Uşaqların göz sağlamlığı Ötən IL oxuculara nümunəvi xidmət göstərilmişdir



Yüklə 7,95 Mb.
Pdf görüntüsü
səhifə9/30
tarix30.12.2021
ölçüsü7,95 Mb.
#1106
1   ...   5   6   7   8   9   10   11   12   ...   30
“KlİNİKANiN dİŞ TEXNİKİ lAboRA-

To RİyAlARiNiN AvAdANliQlARi yE-

NİləRİ İlə əvəZləNİb



-  Zəhmət  olmasa,  bir 



az  da  rəhbərlik  etdiyiniz 

klinikanın  kadr  potensialı 

ilə  bağlı  ümumi  məlumat 

verərdiniz...

-  Klinikada  8  tibb 

elmləri  doktoru-profes-

sor,  2  tibb  elmləri  dokto-

ru-dosent,    32  dosent,  63 

tibb  üzrə  fəlsəfə  doktoru 

çalışır. Eyni zamanda ha-

zırda  klinikada  stomato-

logiya  üzrə  17  rezident 

təhsilini  davam  etdirir. 

3  nəfər  doktorantura, 

8  nəfər  əcnəbi  həkim-

stomatoloq  3  illik  ixtisasartırma  kursu 

keçirlər.  Əməkdaşlardan    22  nəfər  disser-

tasiya  üzərində  çalışır.  II,  III,  IV  kursla-

rın  tələbələri  istehsalat  təcrübəsi  keçirlər. 

Stomatologiya  fakültəsinin  elmi  şurasının 

iclasları,  aprobasiya  şuraları,  kafedraların 

iclasları,  Tələbə  Elmi  Cəmiyyətinin  konf-

ransları  və  s.  daima  klinikanın  binasında 

keçirilir.       

Bir sözlə, hazırda klinika müasir stoma-

tologiyanın  bütün  nailiyyətlərini  özündə 

əks etdirir. Tədris və həkim kabinetləri ən 

müasir diaqnostika və müalicə avadanlıqla-

rı ilə təchiz olunubdur. 

2011-ci  ildə  klinikanın  rentgen-diaqnos-

tika şöbəsinə universitet tərəfindən Yaponi-

yanın «Maritta» firmasının rəqəmsal rent-

gen  aparatı  gətirilib.  Şöbədə  tə l əbələr  və 

həkimlər üçün kompyuterlə təchiz olunmuş 

tədris  rentgen-diaqnostika  kabineti  açılıb-

dır.

Klinikanın diş texniki laboratoriyalarının 



avadanlıqları və materialları yenilənərək ən 

müasirləri  ilə  əvəz  olunubdur.  Bu  gün  la-

boratoriyada metal-keramika, metalsız-ke-

ramika, vinirlər, metal-plastmas, kompozit 

plastmas, akril və termoplast protezlər, bü-

gel  protezlər  keyfiyyətinə  görə  ən  yüksək 

tələblərə  cavab  verir.  Stomatologiyada 

istifadə olunan dərman və ləvazimatlar isə 

ən müasir standartlara cavab verən aparıcı 

şirkətlərin məhsullarından ibarətdir.




Yüklə 7,95 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin