Valeybolun inkşaf tarixi


Topu oyuna daxil etmək taktikası



Yüklə 23,07 Kb.
səhifə5/9
tarix02.01.2022
ölçüsü23,07 Kb.
#42084
1   2   3   4   5   6   7   8   9
voleybol tarixi (1)

Topu oyuna daxil etmək taktikası.

Topun oyuna daxil edilməsindən asılı olaraq, rəqib komanda meydançada öz oyunçularını müvafiq qaydada yerləşdirir. Bu səbəbdən də topu oyuna daxil edən oyunçu onun uçuş sürətini, topun uçuş trayektoriyasının uzunluğunu dəyişdirərək, rəqib komandanın topu qəbul etmə fəaliyyətini xeyli çətinləşdirir.

Top qəbulu voleybolda voleybolçular üçün ən çox problem yaradan hərəkətlərdəndir. Belə ki, rəqib hücumlarının hamısının qarşısını almaq üçün yaxşı top qəbul etmək məharəti lazımdır. Top qəbulundakı səhvlər xüsusən də servislər zamanı komandaların işini çətinləşdirir. Belə ki, yaxşı top qəbulu həm də komanda yoldaşına pas alınır .Top qəbulu pasından bu gün həyatımızda da kifayət qədər istifadə edilir. Ən çox uşaqların sevdiyi stil olan top qəbulu iki qolu iç-içə gətirərək dirsəklə əl arasındakı hissə ilə topa vurma şəklidir.

Top qəbulu zamanı top əllə tutulmamalı və ya fırladılmamalıdır. Topun vücudun hər hansı bir hissəsinə təmasına icazə verilir. Təmasların eyni anda olması şərti ilə top vücudun müxtəlif yerlərinə də toxuna bilər.

Bu fəaliyyət bir oyun epizodunda iki və daha artıq voleybolçunun iştirakını nəzərdə tutur. Buraya hər şeydən əvvəl hücum zərbəsi üçün ötürmənin və ya aldadıcı hərəkətin taktikası daxildir.

Ötürmənin əsas vəzifəsi tamamlayıcı zərbənin icrasına daha yaxşı şərait yaratmaqdır. Zərbəni yerinə yetirmək üçün zəif hazırlıqlı oyunçuya əlverişli şərait tələb olunur: şaquli ötürmə, topun kifayət qədər hündürdə olması, əlverişli yerdə olması və tullanmaq üçün kifayət qədər qaçış məsafəsinin mövcud olmalıdı. Digər tərəfdən hücum zərbəsi üçün ötürmə elə bir yerə icra olunmalıdır ki, rəqib komanda orada nisbətən zəif əksfəaliyyət göstərə bilsin. Bu məqsədlə ötürməni yerinə yetirən oyunçu həlledici mövqeyə çıxmağa çalışır ki, bu da ona müxtəlif və əlverişli ötürmələri icra etməyə imkan verir.




Yüklə 23,07 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin