772) Dərin karies zamanı pulpanın hiperemiyası müşahidə edilərsə nə edilməlidir?
A) Bütün zədələnmiş dentin xaric edilməli, pulpanın açılıb-açılmamasından asılı olmayaraq iltihabəleyhinə pasta qoyulmalı
B) Bütün zədələnmiş dentin xaric edilməli və ekssudatın xaric olması üçün boşluq açıq saxlanılmalıdır
C) Qismən nekrotomiya aparılmalı və iltihabəleyhinə pasta qoyulmalı
D) Pulpa ekstirpasiya edilməlidir
E) Pulpanın açılmasına imkan vermədən zədələnmiş dentini mümkün qədər xaric etməli və iltihabəleyhinə pasta qoyulmalı
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
773) Dərin kariesin müalicəsində plomblama zamanı hansı ara qatdan istifadə edilir?
A) Sink-evgenol pastası
B) Süni dentin
C) Tərkibində kalsium hidroksid olan bərkiyən materiallar
D) Hidrokortizon pastası
E) Tərkibində metilurasil olan bərkiyən pasta
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
774) Dərin kariesin müalicəsində daimi plomblama zamanı hansı ara qatdan istifadə edilir?
A) Hidrokortizon pastası
B) Sink-evgenol pastası
C) Süni dentin
D) Tərkibində kalsium hidroksid olan bərkiyən materiallar
E) Tərkibində metilurasil olan bərkiyən pasta
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
Dostları ilə paylaş: |