V sinif üçün “Təbiət” dərsliyi əsasında tədrisin təşkili Oxu materialı


Azərbaycan Respublikasında Təhsilin inkişafı üzrə Dövlət strategiyası



Yüklə 235,86 Kb.
səhifə6/13
tarix27.09.2022
ölçüsü235,86 Kb.
#64218
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   13
Təbiət fənninin tədrisi metodikası oxu materialı

Azərbaycan Respublikasında Təhsilin inkişafı üzrə Dövlət strategiyası
Strateji hədəflər və tədbirlər
1. Səriştəyə əsaslanan şəxsiyyətyönlü təhsil məzmununun yaradılması.
1.1 Uşaqların erkən yaş dövründə inkişafının səmərəli təhsil modelinə əsaslanan standart və kurikumlarının hazırlanması;
1.2 Səriştə əsaslı ümumi təhsil standartları və kurikumlarının hazırlanması;
1.2.1 12 illik ümumi təhsilə keçidin təmin olunması üçün mövcud təhsil standart və kurikumlarının yenilənməsi, tam orta təhsil pilləsində təlimin istiqamətlər üzrə bölünməsi;
1.2.2 Kurikuluma əsaslanan yeni dərsliklərin yaradılması, şagird və müəllimlərin müvafiq dərslik seçiminin təmin olunması;
1.2.3 İstedadlı uşaqlar üçün xüsusi inkişaf proqramlarının hazırlanması;
1.2.4 Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün inkişaf və inkluziv təlim proqramlarının hazırlanması;
1.3 Cəmiyyətin tələblərinə uyğun səriştə əsaslı ilk peşə-ixtisas təhsili standartları və kurikumlarının hazırlanması;


5. TN və ARTİ mütəxəssisləri ilə Sinqapur mütəxəssislərinin Təbiət fənləri üzrə birgə əməkdaşlığı
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiqlənmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər “XXI əsrin tələblərinə uyğun təhsil sisteminin məqsədlərinə çatmağı da əhatə edir. Sənəddə qeyd olunur ki, cəmiyyətin inkişafının təminatçısı olan ümumi təhsilin gücləndirilməsi üçün təhsil sistemində gedən modernləşmə davam etdirilməli, məzmun islahatları dərinləşməli, inteqrativ tədris təcrübəsi genişləndirilməlidir.
Azərbaycanda riyaziyyat və təbiət fənləri üzrə təhsil proqramının və ümumi təhsil müəssisələrində istifadə edilən dərsliklərin müasirliyini, həmçinin rəqabətliliyini təmin etmək məqsədilə Təhsil Nazirliyi Sinqapurun Marşal Kavendiş İnstitutu və Alston Nəşriyyat evi ilə uzunmüddətli əməkdaşlığı davam etdirir. Təhsil sahəsində qabaqcıl təcrübəsi olan Sinqapurun təhsil şirkətləri ilə həyata keçirilən bu layihələrin icraçısı Azərbaycan Respublikasının Təhsil İnstitutudur (ARTİ).
Son illərdə təhsildə uğurlu islahatlar aparan ölkələr arasında Sinqapur özünəməxsus yerə sahibdir. Bu ölkə keçən əsrin son dörddə bir hissəsindən etibarən atdıqları düzgün və qərarlı addımlarla təhsil sahəsində ciddi irəliləyişə nail olmuşdur. Bu da beynəlxalq qiymətləndirmə tədqiqatlarında öz əksini tapmışdır. Belə ki, son illər bu nailliyyət cədvəlinə Sinqapur liderlik edir. Ona görə də Sinqapurun keçdiyi bu yolu yaxından analiz, təcrübələrini mütəxəssisləri ilə təhlil etmək və Azərbaycanda davam edən islahatlar zamanı bu təcrübələri diqqətə almaq məqsədi ilə əməkdaşlıq üçün bu ölkənin təhsil şirkətləri seçilmişdir.
Qeyd etmək lazımdır ki, nəşrləri sadəcə Sinqapurda deyil, dünyanın bir çox ölkəsində istifadə olunan Marşal Kavendiş İnstitutu ilə keçirilən layihənin ilk mərhələsi başa çatmışdır. Belə ki, V-IX siniflər üçün Riyaziyyat fənni üzrə mövcud təhsil proqramları və dərslik komplektləri təhlil edilmiş, boşluqlar və ehtiyaclar müəyyənləşdirilmişdir. Bu məqsədlə ümumi təhsil məktəblərində riyaziyyat fənnini tədris edən müəllimlərdən ibarət ümumilikdə 3 fokus qrupu təşkil edilmişdir. Hər bir qrupda 8 müəllimin iştirak etdiyi bu fokus qruplar ölkəmizin paytaxt və müxtəlif regionlarının şəhər və kənd məktəblərini təmsil etdiyi üçün əldə olunan məlumatlar bu fənn üzrə milli səviyyədə olan çətinlikləri və boşluqları üzə çıxarmağa imkan yaratmışdır. Bundan əlavə, daha dolğun məlumatın alınması məqsədilə riyaziyyat fənni üzrə mövcud təhsil proqramlarının hazırlanmasında iştirak etmiş 6 mütəxəssisdən ibarət fokus qrup da təşkil edilmişdir. Fokus qrupları vasitəsilə alınmış məlumatlar beynəlxalq və yerli mütəxəssislərə riyaziyyat fənni üzrə kurikulum ilə bağlı mövcud ehtiyaclar haqda məlumatlanmağa kömək etmişdir.
Aparılmış təhlillərə əsaslanaraq, riyaziyyat fənni üzrə məzmun və dərslik komplektlərinin təkmilləşdirilməsi təhsil proqramları və tədris materiallarının təhlili metodları ilə bağlı 10 distant təlim keçirilmişdir. Beynəlxalq mütəxəssislər tərəfindən keçirilən bu təlimlərə təkmilləşdirmə prosesində iştirak edəcək əsas işçi qrupunun üzvləri ilə yanaşı Təhsil Nazirliyi, ARTİ, Dövlət İmtahan Mərkəzinin əməkdaşları və müstəqil nəşriyyat evlərindən olan mütəxəssislər də cəlb edilmişdir. Hər təlimdə iştirak edən mütəxəssislərin sayı 20-25 nəfər olmuşdur. Təlimlər ərzində yerli və beynəlxalq mütəxəssislər təhsil proqramları və dərslik komplektlərinin təkmilləşdirilməsi barəsində fikir mübadiləsi aparmış, bu sahədə Sinqapur və beynəlxalq təcrübə ilə yaxından tanış olmuşlar. Təlimlərdə nəzəri materialların müzakirəsi ilə bərabər praktik çalışmalar da yerinə yetirilmişdir. Belə ki, təhsil proqramlarının təhlili zamanı diqqət ediləcək məqamlar müzakirə olunduqdan sonra riyaziyyat fənninin mövcud təhsil proqramının müəyyən hissələri yerli mütəxəssislər tərəfindən təhlil edilmişdir. Sonra nümunəvi təhsil proqramının hazırlanması istiqamətində Marşel Kavendiş İnstitutunun ekspertləri öz təcrübələrini paylaşmış və yerli mütəxəssislər bu ekspertlərin konsultasiyası ilə praktik tapşırıqlar yerinə yetirmişlər. Eyni zamanda, dərsliklərin təhlili zamanı hansı meyarların əsas tutulmasına dair nəzəri və praktik məlumatlar bölüşülmüş, mövcud dərsliklərdən müəyyən hissələr birlikdə təhlil edilmiş, irad və təkliflər ortaya qoyulmuşdur.
Sinqapurun digər təhsil şirkəti olan Alston Nəşriyyat evi ilə əməkdaşlıq çərçivəsində isə 5-ci sinif təbiət fənninin təhsil proqramı və dərslik komplektinin hazırlanması üzrə layihə həyata keçirilir. Layihə çərçivəsində ilkin olaraq bu nəşriyyat evinin mütəxəssisləri təbiət fənləri üzrə kurikulumlarda boşluqlar və ehtiyaclara dair hesabat hazırlamışlar. Planlaşdırıldığı kimi 3 mərhələdən ibarət ümumilikdə 6 təlim keçirilmişdir. Təlimlərdə yalnız biologiya, coğrafiya, fizika və kimya fənləri üzrə mütəxəssislər deyil, o cümlədən ibtidai sinif müəllimləri və psixoloqlar iştirak etmişdir. Həmçinin, Təhsil Nazirliyi, ARTİ, Dövlət İmtahan Mərkəzinin əməkdaşları və müstəqil nəşriyyat evlərindən olan mütəxəssislər də bu təlimlərə cəlb edilmişdir. Hər təlimdə iştirak edən mütəxəssislərin sayı 25-30 nəfər olmuşdur.
Təlimlər zamanı Alston Nəşriyyat evinin mütəxəssisləri təbiət fənlərinə dair effektiv təlim nəticələrinin yazılması, standartların və onların məzmun xətlərinə uyğunluğunun təmin edilməsi, qiymətləndirmə meyarlarının müəyyənləşdirilməsi mövzularına dair nəzəri və praktik təcrübələr bölüşmüşdür. Sonra yerli şərait və beynəlxalq təcrübəyə əsaslanaraq azərbaycanlı mütəxəssislərdən ibarət əsas müəllif komandasının üzvləri I-IV siniflərin həyat bilgisi fənni üzrə təhsil proqramında yer alması nəzərdə tutulan təbiət fənləri ilə əlaqəli təlim nəticələrini və V sinif üçün nəzərdə tutulmuş təbiət fənni üzrə təlim nəticələrini hazırlamışdır. Bu hazırlıq prosesində Alston Nəşriyyat evinin mütəxəssislərinin məsləhətlərinə də müraciət edilmişdir. Təlim nəticələrinin əsasında əsas müəllif komandası Alston Nəşriyyat evinin mütəxəssislərinin konsultasiyası ilə V sinif təbiət fənni üzrə dərslik komplektinin manuskriptlərini də yazmışdır. Ümumilikdə, həm təlim nəticələrinin, həm də manuskriptlərin yazılmasında bu mütəxəssislər redaktor kimi iştirak etmişlər. V sinif üçün təbiət fənninin dərslik komplektinin yay aylarında tam hazır olması və 2021/2022-ci tədris ilində Bakıdan və respublikanın digər regionlarından ümumi təmsil prinsipini diqqətə alaraq seçilmiş 134 məktəbdə pilot olaraq tətbiqi planlaşdırılır. Hazırda dərslik komplekti üzərində redaktə və dizayn işləri davam etdirilir.
Qeyd etmək lazımdır ki, hər iki layihə çərçivəsində aparılmış müvafiq təhsil proqramları və dərslik komplektlərinin təhlili, o cümlədən riyaziyyat və təbiət fənləri üzrə dərslik komplektlərinin təkmilləşdirilməsi məqsədilə keçirilmiş təlimlər zamanı sadəcə Sinqapurun deyil, digər qabaqcıl ölkələrin də təhsil təcrübələri, xüsusən kurikulum, tədris resursları və qiymətləndirmə strategiyaları da araşdırılmış və müqayisəli təhlil aparılmışdır. Bütün bunlarla beynəlxalq təcrübənin birbaşa öyrənilməsinə və tətbiq olunmasına nail olunmuşdur.
Sinqapur nəşriyyat evləri ilə əməkdaşlıq çərçivəsində TIMSS, PISA kimi beynəlxalq qiymətləndirmə tədqiqatlarının tələbləri də yerli və beynəlxalq mütəxəssislər tərəfindən müzakirə edilmiş və bu tələblərin müvafiq təhsil proqramlarında və dərslik komplektlərində nəzərə alınması yollarına dair fikirlər irəli sürülmüşdür. Bunun isə öz növbəsində, yaxın gələcəkdə beynəlxalq qiymətləndirmələrdə ölkəmizin həm riyaziyyat, həm də təbiət elmləri üzrə nəticələrinin yüksəlməsinə müsbət təsir edəcəyi gözlənilir.
Yuxarıda qeyd edilənlərlə yanaşı, Sinqapurla əməkdaşlıq bir sıra digər müsbət nəticələrə malikdir. Belə ki, beynəlxalq mütəxəssislər tərəfindən keçirilmiş təlimlər və birgə çalışmalar sayəsində yerli mütəxəssislərin peşəkar inkişafı mövzusunda ciddi irəliləyişlər baş vermiş, ən müasir beynəlxalq standartlara uyğun təhsil proqramlarının və dərslik komplektlərinin hazırlanması sahəsində təcrübə qazanılmışdır. Bununla da, gələcəkdə oxşar təkmilləşdirmə prosesləri zamanı yerli kadrların potensialından istifadə üçün münbit şərait yaranmışdır. Beləcə, xarici təcrübənin birbaşa tətbiqi əvəzinə, həm yerli ənənələrə, həm də beynəlxalq standartlara uyğun, bir sözlə, milli, eyni zamanda, dünya ilə ayaqlaşan məhsulların hazırlanmasına nail olunacaqdır. Yerli şəraitə bələd, beynəlxalq təcrübə ilə tanış yerli kadrlarla məzmun islahatlarının aparılması daha da keyfiyyətli nəticələrin əldə edilməsinə gətirib çıxaracaqdır.
Sinqapurla əməkdaşlığın digər müsbət cəhəti yerli müəlliflərin peşəkar inkişafı ilə yanaşı, müvafiq fənn müəllimlərinin peşəkar inkişafı ilə də bağlıdır. Qeyd etmək lazımdır ki, bu sahədə də Sinqapur çox böyük nailliyyətə sahibdir. Müəllimlərin daim peşəkar inkişafını təmin etmək üçün hər bir müəllimi illik 100 saata yaxın təlimə cəlb etmələri görülən işlərdən sadəcə biridir. Sinqapurda müəllimlərin bu peşəkarlığa malik olmaları onların təhsil proqramlarından və dərsliklərdən daha effektiv istifadə etmələri ilə nəticələnir. Bunları diqqətə alaraq, hazırlanmış yeni təhsil proqramlarının və dərslik komplektlərinin effektiv istifadəsi və tətbiqi məqsədilə yerli mütəxəssislər tərəfindən müəllimlərin peşəkar inkişafı üçün bir sıra təlimlərin keçirilməsi planlaşdırılmışdır. Təlimlərin məzmununu və proqramını hazırlayarkən də Alston Nəşriyyat evinin bu sahədəki təcrübələrindən istifadə olunması nəzərdə tutulub.



Yüklə 235,86 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin