ÜZRƏ ÖLKƏ TƏRƏfdaşliq strategiyasi



Yüklə 1,13 Mb.
səhifə1/25
tarix23.02.2017
ölçüsü1,13 Mb.
#9517
  1   2   3   4   5   6   7   8   9   ...   25


Y
37812
ekun baxılma üçün


Dünya Bankının

Sənədi
YALNIZ XİDMƏTİ İSTİFADƏ ÜÇÜN

Hesabatın sayı 37812-AZ

BEYNƏLXALQ YENİDƏNQURMA VƏ İNKİŞAF BANKI


BEYNƏLXALQ İNKİŞAF ASSOSİASİYASI


BEYNƏLXALQ MALİYYƏ KORPORASİYASININ


AZƏRBAYCAN RESPUBLİKASI
ÜZRƏ
ÖLKƏ TƏRƏFDAŞLIQ STRATEGİYASI

2007-10-cu MALİYYƏ İLLƏRİ

7 dekabr 2006-cı il


Cənubi Qafqaz ölkələri bölməsi

Avropa və Mərkəzi Asiya regionu

Dünya Bankı
Avropa və Mərkəzi Asiya regionu

Beynəlxalq Maliyyə Korporasiyası
Bu sənəd məhdud sayda şəxslərə paylanmışdır və onu alanlar tərəfindən yalnız rəsmi vəzifələrinin yerinə yetirilməsində istifadə oluna bilər. Dünya Bankının icazəsi olmadan onun məzmunu açıqlana bilməz.

AZƏRBAYCAN RESPUBLİKASI ÜZRƏ SON CAS-in TARİXİ

29 aprel 2003-cü il



Valyuta ekvivalentləri

US$1 = 0.9008 manat (yeni manat 1 yanvar 2006-cı ildə dövriyyəyə buraxılmışdır)


1 yeni manat = 5000 köhnə manat (bu ÖTS-də köhnə manat istifadə olunmuşdur)

HÖKUMƏTİN MALİYYƏ İLİ

1 yanvar – 31 dekabr



Qısaltma və akronimlər

AMF (AAA)

Analityik və məsləhət fəaliyyəti

İİB

İslam İnkişaf Bankı

ACG

Azəri – Çıraq – Günəşli

YBƏB (JPIC)

Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankı

AİB

Asiya İnkişaf Bankı

ƏBQ (JSA)

Əməkdaşların birgə qiymətləndirməsi

KTİKL (ADCP)

Kənd Təsərrüfatının İnkişafı və Kreditləşdirilməsi Layihəsi

ƏBQQ (JSAN)

Əməkdaşların birgə qiymətləndirmə qeydi

ADDY

Azərbaycan Dövlət Dəmir Yolu

KfW

Kreditanstalt für Wiederaufbau

UKP (APL)

Uyğunlaşdırılmış kredit proqramı

ÖİK (LIL)

Öyrənmə və innovasiya krediti

BTC

Bakı-Tbilisi-Ceyhan

MİM (MDG)

Minilliyin İnkişaf Məqsədləri

CAPSAP

Korporativ və Dövlət Sektorlarında Hesabatlılıq Layihəsi

OMXP (MTEF)

Orta müddətli xərclər planı

CAS

Ölkəyə Yardım Strategiyası

QHT

Qeyri-hökumət təşkilatı

MDB

Müstəqil Dövlətlər Birliyi

ATƏT

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı

CPIA

Ölkənin Siyasət və İnstitusional Cəhətdən Qiymətləndirilməsi

PEFA

Dövlət Xərcləri və Maliyyə Hesabatları

ÖTS (CPS)

Ölkə Tərəfdaşlıq Strategiyası

PEP

Özəl müəssisələr arasında tərəfdaşlıq, BMK

AYİB

Avropa Yenidənqurma və İnkişaf Bankı

PIFC

Dövlət daxili Maliyyə Nəzarəti

EITI

Hasilar Sənayesində Şəffaflıq Təşəbbüsü

DİP (PIP)

Dövlət investisiya proqramı

AQS (ENP)

Avropa Qonşuluq Siyasəti

DİSS

Dövlət investisiya siyasəti və onun səmərəliliyi

İSİ (ESW)

Iqtisadi və sosial iş

DXPİ (PPER)

Dövlət xərclərinin proqramatik icmalı

XBİ

Xarici birbaşa investisiyalar

YAYK (PRSC)

Yoxsulluğun Azaldılmasına Yardım Krediti

FIAS

Xarici İnvestisiyalar üzrə Məsləhət Xidməti

YASS

Yoxsulluğun Azaldılması üzrə Strategiya Sənədi

MSTY (FSTA)

