) Vartanov axacağında konkrementin diaqnostikası üçün rentgenoqrafiyanı hansı nahiyədə yerinə yetirirlər?
səhifə 94/173 tarix 25.01.2023 ölçüsü 1,01 Mb. #80851
uz cene cerrahiyyesi
551) Vartanov axacağında konkrementin diaqnostikası üçün rentgenoqrafiyanı hansı nahiyədə yerinə yetirirlər?
A) Qulaq altı vəzinin nahiyəsində
B) Ağız boşluğu dibininin nahiyəsində
C) Üst çənə cisminin
D) Üst çənə nahiyəsində damaq tərəfdən
E) Üst çənə nahiyəsində vestibulya tərəfdən
Ədəbiyyat: Робустова Т.Г. «Хирургическая стоматология» 1998. с.420
552) Çənəaltı ağız suyu vəzisində konkrementin diaqnostikası üçün hansı rentgenoqrafiyanı yerinə yetirirlər?
A) Ortopantomoqrammanı
B) Çənəaltı ağız suyu vəzisinin tomoqrafiyasını
C) Alt çənə cisminin rentgenoqrafiyası
D) Ağız boşluğu dibinin ağızdaxili rentgenoqrafiyası
E) Çənəaltı ağız suyu vəzisinin rentgenoqrafiyası
Ədəbiyyat: Робустова Т.Г. «Хирургическая стоматология» 1998. с.425
553) Kontrast sialoqrafiya konkrementin diaqnostikası üçün harada tətbiq edilir?
A) Limfa vəzlərində
B) Üst çənədə
C) Ağız suyu vəzilərində
D) Ağız suyu vəzilərinin axacaqlarında
E) Alt çənədə
Ədəbiyyat: Робустова Т.Г. «Хирургическая стоматология» 1998. с.426
554) Ağız suyu daşı xəstəliyi zamanı kontrast sialoqrafiya nə məqsədlə istifadə olunur?
A) Axacağın genişləndirilməsi məqsədilə
B) Diaqnozu dəqiqləşdirmək məqsədilə
C) İltihabın aradan qaldırılması məqsədilə
D) Daşın çıxarılması üçün
E) Axacağın daralması məqsədi ilə
Ədəbiyyat: Робустова Т.Г. «Хирургическая стоматология» 1998. с.426
555) Ağız suyu daşı xəstəliyinin müalicəsinin əsas metodu hansıdır?
A) Hormonoterapiya
B) Ximioterapiya
C) Fizioterapiya
D) Cərrahi müdaxilə
E) Autohemoterapiya
Ədəbiyyat: Робустова Т.Г. «Хирургическая стоматология» 1998. с.429
Dostları ilə paylaş: