Elektrik naqilinin yerə toxunduğu nöqtədən 10 metr radiusda “addım gərginliyi”nin təsiri altina düşmək təhlükəsi yaranır.
Elektrik naqilinin yerə toxunduğu nöqtədən 10 metr radiusda “addım gərginliyi”nin təsiri altina düşmək təhlükəsi yaranır.
Belə ərazilərdə hərəkət etmək üçün dielektrik çəkmələr geyinmək və ya qısa addımlarla ayağını yerdən ayırmadan “qaz yerişi” ilə yerimək lazımdır. Bundan başqa tək ayaqla atıla-atıla ərazidən kənarlaşmaq olar.
3. Zərər çəkmiş şəxsin vəziyyətinin qiymətləndirilməsi. Sizə və zərər çəkmişə qarşı heç bir təhlükə olmadığına əmin olduqdan sonra onun şüurunu yoxlayın.
3. Zərər çəkmiş şəxsin vəziyyətinin qiymətləndirilməsi. Sizə və zərər çəkmişə qarşı heç bir təhlükə olmadığına əmin olduqdan sonra onun şüurunu yoxlayın.
4. Zərərçəkmişin normal tənəffüs alması üçün şərait yaradın. Bunun üçün ehtiyatla zərərçəkən şəxsin başını arxaya doğru açın və çənəsini bir qədər yuxarıya qaldırın, iki barmağınızı zərərçəkmişin çənəsinin altına yerləşdirin və qaldırın. Eyni zamanda əlinizi zərərçəkmişin alnına qoyun və başını tam arxaya doğru əyin.
10 saniyə ərzində baxın, qulaq asın və tənəffüsü hiss etməyə çalışın. Əgər zərərçəkmiş şəxs nəfəs alırsa onu yan tərəfə çevirin, nəfəs almırsa ağız boşluğunda ola bilən maneəni kənar etdikdən sonra ağızdan ağıza olmaqla iki nəfəsvermə icra edin.
Zərərçəkmişi arxası üstə uzadın, havanın daxil olmasına şərait yaratmaq məqsədilə başını arxaya döğru əyin, iki barmağınızı zərəçəkmişin çənəsinin altlna yerləşdirin, eyni zamanda əlinizi zərərçəkmişin alnına qoyun və başını tam arxaya doğru əyin.
Burun pərlərini sıxmaqla burnunu qapayın. Tam nəfəs alın və qapalı şəkildə dodaqlarınızı onun ağzına yerləşdirin. İki dərin və eyni zamanda yavaş sürətli nəfəsvermə icra edin. Nəfəsvermələr zamanı zərərçəkimişin döş qəfəsinin hərəkət etməsinə nəzarət edin.
Havanı hər 5 – 6 saniyədən bir üfürməli.
Havanı hər 5 – 6 saniyədən bir üfürməli.
Belə üfürmə dəqiqədə 10 – 12 dəfəyə bərabər olan tənəffüs tezliyinə müvafiqdir. Hər dəfə hava üfürmədən sonra cərəyan vurmuş adamın ağız və burnunu açırlar ki, onun ağ ciyərlərindəki hava özbaşına xaric olsun, yəni adam nəfəs versin.
Əgər zədələnmiş adam pis nəfəs alırsa, onda süni tənəffüslə yanaşı onun ürəyini də masaj etmək lazımdır. Bunun üçün xəstənin sinəsinin aşağı 1/3 hissəsini müəyyən edib ovucla döş qəfəsini ritmik sürətlə aşağı basırlar. Döş qəfəsini kəskin təkanla basmaq lazımdır, bu zaman döş qəfəsi 3 – 5 sm aşağı əyilir, ürəyin üzərinə düşən təzyiq nəticəsində qan ürəkdən qan damarlarına verilir. Döş qəfəsini saniyədə 1 dəfə olmaqla 4 – 6 dəfə basmaq, sonra fasilə etməklə süni trənəffüs vermək lazımdır.