http://www.amu.edu.az
31 mart 2014-ъц ил
6
m
Gicitkən çox qiymətli yem
bitkisi sayılır. onun qarğıdalı,
sorqo, çovdar, vələmir, çuğundur,
kartof, ot ilə birlikdə hazırlanmış
silosu yüksək keyfıyyətə malikdir.
Yarpaqlarının tərkibi çoxlu miq-
darda üzvi turşular, B, B
2
və K
vitaminləri, mikroelementlər, aşı və fı-
tonsid maddə-lərlə zəngindir. Onların
tərkibində 200 mq%-ə qədər С vitami-
ni vardır ki, bu da limondakından 2,5,
albalıdakından 7, kartof və almadakın-
dan isə 10 dəfə çoxdur. Karotinin miq-
darı 50 mq%-dir.
Gicitkən çox qədim zamanlardan
başlayaraq müasir dövrədək tərəvəz
bitkisi kimi yeyilir. Ondan hazırlanan
şi, sup, salatlar nəinki dadlı, həm də
orqanizm üçün çox faydalıdır.
Hazırda bitkinin cavan yarpaq və
zoğlarını erkən yazda toplayıb kətə,
qutab, borş, sup, salat və s. hazırlan-
masında geniş istifadə edirlər. Cavan
zoğlarını duza və turşuya qoyur, yeri
gəldikdə süfrəyə qoyub iştahgətirici
ədviyyə kimi yeyırlər.
Gicitkənin yarpağı çox
qiymətli
polivitaminli
məhsuldur. Odur ki, müa-
sir tibbdə ondan dəmləmə
və duru ekstrakt halın-
da bir sıra xəstəliklərin
müalicəsində
geniş
istifadə edilir. Məsələn,
daxili
qanaxmalar-
da qankəsici, mədə-
bağırsaq xəstəliklərinin
müalicəsində
həzm
prosesi və maddələr
mübadiləsini yaxşılaşdı-
ran, bağırsaqların iltihabının aradan
qaldıran vasitə, eləcə də qanazlığın-
da, vərəm, sinqa raxit, avitaminoz,
qızdırma, mədə yarası, nəfəs yolları,
onikibarmaq bağırsaq xəstəlikləri və
böyrək daşının dərmanı kimi tətbiq
olunur.
Bitki «qanı» adlandırılan xlorofil
bitkinin yarpağında külli miqdarda
olduğundan qanazlığında, orqaniz-
min müqavimətinin artırılmasında
istifadə edilir. Gicitkən sıyığını balla
qarışdırıb, prostat vəzinin adenomi-
yası xəstəliyinə qarşı bir həftə qəbul
etdikdə vəzin şişmə prosesi dayanır
və xəstəlik bir ay müddətində aradan
qalxır.
Gicitkən və qoz yarpağından ha-
zırlanmış sıyığı balla qarışdırıb daxili
orqanlarında xərçəng olan xəstəyə
verdikdə xərçəng hüceyrələrinin inki-
şafı dayanır.
Mədəsi xərçəng xəstəliyinə tutulmuş
qoca qarı hər gün 2-3 stəkan gicitkən
ekstraktı qəbul etməklə özünü sağalt-
mışdır.
Gicitkən yarpaqlarmdan alınan yaşıl
maddə ətriyyat, kosmetika, yeyinti və
tibb sənayesində geniş tətbiq edilir.
Elmi
təbabətdə
gicitkəndən
qankəsici, xroniki mədə yaralarının,
qaraciyərin müalicəsində istifadə olu-
nur.
Xalq təbabətində isə bu bitkidən
daha geniş istifadə edilir. Belə ki,
gicitkəndən hazırlanmış cövhəri ürək,
böyrək, qaraciyər xəstəlikləri, qan azlı-
ğı, qastrit zamanı daxilə qəbul etməyi
məsləhət görürlər. Onun ekstraktı ilə
başı yuduqda tüklərin dibini bərkidir
və tökülməsinin qarşısını alır.
Gicitkən qan dövranını tənzimləyir,
saçın möhkəmliyinə, tökülməməsinə
və
uzanmasına
səbəb
olur.
Qalxanabənzər vəzinin normal in-
kişafıni
aktivləşdirir,
ürək-damar
fəaliyyətinə, nəfəs borusuna yaxşı təsir
edir. O, mədə-bağırsaq, daxili qanax-
ma, dişdibi ətləri xəstəliklərinin müa-
licəsində əhəmiyyətlidir. Gicitkənin
həlimini, dəmləməsini içmək və onu
bişirib tünd sarımsaqlı qatıqla yemək
bütün daxili xəstəliklərə, şişlərə, ba-
ğırsaqlardakı qurdların tokülməsinə
müsbət təsir göstərir. Yazda gündə
üç dəfə yeməkdən yarım saat əvvəl
onun bir stəkan həliminə bir çay qaşığı
süd əlavə edib içmək orqanizm üçün
çox xeyirlidir. Qara yel, son dərəcə
şiddətli oynaq ağrıları xəstəliklərindən
əziyyət çəkənlərə yatmamışdan əvvəl
hər axşam gicitkəni qaynadıb suyunda
çimmək və ya yarım saat vanna qəbul
etmək məsləhətdir. Bu, bədəni yum-
şaldır, ağrıları aradan qaldırır.
Müalicə məqsədləri üçün gicitkən
yarpaq, kök və kökümsovlarını may-
iyun aylarında hələ üstündə çiçəkləri
olan zaman toplayırlar. Çiçək açıb
qurtardıqdan
sonra
tərkibindəki
maddələr öz bioloji xüsusiyyətlərini
itirir. Gicitkənin yarpaq, kök və kö-
kümsovlarından hərarətin aradan
qaldırılmasında, mədə yaralarının
müalicəsində geniş istifadə edilir.
Bunun üçün gicitkənin kökündən sa-
rımsaqla birlikdə bərabər miqdarda
götürüb 1:5 nisbətində suya tökün, 7
gün dəmlədikdən sonra süzüb ağrıyan
nahiyələrə sürtün. Gündə 3 dəfə bir
xörək qaşığı qəbul edin.
Dostları ilə paylaş: