Elektrooftalmiya (“oftalmiya” - yunanca göz) – elektrik qövsü şüaları nəticəsində gözün aldığı zədələrə deyilir. Belə zədələr elektrik qövsü (qısa qapanma) baş verdikdə mümkün ola bilər ki, bu da nəinki görünən işıqın, həm də görünməyən intensiv ultrabənövşəyi və infraqırmızı şüalarin orqanizmin hüceyrələri tərəfindən udulması nəticəsində baş verən kimyəvi təsirdən yaranır
Elektrik zərbəsi – orqanizmin canlı toxumalarından keçən elektrik cərəyanının təsiri nəticəsində onların qıcıqlanmasıdır. Elektrik zərbəsi bədənin müxtəlif əzələlərinin qeyri-ixtiyari qıcolması şəklində özünü biruzə verir