647) Ağız boşluğu dibinin fleqmonası zamanı irin mənbəyinin ilkin lokalizasiyası adətən aşağıdakılardan hansı nahiyyənin absesi olur?
A) Arxa-çənə və udlaq-ətrafı nahiyyədə
B) Çeynəmə əzələsi
C) Almacıq-altı nahiyyəsi
D) Qulaq-altı tüpürcək vəzisi
E) Yanaq nahiyyəsi
Ədəbiyyat: Тимофеев А.А. «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» 2002.
648) Ağız boşluğu dibinin fleqmonası zamanı müraciət günü aşağıdakılardan hansı edilməlidir?
A) Fizioterapevtik müalicənin aparılması
B) Novokain blokadasının aparılması
C) İrin ocağının açılması
D) Əzələ daxili tənəffüs analeptiklərinin vurulması
E) İqlorefleksoterapiyanın başlanması
Ədəbiyyat: Тимофеев А.А. «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» 2002.
649) Hansı termin osteomiyelitin sinonimi deyil?
A) Artrit
B) Sümük fleqmonası
C) Qaversit
D) Panostit
E) Osteit
Ədəbiyyat: Тимофеев А.А. «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» 2002. с.222
650) Kəskin odontogen periostitdə qanda hansı dəyişiklər baş verir?
A) Leykopeniya, eozinopeniya, limfositoz, bazofiliya
B) Leykositoz, eozinofililiya, neytrofillərin sağa irəliləməsi, limfositoz, eritrositlərin çökmə sürətinin artması
C) Leykopeniya, eozinofililiya, neytrofillərin sağa irəliləməsi, limfositoz
D) Leykositoz, neytrofillərin sola irəliləməsi, eozinopeniya, limfopeniya, eritrositlərin çökmə sürətinin artması
E) Dəyişiklər yoxdur
Ədəbiyyat: Тимофеев А.А. «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» 2002. с.222
651) Haymor boşluğun hansı divarları odontogen haymoritdə zədələnir?
A) Bayır və yuxarı
B) Aşağı və yuxarı
C) Bayır və medial
D) Aşağı və bayır
E) Aşağı və medial
Ədəbiyyat: Тимофеев А.А. «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» 2002. с.239
Dostları ilə paylaş: |