ÜZRƏ ÖLKƏ TƏRƏfdaşliq strategiyasi


g. İdarəçilik – ÖTS-in çarpaz məqsədi



Yüklə 1,13 Mb.
səhifə15/25
tarix23.02.2017
ölçüsü1,13 Mb.
#9517
1   ...   11   12   13   14   15   16   17   18   ...   25

g. İdarəçilik – ÖTS-in çarpaz məqsədi





  1. Birlikdə ÖTS AMF və yuxarıda təsvir edilmiş layihələr əlaqələndirilmiş İdarəçiliyin Monitorinqi Çərçivəsində İdarəçiliyə dair Tədbirlər Planının və nəticələrin və layihə icrasının ciddi monitorinqinin işlənilməsini nəzərdə tutur. Qrafik 4-də ÖTS müdaxilələri tərəfindən dəstəklənən idarəçilik çərçivəsinin əsas ölçüləri verilmişdir. Ümumi siyasi cavabdehlik baxımından Azərbaycanın tezliklə orta-gəlirli ölkələr sırasına çıxacağına baxmayaraq ÖTS YASS/YADİDP-i prosesini və eləcə də əlaqəli Dövlət Proqramlarının həyata keçirilməsini dəstəkləməyə davam edəcəkdir. Bu dövlətin bəyan etdiyi tədbirlərin planının vətəndaş cəmiyyəti tərəfindən müvafiq nəzarəti ilə icra ediləcəyini təmin etməyə yardım edəcəkdir.



  1. Effektiv dövlət sektoru idarəçiliyi baxımından isə, Ölkə üzrə iqtisadi memorandum (CEM) və ardıcıl geniş iştiraklı proqramatik DXİ də daxil olmaqla, ÖTS AMF bizim davamlı siyasət məsləhətləri və TY vasitəsi ilə yaxşı makroiqtisadi və dövlət xərclərinin planlaşdırılmasını və idarəedilməsini dəstəkləyəcəkdir. Dövlət maliyyə idarəetmə və satınalmaları dövlət sektoru mühasibatlığı islahatları (CAPSAP vasitəsilə), xəzinədarlığın müasirləşdirlməsi, elektron satınalma və CFAA və CPAR vasitəsilə dəstəklənəcəkdir. ÖTS dövlət inzibatçılığı və idarəçiliyi islahatları müvafiq Dövlət Proqramlarının seçilmiş sahələrinin həyata keçirilməsini dəstəkləyəcək. Subsidiyaların azaldılması kommunal sahədə siyasət məsləhətləri, mühasibatlıq islahatları və investisiya əməliyyatları vasitəsi ilə dəstəklənəcəkdir. Sosial sektorda da hədəflənmiş müdaxilələr dövlət xidmətlərinin göstərilməsini effektivliyini əlavə olaraq artıracaqdır.




  1. Qarşılıqlı çəkindirmə və tarazlaşdırmaprinsipi baxımından isə, ümumi idarəetmə çərçivəsində, ÖTS məhkəmə islahatlarını, kənar və daxili audit funksiyasının gücləndirilməsini və maliyyə bazarlarında daha güclü nəzarət qurumlarının yaranmasını dəstəkləyəcək. ÖTS və FİAS inhisarçiliq davranışlara qarşı istehlakçıların daha yaxşı müdafiə olunmasını və investorların müdafiə olunmasını beynəlxalq standartlara cavab verən qanunvericilik və qurumlar vasitəsi ilə təmin edicəklər. ÖTS eyni zamanda məlumatın daha geniş yayılması, şəffaflıq və EİTİ, Neft Fondu və dövlət xərclərinə dair məlumatın açıqlanması, və biznes mühitinin istiqamətləndirilməsinə dair dövlət /özəl sektorlar arası strukturlaşdırılmış dialoq vasitəsilə vətəndaş cəmiyyətinin və özəl sektorun nəzarətini gücləndirilməsini dəstəkləyəcəkdir. Daha yaxşı korporativ idarəetmə və maliyyə şəffaflığı mühasibatlıq uçotu və audit islahatları vasitəsi ilə dəstəklənəcəkdir və mühitə görə cavabdehlik ÖTS-in İV Istiqaməti əsasında gücləndiriləcəkdir. Bura ARDNŞ-ə beynəlxalq standartlara keçidlə bağlı dəstək daxil olacaq.




