimləri 

gözlənilən  

təhlükəni qabaqcadan duyurdu.

Ermənilər    öz    cinayətlərini 

həyata keçirmək üçün bəhanə  ax-

tarırdılar. Bu  məqsədlə “ Evelina” 

münaqişəsi törədildi. Lənkərandan 

“Evelina” gəmisi ilə Hacı Zeyna-

labdin    Tağıyevin  oğlunun    dəfn  

mərasimində  iştirak  etmək  üçün 

müsəlman  alayının    zabitləri 

yola    düşdü.  Əlverişli  məqamın 

yetişdiyini  görən  ermənilər  gizli 

şəkildə  Rus  Milli  Şurası,  Xəzər  

matrosları,  eser və menşevik par-

tiyaları  arasında  belə  bir    şayiə 

yaydılar  ki,  guya  “Evilina”  ilə 

gedən zabitlər  tapşırıq almışlar ki, 

Lənkəranda olan müsəlman hərbi 

dəstələri  ilə  birlikdə  Muğanda-

kı  rus-molokan    kəndlərini  məhv 

etsinlər.  Bu    təxribat  xarakterli 

şayiə  öz    nəticəsini  verdi.  Şaum-

yanın başçılıq etdiyi Bakı  Soveti 

gəminin    heyətini  tərksilah  etdi. 

Şəhərin  müsəlman  əhalisi    silah-

ların    qaytarılmasını  tələb  etdi. 

Beləliklə, əvvəlcədən  sövdələşmə 

əsasında  bolşevik-erməni  ko-

alisiyası,  S.Şaumyanın    dediyi 

kimi,  “həlledici  döyüşlərə    hər 

cür  hazırlıq  görmüşdü    və  dərhal 

bütün  cəbhə  boyu  hucuma  baş-

ladı”.  Bakıda  ilk    atəşlər    açıldı. 

Azərbaycanlılara  qarşı  mart  soy-

qırımı  başlanana  qədər  özlərinin  

bitərəfliyini  elan  edən  “Daşnak-

sutyun”  və  Erməni  Milli  Şurası 

sonradan    Bakı  Sovetini  müdafiə 

etdi.  Ermənilərin  fitnəsi  ilə  

heyəti ruslardan ibarət olan  hərbi 

gəmilər  şəhərin  müsəlmanlar  ya-

şayan  hissəsini  atəşə  tutdular. 

“Müsavat”  liderləri  kütləvi  qır-

ğının  qarşısını  almaq    məqsədi 

ilə  martın 31-də Sovetin İcraiyyə  

Komitəsi  ilə    danışıqlara  başla-

dılar.  Buna  baxmayaraq  şəhərin 

azərbaycanlılar  yaşayan rayonları 

tamamilə məhv  edilmiş və şəhərə 

soxulan erməni  əsgərləri tərfindən 

dinc  əhaliyə  qarşı  əsl  soyqırımı 

həyata  keçirilmişdir.  Soyqırımı 

aprel    ayının  2-si    gecə  yarıya 

qədər davam etdi.  Üç gün ərzində 

Bakıda böyük  dağıntılar törədildi. 

Yerli  dinc  əhalinin    qırğınından 

və  özünümüdafiə    dəstələrinin  

məğlubiyyətindən sonra  imzalan-

mış  saziş  haqqında    Bakı  Soveti-

nin  yığıncağında  məlumat verən  

İ.Suxartsev    riyakarcasına  sevinc 

içərisində elan etdi ki, “Müsavat”    

firqəsi    darmadağın  edildi  və  

Türkiyənin Bakı  cəbhəsi alındı”. 