Maliyyə sektoruna Texniki Yardım

RAMP

Ehtiyatların idarə edilməsi üzrə məsləhət proqramı

GDLN

İnkişaf Məsələləri üzrə qlobal Tədris Şəbəkəsi

İDİYL

İrriqasiya və drenaj İnfrastrukturunun Yenidənqurulması Layihəsi

QEF

Qlobal Ekoloji Fond

RMSM-X

Dünya Bankının standart makro modelləşdirmə proqramı

ÜMG (GNI)

Ümumi milli gəlir

CQBK (SCP)

Cənubi Qafqaz boru kəməri

GTZ

Deutsche Gesellschaft für Technische Zusammenarbeit

ARDNŞ

Azərbaycan Dövlət Neft Şirkəti

ABB

Azərbaycan Beynəlxalq Bankı

ARDNF

Dövlət Neft Fondu

BYİB

Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı

YAİİDP

Yoxsulluğun Azaldılması və İqtisadi İnkişaf üzrə Dövlət Proqramı

BİA (IDA)

Beynəlxalq İnkişaf Assosiasiyası

YADİDP

Yoxsulluğun Azaldılması və davamlı İnkişaf üzrə Dövlət Proqramı

IDF

İnstitusional İnkişaf Fondu

TACIS

Müstəqil Dövlətlər Birliyinə Texniki Yardım Proqramı

IFAD

Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fond

BMTİP

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı

BMK

Beynəlxalq Maliyyə Korporasiyası

UNEP

BMT Ətraf Mühit Proqramı

BMHS (IFRS)

Beynəlxalq Maliyyə Hesabatları Standartları

USTDA

ABŞ Ticarət və İnkişaf Agentliyi

BVF

Beynəlxalq Valyuta Fondu

DBİ (WBI)

Dünya Bankı İnstitutu

IPSAS

Beynəlxalq Dövlət Sektorunda Mühasibat Standartları

DTT (WTO)

Dünya Ticarət Təşkilatı

Dünya Bankı Qrupunun komandası



BYIB və BİA IFC

Vitse prezident: Şigeo Katsu Regional vitse-prezident: Edward Nassim

Ölkə direktoru: Donna M. Dowsett-Coirolo Direktor: Şahbaz Mavaddat

Komandanın rəhbəri: Christian E. Petersen Komandanın rəhbəri: Kaikham Onedamdy



BEYNƏLXALQ YENİDƏNQURMA VƏ İNKİŞAF BANKI

BEYNƏLXALQ İNKİŞAF ASSOSİASİYASI



BEYNƏLXALQ MALİYYƏ KORPORASİYASI
ÖLKƏ TƏRƏFDAŞLIQ STRATEGİYASI, 2007–10-cu maliyyə illəri
AZƏRBAYCAN RESPUBLİKASI
Mündəricat

I. Kontekst 1

II. Azərbaycanın qarşısında duran çağırışlar 2

Təbii resurs sərvətlərinin idarə edilməsi 2

Yoxsulluğun azaldılması 3

Sosial vəziyyətin yaxşılaşdırılması və Minilliyin İnkişaf Məqsədlərinə nail olma 5

İdarəçiliyin təkmilləşdirilməsi 6

Qeyri-neft özəl sektorun inkişafı 9

Ətraf mühitin təmizlənməsi 11

III. Makroiqtisadi çərçivə 12

Son inkişaf meylləri 12

Ortamüddətli perspektiv 14

Borclarla bağlı vəziyyətin sabitliyi 16



IV. Hökumətin yoxsulluğun azaldılması sahəsində strategiyası 18

Yoxsulluğun Azaldılması üzrə Strategiya Sənədi (2003–05) 18

Yoxsulluğun Azaldılması və Davamlı İnkişaf üzrə Dövlət Proqramı (2006–15) 18

V. 2003-06-cı maliyyə illəri: Tarixə nəzər və çıxarılmış nəticələr 19

2003-05-ci maliyyə illəri üzrə CAS-ın nailiyyətləri və qarşıda duran vəzifələr 19

2006-cı maliyyə ili üzrə proqram 20

Cari portfelin vəziyyəti 21



VI. Ölkə Tərəfdaşlıq Strategiyası, 2007–10-cu maliyyə illəri 21

İstiqamət I: Dövlət sektorunun idarəçiliyində keyfiyyətin və şəffaflığın təkmilləşdirilməsi 24

a. İstiqamət I: Dövlət sektorunun idarəçiliyində keyfiyyətin və şəffaflığın təkmilləşdirilməsi 25