  1. Yerli iştirak və icmaların gücləndirilməsi baxımından, ÖTS-un İİ İstiqaməti, digər məsələlərlə yanaşı, icmaların tələbatına əsaslanan kənd infrastrukturunun inkişaf etdirilməsini və suvarma və fermerlərin kredit kooperativləri üçün su istifadəçiləri assosiasiyaların yaradılmasını dəstəkləyir. İslahatlar səviyyəsində, QHT-lara dair yeni qanunvericilik çərçivəsi və hüquqi şəxslərin qeydiyyatının istiqamətləndirilməsi də dəstəklənəcəkdir.




  1. İdarəçilik gündəliyinin həyata keçirilməsi hökumətin sahiblik hissi və vətəndaş cəmiyyətinin iştirakı və eləcə də çoxtərəfli və ikitərəfli donorlarla əməkdaşlıq sayəsində birgə şəbəkə əsasında monitorinq ediləcək və prioritetləşdiriləcəkdir. Bütün bu tədbirlərin əlaqələndirilməsi, nəticələrin çıxarılması və hökumətin Tədbirlər Planının həyata keçirilməsi qarşısında olan maneələrin müəyyən edilməsi məqsədi ilə İdarəçilik Məşvərət Qrupu təsis olunacaqdır. Layihə İcrası Qruplarının (LİQ) gücləndirilməsi, sənədlərin şəffaf qaydada aparılması və Bankın satınalma və layihələrin maliyyə idarə edilməsi standartlarına riayət olunmasının təmin edilməsi üçün xüsusi profilaktik tədbirlər görüləcəkdir. İdarəçilik monitorinqi çərçivəsinə daxildir: EITI, PEFA və PIFC proqramları, Dövlət Xərclərinin İzlənilməsi Tədqiqatları (DXİT), FSAP yeniləşdirilməsi və SNƏH, “Doing Business” hesabatları, BEEPS, CPIA, haelə DBİ-nin idarəçilik göstəriciləri. Bu cərçivə ÖTS-in ətraflı monitorinq və qiymətləndirmə mexanizminə daxil edilmişdir.



h. Monitorinq və qiymətləndirmə


  1. ÖTS-ə Bank yardım qrupu qarşısında nail olmaqda yardım etməyə məqsəd kimi qoyduğu dörd illik inkişaf nəticələrini müəyyən edən ətraflı Nəticələr Matriksi daxil edilmişdir (Qoşma 1 ). ÖTS-in orta-müddətli icmalı proqramın iki ili keçəndə aparılacaqdır və həmi məqamda strategiyada uyğunlaşdırma aparılacaqdır. ÖTS-in ətraflı qiymətləndirilməsi ÖTS müddətinin sonunda Başa Çatma hesabatında veriləcəkdir. Həmin qiymətləndirmə ÖTS məqsədlərinə nail olunma dərəcələrini əks etdirəcək və gələcək yardım üçün müvafiq nəticələri müəyyən edəcəkdir.



Qrafik 4: İdarəçilik üzrə Tədbirlər Planı

Vətəndaşlar/Şirkətlər

Vətəndaşlar/Şirkətlər


Siyasi cavabdehlik

  • YADİDP/YAYK

  • Dövlət proqramları Programmes

Dövlət sektorunun səmərəli idarə edilməsi

  • Makroiqtisadi idarəetmə

  • Dövlət xərclərinin planlaşdırıması və idarə edilməsi

    • Büdcə tərtibatının və iştirakın, OMXÇ-nın və DİP-in gücləndirilməsi

    • Proqram büdcəsinə doğru keçid

    • PEFA Monitorinqi və DXİT

  • Dövlət maliyyə idarəetmə və satınalmalar

    • Xəzinənin müasirləşdirliməsi və IPSAS

    • CFAA və CPAR yeniləşdirilməsi

    • e-satınalmalar

  • Dövlət inzibatçılığı və idarəçilik islahatları

    • Inzibati islahatlar və e-hökumət

    • Dövlət anti-korrupsiyaya mübarizəsinə dəstək

  • Birbaşa subsidiyaların azaldılması

    • Maya dəyəri tariflərinə keçid

    • Kommunal tənzimləmə çərçivəsi və agentliyi

    • IFRS-in dövlət müəssisələrində tətbiqi

  • Sosial xidmətlərin effektivliyi

    • Hədəfli sosial yardım

    • Fundamental səhiyyə sektoru islahatları

    • Təhsil islahatlarının davam etdirilməsi

    • Yoxsulluğun Proqramatik qiymətləndirilməsi

Çəkindirmə və tarazlaşdırma

  • Məhkəmə islahatları

  • Ali audit qurumunun gücləndirilməsi

  • Daxili audit islahatları

  • Bank, sığorta cə qiymətlə kağızlar bazarına nəzarət

  • Rəqabət və investisiya qanunları

Vətəndaş cəmiyyəti və özəl sektor

  • EITI

  • Neft fondu və büdcənin açıqlanması

  • Biznes mühitinin formalaşması

  • Korporative idarəetmə

  • IFRS və audit islahatları

  • Ekoloji korporativ idarəetmə

Yerli iştirak və icma inkişafı.

  • Kənd infrastrukturu. İƏİ

  • Su sitifadəçiləri assosiasiyası.

  • Valideyn/müəllim şurası

  • Kredit kooperativləri

  • QHT qanunvericiliyi və qeydiyyatı








  1. ÖTS-in həyata keçirilməsinə bir neçə kanallar vasitəsi ilə nəzarət ediləcəkdir. Birincisi, ÖTS proqram monitorinqi və YAYK siyasət çərçivəsinin həyata keçirilməsində yardım kontekstində struktur islahatların mütəmadi icmalları keçiriləcəkdir. İkincisi, sektor islahatları və irəliləyiş hesabatları Bankı müxtəlif investisiya əməliyyatları ilə əlaqəli nəzarət missiyaları zamanı aparılacaqdır. Üçüncüsü, dövlət xərclərinin monitorinqi üç illi DXPİ çərçivəsində aparılacaqdır. Dördüncüsü, yoxsulluğun aradan qaldırılması və MİM məqsədlərinə nail olma istiqamətində olan irəliləyişlərin monitorinqi Yoxsulluğun Proqramatik Qiymətləndirilməsi vasitəsi ilə aparılacaqdır. Səhiyyə, təhsil və sosial müdafiə məsələləri üzrə ətraflı monitorinq göstəriciləri və ilkin məlumat artıq müəyyən edilmişdir. Müxtəlif sorğular vasitəsilə əldə olunacaq məlumat nəticələri və təsir monitorinqini gücləndirəcəkdir. İdarəçilik gündəliyi Nəticələr Çərçivəsi ilə kəsişir və ona inteqrasiya edilmişdir. Digər donorlardan olan yardım da hökumət orqanlarının monitorinq imkanlarını dəstəkləyir.




  1. Bank hökumətlə birgə YAYK martiksinin rəsmi nəzərdən keçirilməsi (lazım olanda müvafiq uyğunlaşdırılmasının aparılması ilə) təcrübələrini davam etdirəcəkdir və irəliləyişlər və məsələlər barəsində hesabatlar verəcəkdir. Diqqət çəkən siyasət məsələlərinə dair texniki işlərin maliyyələşdirilməsi üçün iş proqramına vəsaitlər daxil edilmişdir. Bu iş ÖTS-in icrasının icmalları zamanı Nəticələr Çərçivəsində göstərilmiş aralıq göstəricilərə və ümumi məqsədlərə nail olunmasının qiymətləndirilməsində istifadə olunacaq.

.

  1. Daha yüksək səviyyəli irəliləyiş göstəricilərinin əsas dəsti Cədvəl 6-da verilmişdir. əksər hallarda 2010-cu ili üçün yüksək səviyyəli ilkin məlumat və hədəflər dərc edilmiş CPIA metodlogiyasına əsaslanır. Həmin göstəricilər bir tərəfdən makroiqtisadi sabitlik, idarəçilik və şəffaflıq, digər tərəfdənsə iqtisadi və sosial tərəqqinin birgə tədbirləri kimi keçiriləcəkdir.




Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin