701) Flüorozda dişlərin zədələnməsini hansı qrup xəstəliklərə aid edirlər?
A) Genetik xəstəliklərə
B) İnfeksion xəstəliklərə
C) Sistem xəstəliklərinə
D) Peşə xəstəliklərinə
E) Yerli xəstəliklərə
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
702) Flüorozun differensial diaqnostikası üçün əlavə hansı metoddan istifadə olunur?
A) Rentgenoloji müayinədən
B) Stomatoskopiyadan
C) Sitoloji metoddan
D) Dişin EOD-dan
E) Vital rəngləmədən
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
703) Flüorozun profilaktikası hansı yaşadək aparılır?
A) 10-12 yaşadək
B) 5-6 yaşadək
C) 12-14 yaşadək
D) 8-10 yaşadək
E) 6-8 yaşadək
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
704) Dişin sərt toxumalarının oval formalı zədələnməsi hansı xəstəlik üçün xarakterikdir?
A) Minanın eroziyası üçün
B) Hipoplaziya üçün
C) Flüoroz üçün
D) Pazvari qüsur üçün
E) Mərmər xəstəliyi üçün
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
Dostları ilə paylaş: |