İstiqamət II: Qeyri-neft iqtisadiyyatının davamlı inkişafının dəstəklənməsi 28

İstiqamət III: Sosial Xidmətlərin Keyfiyyətinin və onlara Çıxışın Yaxşılaşdırılması 33

f. Maliyyələşdirmə ssenarisi və portfelin idarə edilməsi 40

g. İdarəçilik – ÖTS-in çarpaz məqsədi 44

h. Monitorinq və qiymətləndirmə 45

i. Kənar Tərəfdaşlıq 47

j. Məsləhətləşmələr 49



VII. Risklərin idarə olunması 50

Qoşma 3 74


Bu sənəd məhdud sayda şəxslərə paylanmışdır və onu alanlar tərəfindən yalnız rəsmi vəzifələrinin yerinə yetirilməsində istifadə oluna bilər. Dünya Bankının icazəsi olmadan onun məzmunu açıqlana bilməz.



CƏDVƏLLƏR

Cədvəl 1: Azərbaycanda yoxsulluq içərisində yaşayan insanların ehtimal edilən sayı,, 2002–05 3



Qrafiklər

Qrafik 1: Neft gəlirləti, mənfəət və kapital 2

Qrafik 2: Azərbaycanda Artımın Əhatəsi Əyrisi, 2002-2005 5

Haşiyələr

Haşiyə 1: Qeyri-neft sektorunun Rəqabətliyi 17

Qoşmalar

Qoşma 1: Azərbaycan ÖTS nəticələr matrisi (FY06–09) 51

Qoşma 2: YAİİDP hədəfləri və baza göstəriciləri 65

Qoşma 3: CAS-ın tamamlanması haqqında hesabat, FY03-05 69

Qoşma 4: Minilliyin İnkişaf Məqsədlərinə nail olunması ehtimalı 105

Qoşma 5: ÖTS məsləhətləşmələri 107

Qoşma 6: İnkişaf tərəftərəfdaşları ilə əməkdaşlıq 110

Qoşma 7: Azərbaycan üzrə ölkə maliyyələşdirmə paramertləri 114

Qoşma 8: Standart ÖTS cədvəlləri 115


AZƏRBAYCAN ÖLKƏ TƏRƏFDAŞLIQ STRATEGİYASI

2007–10 MALİYYƏ İLLƏRİ
XÜLASƏ

i. Son bir neçə il ərzində Azərbaycan neft və qaz ixracının həyata keçirilməsi üçün tələb olunan infrastrukturu yaratmış və artan resurs axınlarını kifayət qədər səmərəli və şəffaf şəkildə idarə etmək üçün etibarlı baza formalaşdırmışdır. Dünya Bankı Qrupu hər iki vəzifənin həyata keçirilməsinə aktiv şəkildə cəlb olunmuşdur – neft kəmərlərinin tikintisinin BMK tərəfindən maliyyələşdirilməsi və resursların idarə edilməsi üçün cavabdeh olan institutların formalaşamasına BİA-nın yardımı ilə. Azərbaycanın məlum ehtiyatları digər neft hasil edən ölkələrlə müqayisədə daha məhdud olduğu üçün neft bumunun müddəti də nisbətən qısa olacaq. Buna görə də Azərbaycan hökumətinin və onun beynəlxalq inkişaf tərəfdaşalarının qarşısında duran çağırış növbəti 10-15 ili maksimum səmərə ilə istifadə edərək qeyri-neft sektorunu inkişaf etdirmək və cari və gələcək nəsillər üçün yoxsulluğun sürətlə azaldılması tədbirlərini həyata keçirməkdir. Bu çağırışın öhdəsindən gəlmək üçün Azərbaycan ciddi makroiqtisadi intizama malik olmaq, qeyri-neft iqtisadiyyatına investisiyaları stimullaşdırmaq üçün biznes mühitini yaxşılaşdırmaq, dövlət maliyyəsinin idarəedilməsində şəffaflığı artırmaq, baza səhiyyə və sosial müdafiə sistemlərini gücləndirmək, öz əhalisi üçün təhsil-təlim imkanlarını inkişaf etdirmək və ona qlobal miqyasda daha rəqabət qabiliyyətli olmaq imkanı vermək və uzun müddət ərzində etinasız münasibət göstərilən ekoloji problemləri həll etmək niyyətindədir. Azərbaycan üçün uzunmüddətli baxış ölkənin Avropa və Mərkəzi Asiya arasında enerji və malların çiçəklənən tranzit mərkəzinə çevrilməsidir.

ii. Azərbaycan hazırda özünün ilk YASS dövrünü tamamlamaqdadır və 2006-2015-ci illər üzrə Yoxsulluğun Azaldılması və Davamlı İnkişaf üzrə Dövlət Proqramını (YADİDP) hazırlayır. Dünya Bankı Qrupunun Ölkə Tərəfdaşlıq Strategiyası (ÖTS) YADİDP-in məqsədlərini əks etdirir və yuxarıda qeyd edilmiş baxış və çağırışların həll edilməsinə yönəlmişdir. ÖTS dörd əsas istiqamətə malikdir:


  • İstiqamət I: Dövlət sektorunun idarə edilməsinin keyfiyyət və şəffaflığının gücləndirilməsi. Bu sahədə neft gəlirlərindən ehtiyatlı istifadəyə imkan verən sabit makroiqtisadi çərçivəsinin qorunub saxlanılması; dövlət xərclərinin planlaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi; maliyyə menecmenti və satınalma sistemlərinin gücləndirilməsi; dövlət sektorunda və özəl sektorda müvafiq korporativ idarəçilik, audit və mühasibat sisteminin yaradılması; biznes üçün artıma imkan verən inzibatı və tənzimləmə mühitinin formalaşdırılması; və ədliyyə sisteminin gücləndirilməsi nəzərdə tutulur.



  • İstiqamət II: Qeyri-neft iqtisadiyyatının davamlı və tarazlı artımının dəstəklənməsi – maliyyə xidmətlərindən istifadə imkanlarının genişləndirilməsi; KOM-ların inkişafının dəstəklənməsi və birbaşa olaraq özəl sektora investisiyalar; kənd infrastrukturunun və xidmətlərinin inkişafı; yolların və digər tranzit dəhlizlərinin keyfiyyətinin yaxşılaşdırılması; ümummilli səviyyədə su təchizatı və kanalizasiya xidmətlərinin əhatə dairəsinin genişləndirilməsi; elektrik və qaz təchizatının etibarlığının artırılması və kommunal sektorun maliyyə qabiliyyətinin gücləndirilməsi.




  • İstiqamət III: Sosial xidmətlərin keyfiyyətinin və onlardan istifadə imkanlarının artırılması –keyfiyyətli səhiyyə xidmətlərinin əhatə dairəsinin genişləndirilməsi; müasir və qlobal səviyyədə rəqabət qabiliyyətli təhsil sisteminin formalaşdırılması; sosial yardımın effektiv ünvanlanması; daha şəffaf, sərfəli və davamlı pensiya sisteminin yaradılması; məcburi köçkünlərin həyat şəraitinin və iqtisadi imkanlarının yaxşılaşdırılması.

  • İstiqamət IV: Ətraf mühitin idarə edilməsinin təkmilləşdirilməsi - çirklənmə irsinin aradan qaldırılması, karbon emissiyalarının azaldılması, biomüxtəlifliyin təşviq olunması, seçilmiş ərazilərdə təbii sərvətlərin daha davamlı idarə edilməsinin dəstəklənməsi və təbii fəlakətlərlə mübarizənin gücləndirilməsi.

iii. Bank və BİA-nın texniki və maliyyə yardımı I, III və IV istiqamətlərə yönələcək və II istiqamət üzrə Bank və BMK birlikdə işləyəcəklər. BMK həmçinin BTC boru kəmərinin fəaliyyətinə nəzarəti davam etdirəcək və maliyyə institutlarının və kiçik və orta müəssisələrin inkişafına yardımı davam etdirəcək. BMK ümumi istehsal və maliyyə bazarlarında birbaşa investisiya imkanlarını araşdıracaq və yerli KOM-ların inkişafını dəstəkləyəcək. Onun texniki yardımı vasitəsilə biznes mühitinin yaxşılaşdırılmasına və korporativ idarəçiliyin təkmilləşdirilməsinə yardım göstəriləcək. Azərbaycan çox ehtimal ki, yaxın bir neçə il ərzində inkişaf siyasəti kreditləri vasitəsilə tədiyyə balansının və ya büdcənin dəstəklənməsinə ehtiyac duymayacaq, lakin bununla belə o, əvvəlki CAS çərçivəsində razılaşdırılmış YAYK islahat gündəliyini intensiv dialoq və texniki məsləhət xidmətləri vasitəsilə dəstəkləməyi davam etməyi Bankdan xahiş etmişdir.


iv. Dövlət idarəçiliyi və antikorrupsiya gündəliyinin həyata keçirilməsi Bank tərəfindən sıx monitorinq olunacaq və vətəndaş cəmiyyətinin iştirakı və donorların cəlb olunması vasitəsilə hazırlanmış Hökumətin antikorrupsiya siyasətinə önəm veriləcək. Dünya Bankının özünün portfelinə gəldikdə ümumilikdə nəzarətə, xüsusi olaraq isə fidusiar tələblərə nəzarətə xüsusi diqqət yetiriləcək. Buna əsas etibarı ilə Bakı Ofisinin potensialının gücləndirilməsi ilə nail olunacaq.
v. Azərbaycan artıq BİA maliyyələşdirməsindən BYİB-ə keçid prosesindədir. İlk BYİB layihəsi 2005-ci ilin mayında, ikincisi isə 2006-cı ilin yanvarında təsdiq olunmuşdur. Güclü artım perspektivlərini nəzərə alaraq BİA yardımının bu ÖTS-in müddətində başa çatacağını gözləmək olar. BYİB kreditlərinin illik həcmi təxminən 250 milyon dollar ətrafında müəyyənləşdirilsə də kreditləşdirmənin faktiki həcmi hökumətin birgə maliyyələşdirməsindən və absorbsiya qabiliyyətindən asılı olacaq. BYİB-in kreditləşdirməsinin ardıcıllığı elə şəkildə müəyyənləşdiriləcək ki, hər bir yeni addımla bağlı qərarın qəbul olunması zamanı həmin sektorda inkişaf və islahatların vəziyyəti nəzərə alına bilsin.
vi. ÖTS-in məqsədlərinə nail olunmasına mane ola biləcək əsas mümkün risklərə daxildir: struktur islahatlarının həyata keçirilməsində ləngimə və ya onlarla bağlı konsensusun azlığı; dövlət qərarlarına müdaxilə və korrupsiya; neft gəlirlərinin maliyyə menecmentinin zəifləməsi; enerji qiymətlərinin dəyişkənliyi nəticəsində gəlirlərin azalması; hasilat və ya boru kəmərlərinin fəaliyyəti; və siyasi və ya təhlükəsizlik mühitinin pisləşməsi. Möhkəm makroiqtisadi idarəetmə, izafi neft gəlirlərinin Neft Fondu vasitəsilə sterilizasiya olunması; qonşu ölkələrlə münasibətlərin yaxşılaşdırılması istiqamətində səylərin davam etdirilməsi bu riskləri minimallaşdıran amillərdəndir. Bu ÖTS-in idarəçiliyin təkmilləşdirilməsinə, maliyyə hesabatlılığının dərinləşdirilməsinə, artım mənbələrinin diversifikasiyasına, siyasətlərin müəyyənləşdirilməsi və monitorinqində vətəndaş cəmiyyətinin iştirakının artırılmasına fokuslanması da riskləri minimallaşdıran amillərdəndir. Eyni zamanda etiraf olunur ki, təbii resurs bumuna malik olan ölkələrin bir qismi makroiqtisadi və idarəetmə vəzifələrinin öhdəsindən gəlməkdə çətinlik çəkmişlər. Bu ÖTS belə bir mülahiziyə və proqnoza əsaslanır ki, Azərbaycan fərqli yol seçə bilər. Dünya Bankı Qrupu bunun həyata keçirilməsində müsbət rol oynaya bilər. İqtisadi və idarəçilik mühitinin hər hansı ciddi pisləşməsi təqdirində Direktorlar Şurasına məlumat veriləcək.
Müzakirə üçün aşağıdkı məsələlər təqdim olunur:


  • Bu ÖTS Azərbaycanın inkişaf strategiyası üçün yaxşı fokuslanmış cari və yeni fəaliyyətlər təklif edirmi?




  • ÖTS siyasət və idarəetmənin dəstəklənməsi üçün münasib mexanizmlər təklif edirmi?

  • İdarəetmə çərçivəsi Bankın tələbləri və Azərbaycanın siyasi və institusional reallığı arasında yaxşı balansı təmin edirmi?



BEYNƏLXALQ YENİDƏNQURMA VƏ İNKİŞAF BANKI

BEYNƏLXALQ İNKİŞAF ASSOSİASİYASI



BEYNƏLXALQ MALİYYƏ KORPORASİYASI
ÖLKƏ TƏRƏFDAŞLIQ STRATEGİYASI, 2007–10-cu maliyyə illəri
AZƏRBAYCAN RESPUBLİKASI


Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin