Azərbaycanda, xüsusilə Bakıda yoxsulluq sürətlə azalmaqdadır (cədvəl 1). Milli səviyyədə yoxsulların nisbəti 2002-ci ildəki təxminən 44,6 faizdən 2004-cü ildə 24 faizə enmişdir ki, bu da 20,6 faizlik azalma deməkdir. Kəskin yoxsulluq səviyyəsi 2002-ci ildə əhalinin 26,9 faizindən 2005-ci ildə 9,2 faizə düşmüşdür. Bu rəqəmlər göstərir ki, 2005-ci ildə 1,9 milyon insan yoxsulluq içərisində yaşamışdır. 2002-ci ildə bu göstərici daha çox, 3,3 milyon nəfər olmuşdur.
Cədvəl 1: Azərbaycanda yoxsulluq içərisində yaşayan insanların ehtimal edilən sayı,, 2002–05
(faizlə)
Cəmi
Bakı
Digər şəhər əraziləri
Kənd əraziləri
yoxsul
çox yoxsul
yoxsul
çox yoxsul
yoxsul
çox yoxsul
yoxsul
çox yoxsul
2002
44.6
26.9
41.6
25.6
48.7
31.5
43.7
24.7
2003
39.7
22.1
34.8
19.3
46.0
27.9
38.4
20.0
2004
28.5
13.4
18.6
8.0
35.4
19.0
29.6
13.0
2005
24.0
9.2
14.7
6.6
27.2
11.9
26.9
8.9
2004-2005
-4.6
-4.3
-3.9
-1.4
-8.2
-7.1
-2.7
-4.1
2002-2005
-20.6
-17.7
-26.8
-19.1
-21.5
-19.6
-16.8
-15.7
Mənbə: ev təsərrüfatlarının büdcəsinin müayinəsi və əməkdaşların təxminləri.
Yoxsulluğun kəskin azalmasının iki əsas səbəbi var. 2001-ci ildən etibarən əmək haqqı və maaşlar iki dəfə, minimum əmək haqqı isə beş dəfə (amma çox aşağı baza səviyyəsindən) artmışdır. Eyni zamanda yoxsul ailələr üçün transfer gəlirlərinin həcmi də artmışdır. Hökumətin ev təsərrüfatlarının ən yoxsul 20 faizinə sosial transferləri 2004-cü ildə 35 faizdən artıq artmışdır, hökumətin sosial proqramının əsas kompioenti olan pensiyalar isə təxminən 44 faiz artmışdır. Xaricdə işləyən azərbaycanlıların pul baratları da ev təsərrüfatlarının maliyyələşdirilməsinin vacib elementidir və yoxsulluğun azalmasına təsir göstərmişdir.
Sosial yardımın ünvanlılığının və idarə edilməsinin təkmilləşdirilməsinə, və pensiya və sosial sığorta sisteminin müasirləşdirilməsinə yönəldilmiş sistematik islahatlar hazırda da davam edir. Yeni ünvanlı sosial yardım sistemi 2006-cı ilin iyunundan etibarən tətbiq olunmağa başlamışdır. Onun təsiri diqqətlə monitorinq olunmalıdır.
Rifah halının yaxşılaşması əsasən Bakıda cəmləşmişdir. Burada yoxsulluq səviyyəsi 26.8 faiz azalmışdır (Bakı istisna olmaqla şəhər ərazilərində yoxsulluq 21.5 faiz, kənd ərazilərində 16.8 faiz azalmışdır). Əyalət şəhərlərində və kənd yerlərində məşğulluq imkanlarının, aktivlərin, ticarət imkanlarının azlığı, baza səhiyyə və təhsil xidmətlərin istifadə imkanlarının zəifliyi kənd-şəhər miqrasiyasının arxasında dayanan əsas amillərdəndir. Elektrik təchizatı və digər infrastrukturun zəruri səviyyədə olmaması Bakıdan kənarda investisiya və kommersiya fəaliyyətinə mane olan əsas amillərdəndir. Buna baxmayaraq, Bakı istisna olmaqla şəhər ərazilərdində yoxsulluq 2004 və 2005-ci illər ərzində 8.2% azalıb, və bu rəqəm Bakı üzrə eyni göstəricidən ikiqat yuxarıdır. Qaçqınlar və məcburi köçkünlər arasında yoxsulluq səviyyəsi xüsusilə yüksək olmasa da, bu qruplar xüsusilə həssas vəziyyətdədirlər, çünki onlar aktivlərə və məşğulluq imkanlarına lazımi səviyyədə malik deyillər və dövlət transferlərindən çox asılıdırlar.3
Aşağıdakı artımın əhatəsinin əyrisi fərz edir ki, 2002-2005-ci illər ərzində Azərbaycanda baş vermiş artım əsasən yoxsul təbəqələr üçün səmərə təşkil edib (qrafik 2). Artım Azərbaycan əhalisinin bütün təbəqələri üçün müsbət idi, və orta illik istehlak artımı 7-8% təşkil edib. Əhalinin ən yoxsul onda bir hissəsinın illik istehlakı təxminən 15% artıb. Ümumiyyətlə, yoxsul təbəqələr arasnda istehlakın artımı, varlı təbəqələrlə müqayisədə daha yüksək olub.