(E-mail: amu-
lib@mail.ru)
və kompyuterlərə gündəlik
nəzarət edilmişdir.
2013- cü ildə dissertasiya və avtoreferat-
lar şöbəsinə 46 dissertasiya, 92 avtoreferat
qəbul edilmişdir. İl ərzində bu şöbəyə 220
nəfər oxucu müraciət etmiş, onların infor-
masiyaya olan ehtiyacları 402 dissertasi-
ya və 768 avtoreferatla təmin olunmuşdur.
Həmçinin kompyuterdə qəbul edilmiş dis-
sertasiyalara kartoçkalar yazılmış, bu kar-
toçkalara 92 UOT indeksi verilmişdir.
Tələbə abonementi şöbəsində də oxu-
culara nümunəvi xidmət göstərilmişdir.
Bu şöbədən 8.371 oxucu istifadə etmiş-
dir. Kütləvi kitab verilişi zamanı kitab-
xananın əməkdaşları, o cümlədən ATU
Gənclər və Tələbə Həmkarlar Təşkilatının
nümayəndələri də iştirak etmişlər.
Bu şöbəyə müraciət edənlərin sayı
33.484 nəfər olmuş, onlara 401.808
nüsxə kitab verilmişdir. Bu şöbənin yeni
ədəbiyyata olan ehtiyacı da vaxtında təmin
edilmişdir. İl ərzində 1.842 nüsxə kitab da-
xil olmuş, 1.302 nəfər tələbənin dövriyyə
vərəqəsinə imza atılmışdır.
Komplektləşdirmə şöbəsində də işlər
uğurla həyata keçirilmişdir. Şöbəyə ötən
il 3.006 nüsxə ədəbiyyat daxil olmuş-
dur. Bunun 2.767 nüsxəsi elmi və tədris
ədəbiyyatı təşkil edir. Bunun 2.536 nüsxəsi
Azərbaycan, 470 nüsxəsi də xarici dillərdə
olan ədəbiyyatdır. Jurnalların sayı isə 101
nüsxədir.
Kitabxanaya Universitet rəhbərliyindən,
əməkdaşlardan və digər təşkilatlardan xeyli
sayda ədəbiyyat hədiyyə edilmişdir.
Kütləvi işlərin həyata keçirilməsi də
kitabxananın fəaliyyətində əsas rol oy-
nayır. 20 yanvar – Şəhidlər gününə, Xo-
calı soyqırımına, 8 Mart Beynəlxalq Qa-
dınlar Gününə, Novruz Bayramına, Ulu
öndər Heydər Əliyevin və akademik Zərifə
Əliyevanın 90 illiyinə, 28 May Respublika
Gününə, Dövlət Bayrağı Gününə, Dünya
Azərbaycanlılarının Həmrəyliyi Gününə
həsr olunmuş sərgilər, foto – stendlər, yı-
ğıncaqlar belə tədbirlərdəndir.
Biblioqrafiya şöbəsi tərəfindən kitabxa-
naya daxil olan yeni nəşrlərin “Biblioqrafik
məlumat” siyahısının hazırlanıb 15 abonentə
paylanması da uğurlu nəticələrdən biridir.
Bu buraxılış 145 nəşri əhatə edir.
Elmi kitabişləmə və kataloqlaşdırma
şöbəsində də işlər keyfiyyətlə həyata ke-
çirilmişdir. İl ərzində kataloqa 2.454 nüsxə
kartoçka düzülmüşdür. Həmçinin əlifba ka-
taloquna 135, sistemli kataloqa 36 yeni ay-
rıc qoyulmuşdur.
Hazırda İRBİS-64 proqramı layihəsi üzrə
elektron kataloqunun yeni versiya ilə təmin
olunması və digər informasiya xidmətlərinin
daha da səmərəli təşkili üçün yeni texnolo-
giyalarla təmin olunmuşuq. Bunlar hamısı
universitet rəhbərliyinin diqqəti və qayğısı
sayəsində həyata keçirilmişdir.
Əminik ki, bu il də Əsaslı Kitabxanada
qarşıda duran vəzifələr layiqincə həyata
keçiriləcək, oxucu tələbatının ödənilməsinə
daha da qayğı ilə yanaşılacaqdır.
Dostları ilə paylaş: |