XXI əsr bacarıqları: Özünün güclü və zəif tərəflərini bilən, problem həll etmə bacarığına sahib olan, ətrafındakılar ilə əməkdaşlıq edə bilən, yaradıcı olan şəxsiyyətlərin yetişməsi həm fərdin özü üçün, həm də cəmiyyət üçün çox əhəmiyyətlidir. XXI əsr bacarıqları olaraq təyin olunan bu yuksək səviyyəli bacarıqlara – tənqidi düşüncə, əməkdaşlıq, İKT-dən istifadə, ünsiyyət, liderlik, problem həll etmə bacarıqları aiddir.
XXI əsr bacarıqları olaraq təyin olunan bu yuksək səviyyəli bacarıqlara malik şəxsiyyətlər yetişdirmək üçün bacarıq əsaslı təhsilin əhəmiyyəti çox böyükdürki, bunun əsasında da tədqiqat əsaslı təlim durur. Şagirdlər məlumatı passiv şəkildə qəbul edib yadda saxlamaqdansa, yaradıcı prosesə cəlb olunarlarsa təhsil prosesi daha uğurlu olar. Tədqiqat əsaslı təlim metodu şagirdlərdə bilik və bacarığı birlikdə inkişaf etdirir.Bu da öz növbəsində şəxsin həyatı boyu istifadə edəcəyi həyati bacarıqlara çevrilir.
Bilik öyrənmənin əsasını və mühüm hissəsini təşkil edir. Bacarıqlar biliyi əvəz etmir,
ondan istifadəni müəyyən edir. Şagirdlər əldə etdikləri bilikləri verilmiş problemin həllində düzgün tətbiq etməyi və ondan səmərəli istifadə etməyi yəni, tədqiqat aparmağı öyrənməlidirlər.
TƏT metoduna əsaslanan dərslərdə qazanılan bacarıqlar XXI əsr bacarıqları ilə paralellik göstərir.