Bakıda  törədilən  türk-müsəlman 

soyqrımının    saxtalaşdırılmasına, 

ona  “vətəndaş  müharibəsi”  donu 

geydirilməsinə,  qətl  edilənlərin 

sayının azaldılmasına ilk cəhdi bu 

hadisələrin  təşkilatçısı S.Şaumyan 

etmişdir.  O,  aprel  ayının  13-də 

Moskvaya  XKS-nə  göndərdiyi 

hesabatda    həyasızcasına  yazır-

dı:  “Üç  gün-  30,  31  mart  və    1 

apreldə    Bakı  şəhərində  şiddətli 

vuruşma  olmuşdur. Bir  tərəfdən 

Sovet  Qırmızı  Qvardiyası,  bizim 

təşkil  etdiyimiz    Beynəlmiləl 

Qızıl  Ordu,    Qırmızı  donanma 

və erməni  milli  hissələri, o biri 

tərəfdən  “Müsavat”  partiyasının 

başcılıq  etdiyi  müsəlman  “  Vəhşi  

diviziya”sı  və  silahlı  müsəlman 

quldur dəstələr  vuruşdular... Hər 

iki tərəfdən öldürülən üç  mindən 

artıqdır”.  Əslində    Şaumyanın 

adını  çəkdiyi  silahlı  erməni  milli 

hissələri  ilə  yanaşı,  Bakı  Soveti-

nin  qoşununun  80%-i  də  silah-

lı    ermənilərdən    ibarət  idi.  Son 

araşdırmaların  gəldiyi    nəticəyə  

görə Şaumyanın erməni hökuməti 

Bakıda 35 minə qədər  azəri- tür-

künü  üç  günün    ərzində    qanına 

qəltan etmişdi. Menşevik  qəzeti “ 

Naş qolos” mart  qırğınından son-

ra  şəhərdəki  vəziyyəti  belə  təsvir 

edirdi:  “Hər  yerdə  meyitlər  qıc 

olmuş,  eybəcər  hala  salınmışdır. 

Təzə  Pir məscidinin yanında  ağır 

mənzərə  vardı.  Məscid    atəşdən 

zərər  çəkmişdir.  Ziyarətgahın  bu 

cür təhqiri geniş  kütlələrin qəlbini  

ağrıdır,  meytlər  onları  daha  çox 

həyacanlandırır, nifrət  və  təhqir 

zəhərinin    dərinliyə  işlədiyi  hiss 

olunur”.


Mart  soyqrımından  bir  il  sonra 

ermənilər bu hadisəni bolşeviklərlə 

müsəlmanlr  arasında  baş  ver-

miş  hakimiyyət  mübarizəsi  kimi 

təqdim    etməyə  başladılar.1919-

cu ilin payızında, Bakıya  gəlmiş 

ABŞ missiyasının başcısı  general  

Harborda  təqdim  etdiyi  sənəddə 

erməni      yepiskopu  Baqrat 

ermənilərin  mart    hadisələrində  

iştirakını  danıb        gizlədir,  sax-

takarlıqda  S.Şaumyandan  da 

irəli  gedərək,  Bakıda  mart  qırğı-

nı  hadisələri  vaxtı  1000    nəfərin 

-300  nəfər  erməni  və  rus,  700 

nəfər müsəlmanın  öldürüldüyünü  

həyasızcasına iddia edirdi.

Belə bir tarixi faktı da danmaq 

mümkün  deyil  ki,  Azərbaycan-

müsəlman  soyqırımı    təkcə 

Bakı  ilə  məhdudlaşmadı.  Bakı-

da  törədilmiş  cinayətlər  eyniilə 

Şamaxıda,  Qubada,  Xaçmaz-

da,  Lənkəranda,  Səlyanda,  Qa-

rabağda,  Zəngəzurda,  Cənubi 

Azərbaycanın    Xoy,  Salmas  və 

Urmiya  şəhərlərində,  Naxçıvan-

da,  Vanda,  Diyarbəkirdə  davam 

etdirildi. Martın sonu, aprel -may  

aylarında  ermənilərin  törətdiyi 

soyqrımın  nəticəsində  yuxarıda 

sadalanan yerlərdə yarım milyona 

qədər  azəri-türkü  amansızcasına 

qətlə yetirildi.

Təkcə  1918-ci  il  ərzində 

ermənilər  Zəngəzurda  115,  Qa-

rabağda  157,  Qubada  122,  İrəvan 

quberniyasında 

211, 

Gəncə 


ətrafında  272,  Ağsu,  Kürdəmir  

və  Lənkəranda  130  yaşayış 

məntəqəsinin əhalisini vəhşicəsinə  

qırmış,    kəndləri  talan  edib  yerlə 

yeksan  etmişlər.  Yeri  gəlmişkən  

qeyd  edək  ki,  ermənilərin  xalqı-

mıza qarşı soyqırımı  nəticəsində  

milyonlarla  insan məhv edilib və 

qaçqına  çevrilməsinə  baxmaya-

raq, bəşəriyyət əleyhinə bu  cinayət  

bütün təfərrüatı  ilə  heç vaxt dün-

ya ictimaiyyətinin  mühakiməsinə 

çıxarılmamış,  yüksək  səviyyəli 

beynəlxalq      qurumlarda  ciddi  

müzakirə  obyekti olmamışdır.

Azərbaycan xalqına qarşı həyata 

keçirilmiş    soyqırımların  siyasi  

baxımdan  qiymətləndirilməsinə 

Azərbaycanda 

milli 


azadlıq 

hərəkatının  genişləndiyi  ötən 

əsrin    80-cı  illərinin    sonu-  90 

cı  illərin  əvəllərində  başla-

mışsa  da,    ona  əsl  və  tam  siya-

si    qiymət    ulu  öndər  Heydər 

Əliyevin  “Azərbaycanlıların  soy-

qırımı  haqqında”  1998-ci  il  26 

mart  tarixli  fərmanında  bütün  

dolğunluğu  ilə  öz  əksini  tapmış-

dır.    Həmin  fərmanla  martın  31-i 

azərbaycanlıların  soyqırımı  günü 

elan edilmişdir.

                                                

Arzu SEyİdovA,

“İctimai fənlər” kafedrasının 

əməkdaşı

XALqIN qAN YADDAŞI-31 MART

Azərbaycan  Respublikası  müstəqillik  qazandıqdan  sonra 

xalqımızın  tarixi  keçmişinin  obyektiv  mənzərəsini  yaratmaq 

imkanı əldə edilmişdir. Uzun illər gizli saxlanılan, üzərinə qadağa 

qoyulmuş  həqiqətlər  açılır,  təhrif  edilmiş  hadisələr  özünün  əsl 

qiymətini alır.

Azərbaycan  xalqına  qarşı  dəfələrlə  törədilmiş  və  uzun  illərdən 

bəri  öz  siyasi-hüquqi  qiymətini  almamış  soyqırımı  da  tarixin 

açılmamış səhifələrindən biridir.

1813-cü və 1828-ci illərdə imzalanan Gülüstan və Türkmənçay 

müqavilələri  Azərbaycan  xalqının  parçalanmasının,  tarixi 

torpaqlarımızın bölünməsinin əsasını qoydu. Azərbaycan xalqının 

bu milli faciəsinin davamı kimi onun torpaqlarının zəbti başlandı. 

Qısa  bir  müddətdə  bu  siyasət  gerçəkləşdirilərək  ermənilərin 

kütləvi  surətdə  Azərbaycan  torpaqlarına  köçürülməsi  həyata 

keçirildi. Soyqırımı Azərbaycan torpaqlarının işğalının ayrılmaz bir 

hissəsinə çevrildi.

«Böyük  Ermənistan»  yaratmaq  xülyasından  ruhlanan  erməni 

qəsbkarları  1905-1907-ci  illərdə  azərbaycanlılara  qarşı  açıq 

şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirdilər. Ermənilərin 

Bakıdan  başlanan  vəhşilikləri  Azərbaycanı  və  indiki  Ermənistan 

ərazisindəki  Azərbaycan  kəndlərini  əhatə  etdi.  Yüzlərlə  yaşayış 

məntəqəsi  dağıdılıb  yerlə  yeksan  edildi,  minlərlə  azərbaycanlı 

vəhşicəsinə qətlə yetrildi. Bu hadisələrin təşkilatçıları, məsələnin 

mahiyyətinin  açılmasına,  ona  düzgün  hüquqi-siyasi  qiymət 

verilməsinə maneçilik törədərək azərbaycanlıların mənfi obrazını 

yaratmış, özlərinin avantürist torpaq iddialarını pərdələmişər.

Azərbaycanlıların  soyqırımı  Bakı,  Şamaxı,  Quba  qəzalarında, 

Qarabağda, 

Zəngəzurda, 

Naxçıvanda, 

Lənkəranda 

və 

Azərbaycanın  başqa  bölgələrində  xüsusi  qəddarlıqla  həyata 



keçirilmişdir.  Bu  ərazilərdə  dinc  əhali  kütləvi  surətdə  qətlə 

yetirilmiş, kəndlər yandırılmış, milli mədəniyyət abidələri dağıdılıb 

məhv edilmişdir.

Azərbaycan  Xalq  Cümhuriyyəti  yarandıqdan  sonra  1918-ci  ilin 

mart hadisələrinə xüsusi diqqət yetirmişdir. Nazirlər Şurası 1918-

ci il iyulun 15-də bu faciənin tədqiqi məqsədi ilə fövqəladə istintaq 

komissiyasının yaradılması haqqında qərar qəbul etdi. Komissiya 

mart soyqırımını, ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan 

quberniyası  ərazisində  ermənilərin  törətdikləri  ağır  cinayətləri 

araşdırdı.  Dünya  ictimaiyyətinə  bu  həqiqətləri  çatdırmaq  üçün 

Xarici  İşlər  Nazirliyi  nəzdində  xüsusi  qurum  yaradıldı.  1919  və 

1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti 

tərəfindən  ümummilli  matəm  günü  kimi  qeyd  edilmişdir.  Əslində 

bu,  azərbaycanlılara  qarşı  yürüdülən  soyqırımı  və  bir  əsrdən 

artıq  davam  edən  torpaqlarımızın  işğalı  proseslərinə  tarixdə 

ilk  dəfə  siyasi  qiymət  vermək  cəhdi  idi.  Lakin,  Azərbaycan  Xalq 

Cümhuriyyətinin süqutu bu işin başa çatmasına imkan vermədi.

Zaqafqaziyanın  sovetləşməsindən  öz  çirkin  məqsədləri  üçün 

istifadə edən ermənilər 1920-ci ildə Zəngəzuru və Azərbaycanın 

bir  sıra  torpaqlarını  Ermənistan  SSR-in  ərazisi  elan  etdilər. 

Sonrakı  dövrdə  bu  ərazilərdəki  azərbaycanlıların  deportasiya 

edilməsi  siyasətini  daha  da  genişləndirmək  məqsədilə  yeni 

vasitələrə əl atdılar. Bunun üçün onlar SSRİ Nazirlər Sovetinin 23 

dekabr  1947-ci  il  «Ermənistan  SSR-dən  kolxozçuların  və  başqa 

azərbaycanlı  əhalinin  Azərbaycan  SSR-in  Kür-Araz  ovalığına 

köçürülməsi  haqqında»  xüsusi  qərarına  və  1948-1953-cü 

illərdə  azərbaycanlıların  öz  tarixi  torpaqlarından  kütləvi  surətdə 

deportasiyasına dövlət səviyyəsində nail oldular.

1988-ci  ildən  ortaya  atılan  Dağlıq  Qarabağ  konfliktinin  ilkin 

mərhələsində yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından 

qovulmasına  da  respublikada  düzgün  siyasi  qiymət  verilmədi. 

Azərbaycanın  Dağlıq  Qarabağ  Muxtar  Vilayətinin  Ermənistan 

SSR-in  tərkibinə  daxil  edilməsi  haqqında  ermənilərin  qeyri-

konstitusion  qərarını  və  Moskvanın  əslində  bu  vilayəti  Xüsusi 

İdarəetmə  Komitəsi  vasitəsilə  Azərbaycanın  tabeliyindən 

çıxarmasını xalqımız ciddi narazılıqla qarşıladı və mühüm siyasi 

aksiyalara əl atmaq məcburiyyəti qarşısında qaldı. Respublikada 

keçirilən mitinqlər zamanı torpaqlarımızın işğalı siyasəti qətiyyətlə 

pislənsə  də  Azərbaycan  rəhbərliyi  öz  passiv  mövqeyindən  əl 

çəkmədi.  Məhz  elə  bunun  nəticəsi  olaraq  1990-cı  ilin  yanvar 

ayında  getdikcə  güclənən  xalq  hərəkatını  boğmaq  məqsədi  ilə 

Bakıya  qoşunlar  yeridildi,  yüzlərlə  azərbaycanlı  məhv  və  şikəst 

edildi, yaralandı, digər fiziki təzyiqlərə məruz qoyuldu.

1992-ci ilin fevralında ermənilər Xocalı şəhərinin əhalisinə misli 

görünməyən  divan  tutdu.  Tariximizə  Xocalı  soyqırımı  kimi  həkk 

olunan bu qanlı faciə minlərlə azərbaycanlının məhv edilməsi, əsir 

alınması, şəhərin yerlə yeksan edilməsi ilə qurtardı.

Azərbaycanın  XIX  -  XX  əsrlərdə  baş  verən  bütün  faciələri 

torpaqların zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara 

qarşı  düşünülmüş,  planlı  surətdə  həyata  keçirdiyi  soyqırımı 

siyasətinin  ayrı-ayrı  mərhələlərini  təşkil  etmişdir.  Bu  hadisələrin 

yalnız  birinə  -  1918-ci  il  mart  qırğınına  siyasi  qiymət  vermək 

cəhdi göstərilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi 

Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə 

bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırım hadisələrinə 

siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir.


  1   2   3   4


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə